Yayda istirahət...
24.07.2024 [10:55]
Yerli turizmdə qiymətlər niyə bahadır?
Yay fəsli ilə əlaqədar bölgələrdə turizm sektorunda canlanma müşahidə olunur. Bu canlanma xüsusilə Qəbələ, Lənkəran, Şamaxı, Quba, İsmayıllı kimi bölgələrimizdədir. Bundan başqa, işğaldan azad olunmuş rayonlara üz tutanların da sayı az deyil.
110 manatdan 1200 manata qədər...
Lakin istirahətə gedənlərin sayında nə qədər çox canlanma varsa, yerli turizmlə bağlı qiymətlər də bir o qədər bahadır. İstər bölgələrdəki hotellərdə, istərsə də rayonlarda və Bakıətrafı bağ evlərində günlük kirayələrdə qiymətlər od tutub yanır. Belə ki, regiondan və hoteldən asılı olaraq, bu il qiymətlər, səhər yeməyi daxil, bir gecəlik 110 manatdan başlayır və 1200 manata qədər gedib çıxır.
Orta qiymətlər isə 250-300 manat arasındadır. Günlük kirayə evlər də şəraitindən asılı olaraq 70-200 manat arasında dəyişir. Bakıdakı bağ evlərində də qiymətlər dənizə yaxın olması, ya da həyətində hovuzunun olub-olmamasından asılı olaraq 100-350 manat arasında dəyişir. Bundan baha olanları da var...
Qiymətlərin baha olmasının əsas səbəbi...
Yerli ekspertlərin fikrincə, turizm sahəsində qiymətlərin baha olmasının əsas səbəblərindən biri quru sərhədlərin hələ də bağlı qalmasıdır. Xatırladaq ki, 2020-ci ilin əvvəlində koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb.
Ötən il 4.6 milyard manat xərclənib
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hotel və mehmanxana tipli obyektlər keçən il 488.82 milyon manat gəlir əldə ediblər. Bununla da hotel sənayesi illik müqayisədə gəlirlərini 38 faiz artırıb.
Azərbaycan Beynəlxalq Bankının “Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabatına əsasən, 2023-cü ildə ölkədaxili turizmə 4.6 milyard manat xərclənib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirilir: “Bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işləri aparılır. Bu da öz bəhrəsini verməkdədir”.
Seçim imkanları az, qiymətlər bahadır...
İqtisadçı Fuad İbrahimovun “Yeni Azərbaycan”a açıqlamasına görə, quru sərhədlərin bağlı olması səbəbindən insanların seçim imkanı azalıb: “Seçim imkanı azaldıqca qiymətlər də artır. Uçuş biletləri baha olduğuna görə insanların xaricə çıxmağa imkanları azdır deyə, onlar daxili bazar imkanlarından istifadə etməyə məcbur olurlar. Buna görə daxili bazarda qiymətlər artır, çünki alternativlərin sayı azdır”.
Sahibkarlar maksimum mənfəət əldə edirlər
Ekspertin fikrincə, ölkədə turizmin baha olmasının başqa səbəbi turizm infrastrukturunun azlığı ilə bağlıdır: “Mehmanxanaların sayı, mehmanxanalarda otaqların sayı, istirahət yerləri azdır. Bu da qiymətlərə müəyyən qədər təsir edir. Başqa bir faktor isə odur ki, sahibkarlar sui-istifadə edib çox vaxt qiymətləri qaldırırlar. Onlar bütün riskləri nəzərə alırlar və qiymətləri maksimum baha edirlər. Gələcəyi düşünərək maksimum mənfəət əldə etməyə çalışırlar”.
Keyfiyyətə gəlincə, iqtisadçı qeyd edib ki, istirahət mərkəzləri və hotellərdəki keyfiyyətdən, ümumilikdə, narazı qalanların faiz nisbəti çox böyük rəqəm təşkil etmir. Amma keyfiyyətlə bağlı da yetərincə suallar qalmaqdadır.
Tələb artdıqca qiymət də qalxır...
Turizm üzrə ekspert Ramin Zamanov bildirib ki, bu il istirahət edənlərin əksəriyyəti yerli turistlər olsa da, xarici vətəndaşlar da üstünlük təşkil edir. Onun sözlərinə görə, turistlər adətən Bakıya yaxın olan ərazilərə üz tuturlar: “Turizm sektorunun inkişafı turistlərin zonalara axınından asılı olaraq dəyişir. Turistlər də adətən yaxın yerlərə üstünlük verirlər”.
Ekspert qiymət artımının müşahidə olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, tələb artdıqca qiymət də qalxır: “Yüksək qiymətlərdən müəyyən qədər yayınmaq üçün səyahətləri əvvəlcədən planlaşdırmaq, rezervasiyanı öncədən etmək daha əlverişlidir. Bu, yalnız ölkə daxilində deyil, xaricə uçuşlarda da qiymətlərə təsir edir. Səyahətin öncədən planlaşdırılması bir çox xərcləri azaldır. Bundan başqa, hər il regionlarda dincəlmək üçün yeni yerlər açılır. Bunların çox az qismi hotellərdir. Böyük əksəriyyəti kənd evləri, villalardır. Hətta sakinlərin özləri evlərini müəyyən standartlara uyğunlaşdıraraq turistlərə təklif edirlər. O zaman qiymətlər daha münasib olur. Biz buna da tələbatın olduğunu görürük. Çünki ailə ilə, qrup şəklində getdikdə oteldə 1 otaqda qalmaq olmur. Ona görə də evlərə üstünlük verirlər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22

