"Yay məktəbi" layihəsi gənclər tərəfindən rəğbətlə qarşılanır
02.08.2012 [22:08]
Azərbaycanın sürətli inkişafı, ölkəmizin əldə etdiyi nailiyyətlər dövlətin həyata keçirdiyi gənclər siyasətinə də müsbət təsir göstərib. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şəraitin yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi - dövlət gənclər siyasətinin əsasını təşkil edir. Eləcə də, respublikamızda Olimpiya hərəkatının inkişafı, Azərbaycanın müxtəlif bölgələrində Olimpiya idman komplekslərinin yaradılması gənclərimizin sağlam gələcəyindən xəbər verir. Eyni zamanda, tələbə gənclərin təqaüdlərinin artırılması, ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, dövlətin çox böyük maddi və mənəvi dəstəyi hesabına azərbaycanlı gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində müasir elmin sirlərinə yiyələnməsi, Azərbaycanın gələcəyi olan gənclərin inkişafı üçün yaradılan yüksək şəraitin və diqqətin nəticəsidir.
Onu da qeyd edək ki, bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) öz sıralarında 560 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Heç şübhəsiz, xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. YAP-ın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də, diqqət və qayğı ilə əhatə olunmuş gənclərin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin reallaşmasını təsdiq edir. Partiyaya gənclərin axını isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır. Qürurla deyə bilərik ki, ümumxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri ümummilli liderimiz Heydər Əliyevin ideyalarını fəal təbliğ edir və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.
Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmalarının, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına, xüsusilə, intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. Məlum olduğu kimi, hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır.
ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. ümumiyyətlə, YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir.
Cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirib, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdiriblər. Bütün bunlardan əlavə ölkə gəncliyi, onlara olan diqqət və qayğı da, YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Məhz YAP tərəfindən bir neçə ildir ki, böyük uğurla davam etdirilən və bütün ölkəmizin bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi artıq ənənəyə çevrilib.
Hər il təşkil olunan layihə bu mövsüm daha da genişləndirilib. Belə ki, 2007-ci ildən həyata keçirilən “Yay məktəbi” bu il də iştirakçıların say çoxluğu ilə fərqlənib. Layihədə iştirak edən 600 gəncin 300-ü Bakı və Sumqayıt şəhərlərini, 300 nəfəri isə ölkənin bölgələrini təmsil edib. Gənclər “Liderliyə gedən yol” adlı “Yay məktəbi”ndə qruplar halında iştirak ediblər. Lerik rayonundakı “Relax” istirahət mərkəzində və Oğuz rayonundakı “Afra” hoteldə “Yay məktəbi” layihəsi bu günlərdə başa çatıb. Layihənin məqsədi isə gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkilidir. “Yay məktəbi”ndə YAP-ı təmsil edən deputatlar, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlandıran suallara cavab verirlər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib. Eyni zamanda, gənclərlə iş baxımından da, bu layihənin əhəmiyyəti xüsusi qiymətləndirilir. çünki Yeni Azərbaycan Partiyasının bu layihəsi dövlətin gənclərə olan diqqəti ilə yanaşı, onların asudə vaxtının təşkilinin də daim nəzərdə olduğunu nümayiş etdirir.
Belə tədbirlərin əhəmiyyətini vurğulayan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu layihələrin həyata keçirilməsinə böyük önəm verilir və tədbirlərin əhəmiyyətini artıran amillər mövcuddur. “Birincisi, ondan ibarətdir ki, YAP-ın gənc fəalları istirahət edirlər, partiyamızın digər gəncləri ilə tanış olurlar, münasibət qururlar. Digər bir tərəfdən isə Azərbaycanın aktual problemləri ilə bağlı fikir mübadiləsi aparırlar, treninqlər keçirirlər. Hesab edirəm ki, bu, bütövlükdə Azərbaycan reallıqları ilə həm gənclərimizi tanış etmək baxımından, həm də gənclərimizin ölkəmizdəki quruculuq işlərinin gücləndirilməsi və o prosesdə yaxından iştirak etməsi baxımından əhəmiyyətlidir. YAP-ın sıralarında yüksək fəaliyyəti və vətənpərvərliyi ilə seçilən çoxlu sayda gənclərimiz var. Mən onu da xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərə həmişə böyük diqqət və qayğı göstərir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
YAP-ın ölkəmizdə ən nüfuzlu siyasi təşkilat olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, partiya gənclərin həm Azərbaycanın ən gözəl istirahət guşələrində istirahət etmələrinə şərait yaradır, həm də onların siyasi fəallığının artırılması üçün tədbirlər həyata keçirir. İcra katibi bildirib ki, bütün bunlar gənclərin gələcəyin fəal üzvləri kimi yetişməsində müsbət təsir göstərir: “Mən bunu xüsusilə qeyd etmək istəyirəm ki, YAP-ın “Yay məktəbi” layihəsi kifayət qədər populyarlaşıb. çoxlu sayda gənclər bu məktəbdə iştirak edirlər və onlar Azərbaycanın ictimai-siyasi həyatındakı iştiraka daha da yaxınlaşmış olurlar”.
Qeyd etdiyimiz kimi, hər il layihə çərçivəsində millət vəkilləri və hökumət nümayəndələri gənclərin qonağı olurlar. Amma ötən il “Yay məktəbi”nin qonaqları sırasında xaricdən gələn gənclər də var idi. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə ölkəmizə gələn Rumıniyanın Liberal Demokrat Partiyasının gənc üzvləri Oğuz rayonunda təşkil edilmiş “Yay məktəbi”nin iştirakçıları ilə görüşüblər. Rumın gənclər, həmçinin, Şəki şəhərinə səfər ediblər. Burada onlar Şəki Xan sarayı və Karvansarayla tanış olublar. Bu tarixi məkanlar haqqında məlumatlar qonaqlar tərəfindən maraqla qarşılanıb. Daha sonra “Yay məktəbi”nin iştirakçıları və rumıniyalı gənclər Kiş kəndində yenidənqurmadan sonra istifadəyə verilmiş qədim alban kilsəsini ziyarət ediblər. Əlbəttə ki, bütün bunlar çox təqdirəlayiqdir.
Təbii ki, YAP bu yöndə layihələrini gələcəkdə də uğurla davam etdirəcək. çünki partiyanın fəaliyyətində gənclərə diqqət və qayğı xüsusi yer tutur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

