Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağ rayonunda YAP-ın 20 illiyilə bağlı yubiley tədbirlərinə start verilib

Qaradağ rayonunda YAP-ın 20 illiyilə bağlı yubiley tədbirlərinə start verilib

19.10.2012 [00:47]

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı partiyanın yaranmasının 20 illik yubileyi münasibətilə tədbirlərə start verib. Bununla əlaqədar keçirilmiş yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov əvvəlcə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə bağlı təbriklərini çatdırıb. Təşkilatın sədri və digər çıxışçılar 1918-ci ildən başlanan və 1991-ci il oktyabrın 18-də yenidən bərpa olunan müstəqillik tariximizdən, müstəqilliyin ilk illərində baş verən ictimai-siyasi hadisələrdən, Ermənistanın ölkəmizə qarşı apardığı qəsbkarlıq müharibəsindən, müstəqilliyimizin qorunmasında və daha da möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Bununla yanaşı, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin inkişafında, cəmiyyətimizin səfərbər edilməsində, eyni zamanda, demokratik siyasi sistemin formalaşdırılmasında YAP-ın xidmətlərindən söz açılıb.
Bildirilib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib. Dahi rəhbər Heydər Əliyevin dövlət quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində respublikamız regionun aparıcı dövlətinə çevrilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə tədbirlər planı təsdiqlənib.
Paylaş:
Baxılıb: 1308 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30