İkitərəfli əlaqələrinin inkişafına böyük töhfə
12.06.2024 [11:52]
Prezident İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçicəsində Dövlət başçımızın Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident İlham Əliyev bu səfərin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini bildirib. Ölkə başçısı Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdiyini və dəvətin qəbul edilmisinə şad olduğunu söyləyib. “Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi”-deyən Prezident İlham Əliyev bu münasibətlə həmkarını təbrik edərək , Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdiyini və iki ölkə nümayəndələrinin daim təmasda olduqlarını diqqətə çatdırıb.
Dövlət başçısı qeyd edib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Ölkə başçısı əlavə edib ki, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş, bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.
Prezident İlham Əliyev çıxışında Fələstin-İsrail münasibətlərinə də toxunub. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə hər zaman diqqət mərkəzində olduğunu bildirib. ” Müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır” - deyə ölkə başçısı vurğulayıb.
Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini diqqətə çatdırıb, Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndinin danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmasından, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəklənməsindən, iki ölkə arasındakı ticarət dövriyyəsinin bir neçə dəfə artmasından bəhs edib, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikirlərini söyləyib.
Beləliklə, Prezident İlham Əliyevin Misirə rəsmi səfəri ikitərəfli əlaqələrinin inkişafına böyük töhfə verəcək, eyni zamanda iki ölkə arasındakı münasibətlərin gələcəyi üçün yeni üfüqlər açacaq.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09

