Moskva-Pxenyan paktı...
22.06.2024 [10:35]
Qərb Uzaq Şərqdə mövqelərini gücləndirə biləcəkmi?
Avropanın mərkəzində rənglər “tündləşdikcə” səflər bəlli olur, sıralar formalaşır. Xüsusilə, Avropanın və NATO-nun son günlərdə anti-Rusiya çağırışlarını gücləndirməsi ortaya yeni mənzərə çıxarıb. NATO-nun Baş katibi Yens Stoltenberqin Rusiyadakı silah obyektlərinin məhv edilməsi üçün Qərb silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasına çağırış etməsinin ardından Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verməsi vəziyyəti dramatikləşdirib. Artıq 32 üzvün təxminən 1/3 tərəfindən “yaşıl işıq” yandırılması gələn ay reallaşacaq Vaşinqton Sammitində məsələ ilə bağlı hansısa qərarların alınma ehtimalını da gücləndirir. Başqa sözlə, Qərb artıq Mərkəzi Avropada açıq kartla oynamaq qərarına gəldiyini bildirir. Bunun qarşılığında isə təbii olaraq qarşı tərəf də “boş dayanmır”. Rusiya prezidentinin son dövrlərdə etdiyi səfərlər buna real sübutdur - bir ay öncə Çinə, ardından isə Koreya Xalq Demokratik Respublikasına edilən səfərlər hazırlığın bir tərəfli qaydada aparılmadığını deməyə əsas verir. Bu kimi səfərlər ən azından “real sərhəd”i müəyyənləşdirir - Rusiyanın üzünü şərqə və cənuba çevirməsinin ardında dayanan səbəblər kifayət qədərdir. İlk növbədə Çin hazırda dünyanın aparıcı iqtisadi-hərbi güclərindən biri sayılır, KXDR isə ABŞ ilə real düşmən mövqeyindədir...
Yeni əməkdaşlıq mərhələsi
Putinin KXDR səfəri çərçivəsində xüsusi yerə malik olan məsələ təbii ki, Rusiya və Şimali Koreya liderləri arasındakı danışıqların yekunu olaraq əldə edilmiş razılığın rəsmiləşdirilməsi - Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasıdır. Sənəd bir sıra məqamlarına görə fərqlənir və gələcək tərəfdaşlığın funksionallığını artırır. Təsadüfi deyil ki, Rusiya prezidenti hazırlanmış sənədi fundamental adlandırıb və onun uzun illər Rusiya ilə KXDR arasında münasibətlərin əsasını təşkil edəcəyini qeyd edib.
Müqavilə iki ölkə arasında münasibətlərdə əsas sənədləri - 1961-ci il Dostluq və Qarşılıqlı Yardım Müqaviləsi, 2000-ci il Dostluq, Mehriban Qonşuluq və Əməkdaşlıq Müqaviləsi, həmçinin 2000 və 2001-ci il Moskva və Pxenyan Bəyannamələrini əvəz edir.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, yeni sənədin ortaya çıxması, dünyada və regionda geosiyasi vəziyyətin dərin təkamülü və son zamanlar ikitərəfli münasibətlərdə baş verən keyfiyyət dəyişiklikləri ilə bağlıdır. O, həmçinin Şimal-Şərqi Asiya regionuna daha böyük sabitlik gətirmək niyyətindədir.
NATO hərəkətə keçir...
Nəzərə alınmalıdır ki, Putinin Pxenyan səfəri yeni prezidentlik dönəminin ikinci səfəridir - ilk səfər ötən ay Çinə edilmişdi. Ard-arda “siyasi-hərbi müttəfiqlərin” ziyarət edilməsi, yeni sazişlər və yeni müqavilələrin imzalanması təbii ki, həm də ortadakı müəyyən təhdidlərdən qaynaqlanıb - Kreml anlayır ki, iyulda baş tutacaq Vaşinqton sammiti qarşı qütb üçün xoş gələcək vəd etmir - Yens Stoltenberqin əvəzlənməsi prosesinin hələ də yubadılması da bunu deməyə əsas verir. NATO Baş katibinin həm səfərə, həm imzalanan sazişə, həm də digər məsələlərə münasibəti də çox şeydən xəbər verir. Qeyd edək ki, Yens Stoltenberq Rusiya - KXDR əməkdaşlığının yeni mərhələsi haqda məsələyə münasibət bildirib - o qeyd edib ki, Moskva-Pxenyan müdafiə paktı bu ölkələrin əməkdaşlığının gücləndiyini göstərir. Stoltenberqin fikrincə, İran, Çin və Şimali Koreya Ukrayna müharibəsində Rusiyaya hərtərəfli hərbi dəstək göstərir: “Biz anlamalıyıq ki, zaman keçdikcə avtoritar rejimlər daha da sıx birləşir və bir-birinə güclü dəstək verir. Rusiyanın Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığının güclənməsi NATO ilə burada yerləşən dövlətlər arasında əlaqələrin inkişafının vacibliyini ortaya qoyur. Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın NATO-nun iyulda keçiriləcək sammitinə dəvət olunması da məhz bununla əlaqədardır”.
