Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir

Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir

30.10.2012 [07:09]

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası partiyanın 20 illiyinə həsr olunmuş toplantı keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası partiyanın 20 illik yubileyinə həsr olunmuş toplantı keçirib. Toplantı iştirakçıları öncə Fəxri Xiyabana gedərək Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb.
Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva partiyanın 20 illik yubileyinin respublikanın bütün guşələrində qeyd olunduğunu bildirib. Bunun təsadüfi olmadığını deyən N.Əliyeva Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu partiyamızın ölkəmizin yeniləşməsində, müasirləşməsində əvəzsiz rol oynadığını vurğulayıb. Onun fikrincə, 20 il öncə YAP-ın yaranması ilə xalqın mənəvi gücü səfərbər edildi və bununla da, ölkəmizin üzləşdiyi problemlər həll olundu: “YAP, ilk növbədə, dövlətimizin, dövlətçiliyimizin dayağı, ona dəstək olan, onun ideyalarını ürəkdən qəbul edən, bu idealların həyata keçirilməsi istiqamətində mühüm addımlar atan böyük bir qurumdur, avanqard siyasi qüvvədir. YAP yarandığı ilk gündən o qədər mühüm məsələlərin həllinə nail olub ki, bu partiyanın bütün məramı, bütün siyasi əqidəsi bu fəaliyyətlə bağlı olub. İlk növbədə, onu deməliyəm ki, Ulu öndər Heydər Əliyev partiyamızı yaradarkən, gələcəyini elə düşünmüşdü ki, bu partiya cəmiyyətdə böyük bir siyasi qüvvə kimi müstəqilliyimizin möhkəmlənməsində, dövlətçiliyimizin cilalanmasında, xarici ölkələrdə vətənimiz, millətimiz haqqında müsbət fikirlərin yaranmasında mühüm rol oynayacaq və bu partiya dövlətçiliyimizə əsl dayaq olacaq. Bu uzun illər ərzində partiyanın sıralarında birləşən insanların məramı məhz bu olub”.
N.Əliyeva hazırda Prezident İlham Əliyev rəhbərliyi ilə partiyamızın böyük uğurlar qazandığını deyib.
Qadınlar Şurasının 1995-ci ildə yaradıldığını xatırladan N.Əliyeva YAP üzvlərinin 48 faizə qədərinin qadınlardan ibarət olduğunu qeyd edib. O bildirib ki, partiyanın sıralarında cəmiyyətimizdə kifayət qədər nüfuzlu qadınlar birləşib. “Bu gün partiyamızın sıralarında qadınlarımız kifayət qədər fəal təmsil olunurlar. Onların səsi, hətta beynəlxalq arenalardan gəlir. Qadınlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilirlər, Azərbaycan xalqının mütərəqqi mövqeyini, düzgün niyyətini ortaya qoyurlar.
Xatırlatmaq istərdim ki, 1995-ci ildə YAP-ın Qadınlar Şurası təsis olunub. Bu gün isə partiyamızın üzvlərinin 50 faizə yaxını qadınlardan ibarətdir. Partiyanın tərkibindəki qadınlar əsl ana timsalında çıxış edirlər. Onlar tez-tez cəbhə bölgələrində olurlar, xeyirxahlıqla məşğuldurlar, gənc qızlarımıza milli-mənəvi dəyərlərin təlqin edilməsi istiqamətində də işlər görürlər” - deyə, YAP Qadınlar Şurasının sədri qeyd edib. Onun fikrincə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir. N.Əliyeva bildirib ki, bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan xalqını tanıtmaq üçün böyük addımlar atır: “Mehriban xanım Əliyeva nəinki ölkə daxilində böyük işlər görür, çox əhəmiyyətli layihələrin həyata keçirilməsində birbaşa fəaliyyət göstərir, hətta xarici ölkələrdə də Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, incəsənətini təqdim etmək üçün mühüm addımlar atır. Rusiyada, Fransada, Almaniyada, İngiltərədə və digər dövlətlərdə Azərbaycan mədəniyyəti təbliğ olunur. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın ümumi səviyyəsini, Azərbaycan analarının istedadını, bacarığını, övlad tərbiyəsindəki mühüm rolunu dünyaya təqdim etmək deməkdir”.