Avropa “qaçış planı” axtarışında
10.02.2022 [10:50]
“Köhnə qitə” təhlükəni görür - ABŞ-ın təhrikləri işə yaramır
Pərviz SADAYOĞLU
Avropa ölkələri Rusiya ilə ABŞ arasında gözlənilən mümkün müharibədən “qaçış planları” üzərində işləyir. Daha doğrusu, müharibə təhlükəsinin nələrə səbəb olacağını artıq dərk etməyə başlayan “köhnə qitə” təmsilçiləri potensial fəlakətlərdən çıxış yolu axtarışındadırlar. Bunun nəticəsidir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Avropada genişmiqyaslı müharibə riskinin son 30 ildə ən yüksək həddə çatdığını bildirib. O qeyd edib ki, Avropa təhlükəsizliyi və qlobal təhlükəsizlikdən söhbət gedirsə, kritik bir nöqtədəyik. Raunun fikrincə, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan iztirabları deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr deməkdir. Bu baxımdan, ATƏT sədri də Rusiya ilə Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində fayda görür və bu məsələyə nikbin yanaşır.
ATƏT sədrinin bu fikirləri digər Avropa dövlətləri tərəfindən də dəstəklənir. Belə ki, rəsmi Berlin, Paris və Varşava Moskvanı Avropada təhlükəsizlik məsələləri üzrə substantiv dialoqa başlamağa və Ukrayna ətrafında yaranmış gərginliyin aradan qaldırılmasına kömək etməyə çağırıb. Bu barədə Almaniya Kansleri Olaf Şolts, Fransa, Polşa prezidentləri Emmanuel Makron və Anjey Dudanın Berlində “Veymar üçbucağı” adlanan formatda apardıqları danışıqların yekunları üzrə çərşənbə axşamı yaydıqları birgə bəyanatda deyilir. Qeyd olunur ki, “Veymar üçbucağı”nın (Almaniya, Fransa və Polşa) dövlət və hökumət başçıları Avropa və transatlantik təhlükəsizlik arxitekturasının gücləndirilməsi üçün birgə səylərə sadiq olduqlarını vurğulayırlar. Eyni zamanda Şolts, Makron və Duda qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri üzrə substantiv və nəticəyönümlü danışıqlarda konstruktiv iştiraka hazır olduqlarını da bəyan ediblər.
Rusiyaya təklif edilən “dialoq platforması” “Veymar üçbucağı” ilə məhdudlaşmır. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “Normand dördlüyü” (Fransa, Almaniya, Rusiya, Ukrayna) formatı da yaxın günlərdə davam edəcək. Berlində keçirilən mətbuat konfransında çıxış edən Fransa prezidenti deyib ki, qarşıdakı həftələrdə sadə həll yolları ilə müharibədən qaçmağa çalışılmalıdır. Makronun fikrincə, avropalıların və müttəfiqlərin birliyini qorumaq, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır.
Görünən budur ki, artıq Avropa ölkələri ABŞ-ı Rusiya qarşısında tək buraxır. Səbəb isə bəllidir - müharibə riski reallaşacağı təqdirdə, döyüş məhz “köhnə qitə”də gedəcək. Nəticədən asılı olmayaraq, ziyan görən tərəf birmənalı şəkildə Avropa olacaq.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Avropanın Rusiyaya münasibətdə “yumşalması” konkret addımların atılması məqamının yetişməsi ilə əlaqədardır. Yəni, Avropa və ABŞ, ya Rusiya ilə dialoqa başlamalı, ya da konkret sərt sanksiyalara əl atmalıdır. Bu isə Avropanın maraqlarına uyğun gəlmir: “Burada xüsusilə Rusiyadan idxal edilən qazın aqibətinin müəyyən olunması məsələsi səddə çevrilib. Əvvəllər Avropa ölkələri danışıqlara ümid edə-edə sərt ritorikadan istifadə edirlər. Amma bütün ümidlərin sonu yetişir. Avropa müharibənin bir addımlığında dayandığını görür. Hazırda Rusiya ilə Belarus məhz Polşanın sərhədi yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirir. Müharibənin başlayacağı təqdirdə Ukraynaya yaxın ölkələr, xüsusilə də Polşa zərbə altında qalacaq. Hətta müharibə olmasa, sərt sanksiyalara gedilsə belə, bu Avropa üçün neqativ nəticələr vəd edir. Rusiyadan Aİ ölkələrinə ixrac olunan qaz kəsilərsə, onun ən azından qısa müddətdə əvəzləyicisi tapılmayacaq. Hadisələrin bu istiqamətlərdə cərəyanı həmin ölkələrin iqtisadiyyatlarını iflic vəziyyətinə salar. Yəni, ortada həm hərbi təhlükə, həm də iqtisadi təhlükə mövcuddur”.
