Təlimatlar Tehrandan verilib...
30.12.2022 [11:00]
İran Türkiyəni hədəfə alır
Qabil Hüseynli: Türkiyənin Cənubi Qafqazda, Orta Asiyada fəallaşması İranı sarsıdıb
Türkiyədə partlayıcılarla terror aktı hazırlayan 5 terrorçu ölkənin cənub-şərqində saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, saxlanılanlar təlimatları İrandan alıblar. Nazirin açıqlamalarına görə, saxlanılan şəxslərin ev və iş yerlərində axtarışlar zamanı tapança, 2 qumbara, 1 səsboğucu, 2 patron darağı 9 ədəd 7,65 patron, 1 radio, çoxlu sayda digər silahlar aşkar edilib. Həmçinin, bomba istehsalında istifadə edilən materiallar və metal toplar, yaddaş kartları, telefonlar, sim kartlar, flaş disklər, təşkilati sənədlər ələ keçirilib. Hazırda Van Polis İdarəsi Terrorla Mübarizə Şöbəsində saxlanılan şəxslərin istintaqı davam edir.
Qeyd edək ki, Türkiyədə İrana bağlı terrorçuların ifşa edilməsi yeni fakt deyil. Zaman-zaman bu ölkənin təlimatı əsasında Türkiyədə “fəaliyyət göstərən” terrorçu şəbəkə üzvləri ifşa edilir, saxlanılırlar. Amma İranın son dövrlərdə Türkiyəyə qarşı siyasətini daha çox kəskinləşdirməsi bəzi məqamlardan xəbər verir. Təbii ki, burada Azərbaycan faktoru də əsaslı rol oynayır. Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi Tehranı və onun himayə etdiyi terrorçu qruplaşmaları narahat etməyə bilməz. Eyni zamanda, İranın fərqli xətlərlə Türkiyədə sabitliyi pozmağa yönəlik addımlar planlamağa çalışması da istisna oluna bilməz.
Xatırladaq ki, bu ilin noyabrın 13-də Türkiyənin İstanbul şəhərindəki “İstiqlal caddəsi”ndə terror hadisəsi törədilmişdi. Terror hadisəsində 6 nəfər həlak olmuşdu, 81 nəfər yaralanmışdı. Diqqət yetirdikdə, həmin terror aktından sonrakı mərhələdə Türkiyənin apardığı antiterror siyasəti deyəsən İranı da “narahat edib”. Bunun nəticəsidir ki, saxlanılan yeni terrorçuların İranla bağlılığı da üzə çıxıb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq Qabil Hüseynli bildirib ki, İran artıq bir müddətdir ki, Türkiyəni hədəf seçib. Bu ölkə Türkiyəni zəiflətmək üçün PKK-dan, onun bir qolu olan PJK-dan geniş istifadə edir: “Terroru müdafiə və himayə edən ölkədən bu kimi hərəkətlər gözləniləndir. Son dövrlərdə Türkiyənin Cənubi Qafqazda, Orta Asiyada fəallaşması İranı daha da sarsıdıb. Hətta burada Azərbaycanla müttəfiqliyi də əsaslı rol oynayır. Türkiyənin zəiflədilməsi üçün PKK, PJK, hətta Suriya ərazisindəki PYD deyilən terror təşkilatından da geniş istifadə etməyə başlanılıb. İran anormal bir dövlətdir. Bu ölkə dünyanın təhlükəsizlik sisteminə hər zaman təhdid yaradır. İran beynəlxalq normalarla öz üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyən bir ölkədir. Onun Türkiyəyə qarşı hərəkətlərini doğuran səbəblərdən biri də teokratik rejimin mahiyyətindən irəli gəlir”.
Maraqlıdır ki, özünü “İslam dövləti” adlandıran İran ətrafındakı bütün müsəlman ölkələri ilə düşmən münasibətdədir. Q.Hüseynlinin fikrincə, İran qurama islam dövlətidir və İslam dinini əlində bayraq edərək onun altında fars şovinizmini həyata keçirir. “Bu ölkənin dünyada barmaqla sayılacaq qədər münasibət saxladığı dövlət var. Avropa, Şimali və Cənubi Amerika, eyni zamanda Yaxın Şərq ölkələri belə bu dövlətə çox ehtiyatla yanaşırlar, bu ölkəni təhlükəsizliyə ciddi təhdid hesab edirlər. İran dövlətinin mahiyyəti onun xarici siyasət istiqamətində atdığı addımlar istiqamətində dəyərləndirilir. Bunun əsasında isə terroru dəstəkləmək, özündəki teokratik quruluşu bəzi öləkələrə ixrac etmək dayanır. Nəticə etibarı ilə isə, İran milliyyətçi şovinizmin ortaya atdığı “İran hilalı” ideyası altında bu ölkənin Aralıq dənizinə çıxması xəttinin təmin edilməsini həyata keçirməyə çalışır”, - deyən politoloq vurğulayıb ki, İranın bu kimi hərəkətlərə əl atması daxili proseslərlə də əlaqədardır. Onun sözlərinə görə, İran daxili proseslərdən diqqəti yayındırmaq üçün əvvəlcə Azərbaycanı təhdid etdi. Ondan sonra İran ərazisindəki bəzi kürd qruplaşmalarını bombardman etməyə başladı: “Ardından Səudiyyə Ərəbistanına qarşı bəyanatlar səsləndirildi ki, bu ölkə ilə hər zaman qarşıdurma aktuallığını qoruyur. İranın özünün başı üzərində də buludlar qatılaşmaqdadır. İran-İsrail münasibətləri getdikcə daha da kəskinləşməkdədir. Eyni zamanda, ABŞ ilə münasibətləri də buraya əlavə etmək olar. Fikrimcə, İran dünyada təklənmiş və tərk edilmiş bir dövlətdir. Bu dövlətin ora-bura, sağa-sola bəyanatlar səsləndirməsi ümidsizlik əlaməti kimi qiymətləndirilməlidir”.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

