Daha 115 nəfər!
30.01.2024 [13:32]
Füzuliyə köç davam edir…
Yeganə BAYRAMOVA
2020-ci il oktyabrın 17-si xalqımız üçün ən əlamətdar günlərdən biri idi. Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Füzuli şəhəri erməni işğalından azad edildi. Məhz həmin gün-oktyabrın 17-də Prezident İlham Əliyev Füzulinin azad olunduğunu xalqa müraciətində çatdırdı.
Qeyd edək ki, Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Füzuli əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Bununla da xalqımızın 30 ilə yaxın Füzuli həsrətinə son qoyuldu.
Füzuli şəhəri azad olunan zaman bütün dünya erməni vandalizminin bariz nümunəsi ilə üzləşdi. Şəhər viran edilmiş və bir dənə də olsa salamat bina qalmamışdı. Qısa müddət ərzində görülən işlər nəticəsində hazırda 2 minə yaxın insan artıq Füzulidə məskunlaşıb.
Günü-gündən abadlaşan Füzuli…
Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Prezident İlham Əliyevin hər dəfə azad olunmuş ərazilərə səfərləri zamanı yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə tanış olub. Dövlət başçısının bu məqsədlə ilk səfəri 2020-ci ilin noyabrın 16-da, böyük qələbədən dərhal sonra Füzuliyə olub. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəliblər. Bu səfərində Prezident Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə start verilib.
Ölkə başçısı bərpa olunan ərazilərimizdə yaşayış üçün ən gözəl şərait yaradıldığını qeyd edib. Prezident həmişə azad olunmuş rayonlara səfəri zamanı bildirib ki, 2026-cı ilin sonunadək bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşayacaq. Ölkə başçısı daim diqqətə çatdırıb ki, bütün layihələri icra edərkən həmin ərazilərə qayıdan əhalinin məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Şəhər və kənd əhalisi üçün müvafiq məşğulluq layihələri həyata keçiriləcək. Kənd təsərrüfatı ilə məşğul olan əhalinin lazımi texnika və avadanlıqlarla, güzəştli kreditlərlə təmin olunması nəzərdə tutulur. Bərpa olunmuş ərazilərə köçmüş vətəndaşların özünüməşğulluq proqramları bütövlükdə regionda hamının işlə təmin olunmasına şərait yaradacaq.
Nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsi bütövlükdə Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadi potensialının ümumi iqtisadi dövriyyəyə cəlb olunmasına şərait yaradacaq.
Prezident İlham Əliyev Füzuli sakinləri ilə görüşdüyü zamanlar Vətən müharibəsini xatırladaraq bu qələbənin Azərbaycan xalqı tərəfindən qazanıldığını vurğulayıb. O, şəhidlərimizə, qazilərimizə və veteranlarımıza göstərilən ehtiramın gənc nəslin tərbiyəsində mühüm rol oynadığını qeyd edib.
Füzuliyə köçənlərin sayı 1969 oldu…
Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Böyük Qayıdış”la bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı işğaldan azad edilmiş torpaqlarımıza yenidən həyatın qaytarılmasında mühüm rola malikdir. Prezidentin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən növbəti köç karvanı Füzuliyə çatıb. Qarabağın dilbər guşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. 27 ailə olmaqla, 115 nəfər Füzuli sakini öz yurduna qovuşub. Bununla da Füzuli şəhərində 527 ailə, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Keçmiş məcburi köçkünlər doğma torpaqlarına qovuşduqları üçün çox sevinclidirlər.
Xəbər lenti
Hamısına baxİdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46