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə çıxışında partiyanın yaranması tarixində qadınların rolundan geniş bəhs edib. O bildirib ki, hər bir YAP üzvü 20 illik tarixlə qürur duymalıdır: “YAP yaradılarkən qarşıda duran əsas vəzifə güclü dövlət, mükəmməl cəmiyyətin yaradılması idi. Artıq bu vəzifə yerinə yetirilib. 100 minlərlə YAP üzvü bu dövləti qurmaq üçün var qüvvəsi ilə çalışıb və bu gün də çalışmaqdadır. Biz bu mübarizəyə “Yeni, müstəqil Azərbaycan uğrunda” şüarı ilə başladıq və bu yolda böyük nəticələr əldə etdik. Bu işlərin fövqündə isə Heydər Əliyev şəxsiyyəti dayanırdı. Bu, bizə ruh verən amildir. Ulu öndər Heydər Əliyev o dövrlərdə xalqın inamını özünə qaytardı. Ötən 20 il ərzində Azərbaycanın qazandığı bütün uğurlarda YAP-ın imzası var. Bu gün ölkəmiz nəinki regionda, bütün dünyada yerini və rolunu möhkəmləndirib. Partiyamız isə Azərbaycan cəmiyyətinin avanqard qüvvəsidir. YAP dünya miqyaslı partiyaya çevrilməkdədir. Belə ki, partiyamız Asiyanın, Avropanın, Latın Amerikasının nüfuzlu partiyaları ilə geniş əlaqələrə malikdir və bu əlaqələr güclənməkdədir”.
B.Muradova qeyd edib ki, cəmiyyətin avanqard qüvvəsi olan YAP-da daha çox fəal, fədakar və ziyalı qadınlar birləşib. Onun fikrincə, partiyanın Qadınlar Şurası ölkəmizin qadın hərəkatının önündə gedir. Vitse-spiker 20 il öncə partiya yaranarkən onun yerli strukturlarının təşkil edilməsində fədakarlıq göstərən qadınların adlarını çəkərək fəaliyyətlərini yüksək dəyərləndirib.
Millət vəkili Sahibə Qafarova çıxışında YAP-ın alternativsiz qüvvə olduğunu vurğulayıb. O bildirib ki, partiyamızın sıralarında ziyalı qadınlar daha çox üstünlük təşkil edir: “Ötən 20 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli bir yol keçib. Bu illər müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, ölkənin düşdüyü xaos və anarxiyadan, siyasi, sosial-iqtisadi və hərbi böhrandan çıxarılması, istiqlalımızın dönməzliyinin təmin olunması və hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş və çoxşaxəli islahatlar, sosial-iqtisadi inkişaf məhz YAP-ın qurucusu, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası ilə əlaqədardır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə həyata keçirilən uğurlu gender siyasəti haqqında fikirlərini bildirib. O qeyd edib ki, YAP-ın timsalında qadınlarımız siyasi cəhətdən fəallıq nümayiş etdirirlər: “Biz dövlət komitəsi olaraq BMT-nin müvafiq strukturlarına qadınların ictimai-siyasi fəallığı ilə bağlı hesabatlar təqdim edirik. Həmin hesabatlarda YAP-ın Qadınlar Şurasının fəaliyyəti xüsusi vurğulanır”.
YAP-ın yenilikçi partiya olduğunu deyən komitə sədrinin sözlərinə görə, partiya öz fəaliyyətində müasirliyə üstünlük verir.
Professor Rəna Əliyeva isə bildirib ki, ötən 20 il ərzində YAP güclü siyasi qüvvə kimi özünü təsdiq edib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya nəticəsində, Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edilib: “Müstəqillik illərində böyük yol keçən dövlətimiz bundan sonra da yalnız və yalnız inkişaf edəcək”.
Təhsil naziri, YAP İdarə Heyətinin üzvü Misir Mərdanov da çıxışında partiyamızın ötən 20 il ərzində şərəfli yol keçdiyini vurğulayıb. Onun sözlərinə görə, bu dövrdə Azərbaycan əhəmiyyətli dərəcədə inkişaf edib: “Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq və ötən dövrlərdə ciddi nailiyyətlər qazanmışıq. Bu nailiyyətlərə görə, Ulu öndər Heydər Əliyevə borcluyuq. Yeni Azərbaycan Partiyası da Heydər Əliyev ideyalarına əsaslanaraq inkişaf edir, güclənir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Hər bir sahədə böyük nəticələr əldə olunur”.
