YAP ölkəmizin ən nüfuzlu siyasi təşkilatıdır
07.11.2012 [03:02]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı partiyanın yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Azərbaycan Tibb Universitetinin akt zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla və partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı əvvəlcə tədbir iştirakçılarını YAP-ın 20 illik yubileyi münasibətilə təbrik edib.
M.İbrahimqızı partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrdə ölkəmizin və xalqımızın çətin sınaqlarla üz-üzə qaldığını bildirib. Onun sözlərinə görə, xalqımız problemlərdən çıxış yolunu yalnız Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bu səbəbdən də, ölkəmizin ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu öndərimizə müraciət etdilər. Təşkilat sədri qeyd edib ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi və partiyanın qurucusu Heydər Əliyevin sayəsində Azərbaycan üzləşdiyi bütün problemlərdən xilas oldu. Onun sözlərinə görə, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai arenada kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: “Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi Yeni Azərbaycan Partiyası bu il özünün 20 illik yubileyini qeyd edir. Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Nəsimi rayon təşkilatının sıraları günbəgün genişlənir”.
M.İbrahimqızı bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənməkdədir. Eyni zamanda, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycan nəinki bölgədə, bütövlükdə dünyada nüfuzlu dövlətə çevrilib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxışında bildirib ki, müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrə dair proqramların həyata keçirilməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var. O, ölkənin bütün bölgələrində quruculuq işlərinin həyata keçirildiyini xüsusi vurğulayaraq, bu prosesin Nəsimi rayonunun da getdiyini deyib.
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla isə çıxışında cəmiyyətin demokratikləşməsi prosesində YAP-ın xüsusi rol oynadığını deyib.
Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov çıxışında qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir. Bu nüfuz və dəstəyin əsas səbəblərindən biri də partiyamızın hər zaman ümumxalq partiyası kimi fəaliyyət göstərməsi, xalqın və dövlətin mənafeyini hər şeydən uca tutmasıdır. Müstəqillik tariximizdə YAP-ın müstəsna rolunun olduğunu deyən Ə.Əmiraslanov bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan YAP Azərbaycanın siyasi mühitinə bir çox yeniliklər gətirdi. Belə ki, YAP-ın yaranması ölkəmizdə sivil mübarizə, demokratiya kimi dəyərləri bərqərar etdi. Partiyanın yaranma zərurətindən geniş danışan akademik YAP-ın qurucusu Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirdiyini vurğulayıb.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Sərraf Hüseynov çıxışında bildirib ki, YAP-ın fəaliyyətinin əsas qayəsi Azərbaycan xalqının xoş gələcəyini təmin etməkdən ibarətdir: “Bu gün Ümummilli liderimiz Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri var”.
Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini deyən S.Hüseynovun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da gənclərin maraqlarını ifadə edən əhəmiyyətli layihələr reallaşdırır.
Yubiley tədbirində çıxış edənlər ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmiş YAP-ın Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında tarixi xidmətlərindən ətraflı bəhs ediblər. Bildirilib ki, partiyanın yaranması o vaxt ölkəmizdə hakimiyyətdə olan qüvvələrin siyasi səriştəsizliyi nəticəsində respublikamızı bürüyən özbaşınalığın, xaosun aradan qaldırılması, Azərbaycanın parçalanmasının qarşısının alınması, dövlətçiliyimizin qorunması zərurətindən irəli gəlmişdi.
Tədbirdə, həmçinin, partiya veteranlarına qiymətli hədiyyələr, YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

