Sayı 3 344-ə çatdı...
15.08.2023 [11:22]
İcbari tibbi sığortada yeni xidmətlər
Y.BAYRAMOVA
Dünyanın inkişaf etmiş ölkələrində tibb sektorunda yeni metodlar tətbiq olunur. Məhz bu metodlardan biri icbari tibbi sığortadır. Məlumdur ki, icbari tibbi sığorta tibbi xidmətlərin vətəndaşlar tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edir. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Təbii ki, əsas məqsədlərdən biri tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.
Azərbaycanda 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən isə bu sistem bütün ölkə ərazisini əhatə edir.
794 yeni tibbi xidmət
Bu günlərdə Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ixtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsi şərtləri genişləndirilib. Belə ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə xidmətlər zərfindəki tibbi xidmətlərin sayı 3 min 344-ə çatdırılıb.
Böyrək və qaraciyər transplantasiyası
Sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
İllik limit sayı 100, 150 və 20...
Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı və transplantasiyadan sonra resipiyentin (donoru qəbul edən şəxs) dərman təchizatı da xidmətlər zərfi ilə təminata alınıb. Qeyd edək ki, transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.
Dəyəri yüksək olan tibbi xidmətlər
Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar da daxildir. Bundan başqa, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.
1390 tibbi xidmətin tarifi dəyişib
Eyni zamanda, 1390 tibbi xidmətin tarifi dəyişdirilərək aktual bazar qiymətlərinə uyğunlaşdırılıb. Tarifləri artırılan xidmətlərə misal olaraq bunları qeyd etmək olar:
İxtisaslaşdırılmış ambulator tibbi xidmət üzrə:
- İxtisaslı həkim müayinəsi - 17 manatdan 25 manata artıb
- Ginekoloqun müayinəsi (USM ilə) - 25 manatdan 35 manata artıb
Laboratoriya xidməti üzrə:
- Hepatit B səthi anticismi (HBsAb) - 5 manatdan 16 manata artıb
- Kalsiferol (Vitamin D) - 13 manatdan 21 manata artıb
Stasionar tibbi xidmətlər üzrə:
- Doğuşa əllə yardım - 350 manatdan 500 manata artıb
- Tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı - 4 min manatdan 4 min 500 manata artıb
Bu əməliyyatların sığorta limiti ləğv olunub
Xidmətlər zərfinə edilmiş digər dəyişikliklərə əsasən il ərzində limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti ləğv olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57

