Yarıməsrlik “Bulaq” verilişi
29.04.2022 [11:06]
Müşfiqə BAYRAMLI
- Axşamınız xeyir olsun, istəklilər! 7 (19:00) ötdüdə, vaxt-vədə 7-də yenə qulluğunuzdayıq. Yayı yaylaqda, qışı qışlaqda keçirən, gözü yolda-izdə, qonaqda-qarada qalan, yazlı-payızlı, xoşlu-beşli, gələnlə gur, gedənlə bir ellərimiz-obalarımız, hamılıqla xoş gördük sizi.
- Hə, vaxtı-vədəni saya-sanalıya gəlib çıxdıq bir xoş yığınağımızın üstünə. Beləcə xeyir üstə çıxın, xeyir görün, xeyir götürün!
Dinləyicilər hər bazar günü səbirsizliklə gözləyər, aparıcıların - Xalq artisti Məhluqə Sadıqovayla Əməkdar artist Səməndər Rzayevin hər bir cümləsi onların yaddaşında iz qoyardı. İbrətamiz rəvayətlər, xalq deyimləri, bayatılar onların dilində bir az da şirinləşər, elə bil, sərin bulaq suyu kimi ürəklərə süzülərdi.
Etnoqrafiyamız, tariximiz, mədəniyyətimiz, soy-kökümüz, bir sözlə, xalq yaradıcılığımıza həsr olunan “Bulaq” verilişi Azərbaycan radio məkanının ən uzunömürlü verilişi kimi tarixə düşdü. 50 ildən çoxdur ki, neçə-neçə yaradıcı nəsil yetişdirdi. Nəsillər dəyişdikcə “Bulaq” öz təmizliyini, axıcılığını, təravətini itirmədi. Elə bulaq kimi axdı, çağladı. Sovet qəliblərinə sığmadı, tamamilə yeni üslub, yeni danışıq dili və yeni nəfəs gətirdi. Dünyanın dörd bir tərəfindəki soydaşlarımızla bir əlaqə körpüsü oldu. Folklor-etnoqrafik verilişi belə uzunömürlü edən səbəb, heç şübhəsiz, canlı xalq danışıq dili, mövzuya uyğun olaraq xalq musiqilərindən istifadə, eləcə də aparıcıların ifa tərzidir.
“Bulaq”ın ilk səsi
“Bulaq” verilişi Azərbaycan radiosunun qızıl fondunda yer alan qiymətli nümunələrdəndir. Bu verilişi sevdirən səbəblərdən biri də Məhluqə Sadıqovanın özünəməxsus tərzi idi. Xalq artisti, görkəmli aktrisa, səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə xanımın anadan olmasından 105 il ötür. 40 ildən çox “Bulaq” verilişinin əvəzsiz aparıcısı olmuş Məhluqə xanım xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub. Xatırladaq ki, Prezident İlham Əliyev Xalq artistinin 100 illiyinin keçirilməsi haqqında müvafiq Sərəncam imzalamışdı.
“Salam, ay Bulaq dədə...”
Belə bir deyim var ki, “Bulaq”ın dili əsl ədəbi dildir. Əsl ədəbi dili eşitmək istəyirsinizsə, “Bulaq”a qulaq asın.
Öz dilimizdə, hətta öz səsimizdə danışan veriliş ilk gündən geniş dinləyici auditoriyası topladı, böyük coşquyla qarşılandı. Radionun tarixində ilk dəfə olaraq redaksiyanın ünvanına məktub axını başladı. Dinləyicilərin hər birisi 30 dəqiqəlik verilişdən duyduqları həzdən yazır, onu hazırlayanlara, xüsusilə də aparıcılarına minnətdarlıqlarını bildirirdilər. Verilişin ünvanına gələn məktublar adətən “Salam, ay Bulaq dədə, xoş gördük, ay Bulaq nənə” sözləri ilə başlayardı.
Hər bazar saat 19:30-da görüşünüzə gəlir
Xalqın ürəyindən xəbər verən folklor verilişi 1969-cu ilin noyabr ayından bu günə kimi dinləyicilərə xidmət edir. Hazırda Azərbaycan Radiosunun “Xalq yaradıcılığı” redaksiyası tərəfindən hazırlanan verilişin redaktorları Tahir Talıblı və Əhməd Oğuz, aparıcıları isə Səidə Quliyeva və Səməd Hətəmovdur. Xalq yaradıcılığı nümunələrinin araşdırılması, toplanması və təqdim olunması missiyasını həyata keçirən veriliş hər həftənin bazar günü saat 19:30-da yayımlanır.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