İ.Vəlizadə deyib ki, hərbi təhlükədən danışan zaman yalnız Ukrayna sərhədləri nəzərdə tutulmamalıdır. Rusiyanın Avropa məkanındakı Kalininqrad vilayətinin Polşa sərhədində yerləşdiyini, Baltikyanı regiona hansı təhlükələri vəd etdiyini unutmaq olmaz. Politoloqun fikrincə, Avropa İttifaqı ölkələri anlayırlar ki, gərginlik kulminasiya nöqtəsinə çatacağı təqdirdə nəticə acınacaqlı olacaq. Bu təhlükədən qaçmaq üçün dialoq çağırışları aktuall?şır. “Veymar üçbucağı” çərçivəsində substantiv danışıqlara çağırışlar da həmin səpkidən addımlardır. “Avropa bu gün dialoq axtarışındadır. Emmanuel Makronla Vladimir Putin arasındakı son danışıqların da əsas motivi məhz dialoq çağırışları idi. Artıq “Normand dördlüyü” formatı da aktivləşdirilir. Dialoq və danışıqlar hazırda ən aktual mövzudur. Çox güman ki, Putin ilə Makron arasındakı danışıqlarda müəyyən ümidverici məsələlər səsləndirilib. Bu çağırışlar da məhz həmin nüanslara əsaslanır. Təbii ki, bu danışıqların əsas məzmunu açıqlanmır. Amma düşünürəm ki, ortada kompromis işartısı olub. Yaxın günlərdə, digər formatlarda da danışıqların aparılması zərurəti yarana bilər. Çox güman ki, şərti olaraq hansısa ortaq məxrəcə gəlinib. Bu ortaq məxrəcin daha real şəkildə ortaya çıxması üçün isə detallar müəyyənləşdirilməlidir”, - deyən İ.Vəlizadə vurğulayıb ki, ABŞ-ın Rusiyaya qarşı davam edən hərbi ritorikası qarşılığında Avropanın nümayiş etdirdiyi mövqe müttəfiqlər arasında fikir ayrılıqlarının göstəricisi sayıla bilər. Daha doğrusu, müttəfiqlər arasındakı ziddiyyətlər artıq üzə çıxmaqdadır. Avropa dövlətləri Rusiyaya qarşı sərt addımlar atılmasının tərəfdarı kimi çıxış etmir. Çox güman ki, Avropa prosesdə öz dəst-xəttini nümayiş etdirmək istəyir: “Avropanın da bütün ölkələri yekdil fikirdə deyil. Polşa artıq sərt ritorikadan çəkinsə də, Böyük Britaniya öz mövqeyində qalmaqdadır. Bütün hallarda Avropa ölkələri anlayırlar ki, müharibə baş versə ön səngərdə onlar yer alacaqlar. Müharibə arzuolunan şey deyil. ABŞ hazırda prosesdən tam kənarda yer alır, okeanın o tayındadır. Müharibə baş verəcəyi, iqtisadi böhran yaranacağı, Rusiya Avropaya qaz ixracını dayandıracağı təqdirdə bunun ABŞ-a o qədər böyük təsiri olmayacaq. Sanksiyalar sərtləşsə, iqtisadi əlaqələr dayansa bunun ziyanını Aİ ölkələri çəkəcək. Aİ ilə Rusiya arasında ötən il ticarət mübadiləsi 210 milyard dollardan yuxarı olub. 210 milyard dollarlıq ticarət mübadiləsinin dayanması isə iqtisadi böhrana səbəb ola bilər. Belə demək mümkündürsə, Avropa məkanı Rusiyadan daha çox asılı vəziyyətdədirlər. Bu baxımdan da, Avropa ilə ABŞ arasında ziddiyyətlər meydana çıxır. Diqqət yetirsək, dialoqla bağlı yaradılan formatlarda ABŞ iştirak etmir. Bu o deməkdir ki, Avropa diplomatiyası nişangahda olduğunu dərk edir və məsələyə daha təmkinli yanaşma sərgiləyir”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41

