Azərbaycan dövlətinin milli ideologiyasının özəyini təşkil edən azərbaycançılıqdır
30.09.2024 [17:19]
Azərbaycançılıq və dövlətçiliyimizin ideoloji bazasını, xalqın varlığını təcəssüm etdirən baza olmaqla yanaşı, özündə həm də dövlətçiliyin əsas atributlarını da əks etdirir. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azurbaycançılıq anlayışının tərkib hissələridir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən, tarixi ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər olmaz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dinimizi sevməlidir, dilimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azurbaycançılıq anlayışının tərkib hissələridir”. Ulu Öndər azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur.
Ulu Öndər Heydər Əliyev öz çıxışlarının birində deyirdi: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycandaheç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur”. Məhz bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətinin mahiyyətini dərk etməyə kifayətdir. Əsrlərdir tolerantlıq və multikulturalizm xalqımızın ictimai-siyasi həyatının mühüm, həm də ayrılmaz dəyərinə çevrilib. İndi isə bu dəyərlər müstəqilliyimizin milli sərvəti kimi çıxış edir. Ümummilli Liderimiz Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı məqsədilə əsasını qoyduğu “Bakı prosesi”, eləcə də digər dünya miqyaslı təşəbbüslərlə möhkəmləndi. Dövlətimizin ümumbəşəri ideyaların carçısı olması bizim üçün qürur mənbəyi, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərə çevrildi.
44 günlük Vətən müharibəsi müddətində siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsində işğalçını həm də xalqımızın bu həmrəyliyi, birliyi vəlvələyə salmışdı. Siyasət və döyüş meydanında məğlubiyyətə düçar olan ermənilər bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa çalışsalar da, ölkəmizdəki birgəyaşayış modelinin sınaqlardan uğurla çıxdığını, böyük gücə çevrildiyini, Azərbaycanda tarixən yaşayan xalqların, dinlərin nümayəndələrinin hamısının azərbaycançılığa, Azərbaycan dövlətçiliyinə sıx bağlılığını və bu bağların illər keçdikcə daha da möhkəmləndiyini unutmuşdular. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəyliyimizin və bütün azərbaycanlıların Prezident İlham Əliyevin ətrafında birliyinin təntənəsi oldu. Bütövlükdə, 44 günlük savaşdakı Zəfərlə xalqımız Ali Baş Komandanımızın rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini göstərdi.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Bu 44 günlük müharibə bir daha göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

