Xoşbəxtliyin rəsmi... çəkə bilərsinizmi?
30.04.2022 [11:01]
MÜŞFİQƏ
Açdım əllərimi dilənçi kimi
Bu könlüm sevgidən sədəqə istər
Kiçik bir körpənin sevinci kimi
Ovuc içi qədər xoşbəxtlik yetər...
Hamımız xoşbəxtlik axtarışındayıq. Hələ qədim zamanlardan psixologiya, fəlsəfə, sosiologiya, incəsənət, eləcə də ədəbiyyatda xoşbəxtlik anlayışını izah etməyə çalışıblar. Xoşbəxtlik elə bir ehtiyacdır ki, insanlar onun sorağına ölkə-ölkə gəzib səadəti axtarırlar. Xoşbəxt ölkələrin siyahısına baxıb köks ötürür, orada yaşamaq arzusu ilə qanadlanırlar.
Amma unudurlar ki, xoşbəxtlik hissi yoxdursa, dünyanın heç bir guşəsində səni tapmayacaq. Hər şey beyində başlayır və bitir. Unutmayaq ki, münasibətlərimiz həyatımızın sonunadək nə qədər sağlam və xoşbəxt olacağımızın ən mühüm ölçüsüdür. Məşhur rəssam Bob Rossun dediyi kimi: “Buraya çox xoşbəxt bir ağac çəkək. Bu ağacın xoşbəxt budaqları, o budaqlarda cəh-cəh vuran quşları olsun. Ağacın üstünə günəşin parlaq və xoşbəxt şəfəqləri saçsın...”
Xoşbəxtlik nədir?
“Xoşbəxtlik nədir” sualına ən sadə və gözəl cavabı Nazim Hikmət vermişdi. Şairə görə, xoşbəxtlik səhər sevinclə işə gedib axşam eyni istəklə geri qayıtmaqdır:
Kiçik bir xoşbəxtlik istəyirəm,
O qədər kiçik olsun ki,
İstəməsin kimsə məndən onu
Yetər ki, tək mənim olsun.
Bəxtiyar Vaha?zadə də ömrü boyu səadət axtarışına çıxdığını deyir:
Səadət nə demək?.. - bu sualla mən
Özümü çox yordum, tapa bilmədim.
Və tapır:
Bəlkə də səadət elə budur, bu:
“Hardasan, hardasan, gəl-gəl” - deməkdir.
Bəlkə də səadət ömrümüz boyu
Nəyisə... gözləmək... hey... gözləməkdir.
Milyon yarımlıq
“Xoşbəxtlik resepti”
Dahi Albert Eynşteyn xoşbəxtliyin reseptini yazıb. Bu xoşbəxtlik sirri isə, sadəcə bir nəfərə nəsib olub. O, 1922-ci ildə Tokioya mühazirə oxumağa gedəndə “Nobel” mükafatı aldığını xəbər gətirən kuryerə bəxşiş verməyə pulu olmur.
Hotelin kitabçasından cırdığı iki vərəqə alman dilində “Dinc və sadə həyat gərgin halda uğur dalınca qaçmaqdan insana daha çox xoşbəxtlik gətirir. Əgər iradə varsa, vasitə də tapılar” - deyə yazır. Həmin kağızı kuryerə verərkən “Ola bilsin, bu qeyd bəxşişdən daha qiymətli olacaq”, - deyə əlavə edir.
Həqiqətən də, belə olur. “Vinners” hərrac evinin verdiyi məlumata görə, alimin əl yazısı 240 min dollara satılır. Bu gün həmin kağız parçası milyon yarımlıq sərvətə bərabərdir. “Xoşbəxtlik resepti” sonuncu dəfə Yerusəlimdə 1,56 milyon dollara satılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

