/ / Yunanıstanda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən Yay Olimpiya Məktəbinin açılış mərasimi olub
Yunanıstanda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə keçirilən Yay Olimpiya Məktəbinin açılış mərasimi olub
06.08.2013 [08:33]
Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının (BOA) birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.
Avqustun 4-də Qədim Olimpiya şəhərində yerləşən Beynəlxalq Olimpiya Akademiyasında (BOA) məktəbin açılış mərasimi keçirilib.
Əvvəlcə Olimpiya himni səsləndirilib.
BOA-nın direktoru Dionissis Gangas və BOA-nın dekanı, Yunanıstandakı Peleponnese Universitetinin vitse-rektoru Konstantinos Georiadis iştirakçıları salamlayıblar. Akademiyanın yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verən natiqlər 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndiriblər.
Bildiriblər ki, Azərbaycanda Olimpiya Hərəkatı inkişafdadır. İdmançılar Olimpiya Oyunlarında uğurlu nəticələr əldə ediblər. Bunun üçün Azərbaycanda lazımi infrastruktur mövcuddur. Bütün bunlar da ölkədə idmana göstərilən dövlət qayğısının nümunəsidir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və yüksək qonaqpərvərliyə görə BOA-nın rəhbərliyini öz minnətdarlığını bildirib.
Sonra qədim Olimpiya Oyunları və BOA-nın fəaliyyətindən bəhs olunan videoçarx nümayiş olunub.
BOA-nın dekanı, Yunanıstandakı Peleponnese Universitetinin vitse-rektoru Konstantinos Georiadis “1961-2013: Beynəlxalq Olimpiya Akademiyasının tarixi” və BOA-nın arxeoloqu Vassiliki Tzaçrista “Qədim Olimpiya Oyunlarının tarixi” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.
İştirakçılar BOA-nın yaxınlığında müasir Olimpiya Oyunlarının keçirilməsində mühüm rol oynamış fransalı pedaqoq Baron Pyer de Kubertenin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.
Fransalı pedaqoqun ürəyi məhz bu abidənin altında dəfn edilib. Mərasimdə abidə önünə əklil qoyulub və Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Əhmədov BOA-nın direktoruna xatirə hədiyyələrini təqdim edib.
BOA-nın tikilməsində böyük xidmətləri olmuş alman və yunanıstanlı mühəndislərin şərəfinə ucaldılmış abidə də ziyarət olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