Uzaq Şərqdə sular “isinir”...
Bəli, Uzaq Şərqin müharibə hədəfinə çevrilməsi yenidən aktuallaşır. Avropanın “qan çanağı”na döndüyü bir zamanda Uzaq Şərqi də müharibəyə cəlb etmək istəyən Qərb fəaliyyəti ilə SOS yaratmaq fikrindədir - ABŞ-ın Sakit Okean hövzəsində yeni hərbi ittifaq - AUKUS-u qurmasının heç də boş yerə olmadığı bir daha öz təsdiqini tapır. Belə ki, hələ bir müddət öncə KXDR lideri Kim Çen In III Dünya müharibəsinin başlanacağı barədə fikirlərini bölüşərkən səfərbərliyə hazır olmanın vacibliyini önə sürmüşdü. KXDR-in III Dünya müharibəsi “xəbərdarlığı”isə quru pafosdan ibarət ola bilməz - bunu faktlar da sübut edir. Təsdiqedici arqumentlər isə saysızdır - Avstraliyanın okean hövzəsində genişmiqyaslı hərbi təlimlər keçirməsi, ABŞ hərbi gəmilərinin yeni müttəfiqlərin su arealı ilə “tanışlığı”, eyni zamanda, Yaponiya və Cənubi Koreyanın prosesdəki iştirak imkanları?ın araşıdırılması kimi faktlar səbəbsiz ola bilməz.
Blinken xəbərdarlıq edir və təkzib olunur...
Xatırladaq ki, Vaşinqton administrasiyası da Rusiyanın Şimali Koreya və İranla hərbi-texniki əməkdaşlığının qarşısını almağa çalışacaq. Bunu ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə Vaşinqtonda danışıqlardan sonra birgə mətbuat konfransında deyib. Dövlət katibinin sözlərinə görə, ölkəsi həmçinin Çinin Rusiya ilə iqtisadi əlaqələrini azaltmağa ümid edir: “Əgər xüsusilə də müharibəni bitirməkdə dərindən maraqlı olduğunu bəyan edən Çin həqiqətən buna sadiqdirsə, o zaman müharibə maşını üçün yanacaq verməyi dayandıracaq. Və biz İran və Şimali Koreya kimi ölkələrin verdiyi dəstəyi dayandırmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”.
Blinken, həmçinin bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfəri hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Rusiya Şimali Koreyadan Ukraynanı dağıtmaq üçün sursat alır.
Dövlət katibinin fikirləri paralel olaraq həm mətbuat, həm də “dövlət rəsmiləri” tərəfindən təkzib olunur. Belə ki, Amerikanın “Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, Rusiya, Şimali Koreya, Çin və İran indiki mərhələdə hərbi ittifaq yaratmayıb. Qeyd olunub ki, Rusiya, Çin, Şimali Koreya və İran münasibətləri yaxşılaşdırmaq üçün tamhüquqlu hərbi-siyasi ittifaq yaratmaq əvəzinə bir sıra ikitərəfli təmaslarla məhdudlaşıb. Eyni zamanda, adıçəkilən ölkələr arasında daha geniş strateji və diplomatik əməkdaşlıq əlamətləri olan yeni oxun ilk konturlarından hələ də danışmaq mümkündür, məsələn, Çin “mərkəzdə”dir. Bildirilir ki, Rusiya, İran və Venesuela kimi ABŞ-ın sanksiyaları altında olan ölkələrlə ticarət əlaqələrini gücləndirmək səylərini artırır.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08