M.Mərdanov hesab edir ki, qazanılan nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Onun fikrincə, ölkəmiz sürətlə inkişaf etsə də, müəyyən problemlər hələ də mövcuddur: “Ona görə də, biz arxayınlaşmamalı, bütün gücümüzü səfərbər edib hər bir məsələni həll etməliyik”.
Toplantıda çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Əli Əhmədovun sözlərinə görə, bu yolun hər bir uğurunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var. “YAP-ı bu partiyanın sıralarında fədakarlıqlar göstərən qadınlarsız təsəvvür etmək mümkün deyil. Bu, tamamilə təbiidir. Cəmiyyəti qadınlarsız təsəvvür etmək mümkün olmadığı kimi bugünkü Azərbaycan cəmiyyətində özünə möhkəm yer tutmuş YAP-ı da sizlərsiz təsəvvür etmək mümkün deyil. Qadınların təkcə kəmiyyət etibarı ilə deyil, öz fədakarlığı, fəallıqları ilə partiyamızın tarixinə şanlı səhifələr yazması hər şeydən əvvəl onların bütövlükdə ictimai-siyasi fəallığı ilə əlaqədardır. Bu fəallıq çoxlu sayda qadınların partiyamızın sıralarına gəlməsini şərtləndirir. Mən qadınların YAP-ın sıralarına qoşulmasının digər səbəbini Heydər Əliyevin onlara olan yüksək qayğısına olan minnətdarlığının ifadəsi və cavabı kimi qiymətləndirmək istəyirəm. Qadınlarımızın YAP sıralarında yüksək fəallğının bir səbəbi də onların Azərbaycanın inkişaf, quruculuq, abadlıq tarixinə öz töhfələrini vermək istəkləri ilə əlaqədardır. Və nəticə etibarilə, partiyamız qadınların timsalında təkcə say baxımından böyüməyib. Qadınlar təkcə say artırmırlar, keyfiyyəti artırırlar. Onlar partiyamıza gəlməklə, bütövlükdə Azərbaycan xalqına xas olan müdrikliyinin gətirilməsinə nail olublar. Qadınlar, həmçinin, partiyamızın sıralarında rasional düşüncəni əhəmiyyətli dərəcədə artırıblar. Bu gün YAP cəmiyyətimizdə özünün güclü mövqeyinə təkcə ona görə sahib deyil ki, 600 minə yaxın üzvü var. Həm də bu partiya rasional düşüncənin, müdrikliyin, mənəvi saflığın daşıyıcı kimi cəmiyyətimizdə özünə möhkəm yer tutub. Məhz bunların sayəsində, Heydər Əliyev siyasətinə istinad etməsi sayəsində YAP 20 il ərzində böyük nailiyyətlərə sahib ola bilib” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin, xalqımızın qarşısındakı xidmətlərindən ətraflı bəhs edən Əli Əhmədov vurğulayıb ki, böyük şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir: “Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər birmənalı şəkildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bilavasitə bağlıdır. Bu gün də Yeni Azərbaycan Partiyası öz üzərinə götürdüyü missiyanı şərəflə, ləyaqətlə yerinə yetirməkdədir. YAP-ın hakimiyyətdə olduğu illər ərzində Azərbaycanın iqtisadiyyatı inkişaf edib, Azərbaycanın bütün həyatı əhəmiyyətli dəyişikliklərlə müşayiət olunub, hər bir vətəndaşımızın həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilib”.
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən ölkəyə, bölgəmizin ən güclü dövlətinə çevrilib. Təbii ki, Azərbaycanın nüfuzu, inkişafının bilavasitə nəticələri təkcə bölgənin ən güclü və qüdrətli dövlətinə çevrilməsi ilə məhdudlaşmır”, - deyən YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan həm də dünya miqyasında, beynəlxalq siyasətdə öz rolunun əhəmiyyətini xeyli dərəcədə yüksəldib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir, yüksəlir, iqtisadiyyatın inkişafı ilə yanaşı, vətəndaşların sosial-rifah halında ciddi dəyişikliklər baş verir. Beləliklə də, Yeni Azərbaycan Partiyası yarandığı gündən tarixin onun üzərinə qoyduğu missiyanı ləyaqətlə yerinə yetirdiyini ardıcıl olaraq sübut edir.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1308 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30