Ermənilərin törətdiyi terrordan 32 il ötür!
08.01.2024 [10:45]
Müxtəlif zamanlarda Ermənistanın Azərbaycana qarşı terror aktı törətdiyinə şahid olmuşuq. Həmin terror aktları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Tarixdə adı və yeri, dövləti olmayan erməni tayfaları hər zaman köklü xalqlara, dövlətlərə yarınmaq, onların daxilində nifaq salmaq, qarışıqlıq yaratmaqla məşğul olublar. Zaman keçdikcə onların sayı artıb. Xırda intriqalar yaradan ermənilər Azərbaycanın əzəli ərazilərinə göz dikib, himayədarlarının əlində maşa olmaqla dövlətlərini “qurduqdan” sonra terrorlar törədib, ölümlərə vəsilə olub, bir sözlə, terror dövlətinə çevriliblər.
Xalqımız 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror və soyqırımı siyasətinə məruz qalıb. Günahsız insanlar, qocalar, uşaqlar, hətta hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilib. Dünyanın ən tanınmış terror təşkilatları sırasında Ermənistanın ASALA terror təşkilatının yer aldığı hamıya bəllidir. Ümumiyyətlə, bu ölkə terror ocağı kimi tanınıb. ASALA terror təşkilatı ilə yanaşı, “Armenakan”, “Hnçak”, “Daşnaksütun” partiyalarının da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir.
Rus tədqiqatçısı V. L. Veliçko. “Qafqaz” əsərində yazıb: “...Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu əsassız deyildir, əsası olmasaydı, bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi...
...Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.
Amerikalı erməni yazıçısı L. Z. Sürməliyan. “Xanımlar və cənablar, müraciətim sizədir” kitabında öz xalqı haqqında bunları deyib: “Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”.
Bu kimi sitatlar kitablarda, tarixdə yüzlərlə, minlərlədir... Erməni terrorçuları öz vəhşiliklərini müxtəlif nəqliyyat vasitələrində - gah sərnişin avtobuslarında, gah qatarlarda, gah da dəniz bərəsində törətməklə iz azdırmağa çalışıb, təhlükəsizliyin təmin olunmadığı sahələrdə daha çox faciələr törədiblər. Belə vandal aktları nəticəsində çoxsaylı günahsız insan həlak olub.
Dəhşətli terror aktlarından biri 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş verib. Erməni terrorçuları Azərbaycana məxsus “Mi-8” vertolyotunu atəşə tutaraq partladıb, nəticədə tanınmış şəxslər, dövlət xadimləri , o cümlədən Rusiya və Qazaxıstandan olan müşahidəçilər də daxil olmaqda 23 nəfər həlak olub. Bir neçə ay sonra isə 1992-ci il yanvarın 8-də Türkmənistandan “Krasnovodsk-Bakı” marşrutu ilə hərəkət edən dəniz bərəsində terror aktı törətməklə 25 nəfəri qətlə yetiriblər. Bu gün sözügedən terror aktından 32 il ötür. Həmin faciədə 88 nəfər yaralanıb. Göründüyü kimi, təkcə iki terror aktı zamanı 48 nəfər həlak olub.
1992-ci ildə ermənilər başqa terror hadisələri də törədiblər. Belə ki, həmin il 28 yanvar tarixində “Ağdam-Şuşa” marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olub.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirib, 650 nəfəri isə yaralayıblar.
Ermənistanın 30 il ərzində Azərbaycanın əzəli torpaqlarında nələr etdiyi isə hər kəsə məlumdur. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra məlum oldu ki, vandal ermənilər təkcə azərbaycanlılara deyil, İslam dünyasına da böyük zərbə, hörmətsizlik ediblər. Ərazimizdəki 67 məsciddən 65-ni darmadağın ediblər. Bu, ermənilərin genlərində olan dağıdıcı, terrorçu xislətinin bariz nümunəsidir.
Təbii ki, Azərbaycanın xüsusi xidmət orqanları hər bir prosesi diqqətlə izləyir, lazımi tədbirləri görürlər. Bunun nəticəsidir ki, illərdir Azərbaycanda sabitlik hökm sürür. Bu, heç də o demək deyil ki, indi Azərbaycana qarşı terror, təxribat törətmək istəyənlər yoxdur. Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycan dünyada da öz yeri və mövqeyinə görə diqqət mərkəzindədir. Azərbaycanın xüsusi xidmət orqanlarının ayıq-sayıqlığının nəticəsidir ki, bu gün Azərbaycan çoxlarının yaşamaq istədiyi, sabit bir ölkədir. Ölkəmizi qorumaq üçün hər kəs öz üzərinə düşən vəzifəni layiqincə icra edir və bundan sonra da edəcək. Erməni xisləti isə hər zaman məyus olaraq qalacaq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01

