Tarixi əhəmiyyət kəsb edən Qubadlı zəfəri
23.10.2024 [18:16]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
44 günlük Vətən müharibəsi müasir Azərbaycan tarixinin şanlı səhifələrindən biri və ən önəmli hadisəsidir. 2020-ci ildə 27 sentyabrda başlamış Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan tarixinə ən şərəfli səhifə olaraq yazılmışdır. İşğaldan azad edilən şəhər və kəndlərin hər biri xüsusi önəm daşıyır, Qubadlı zəfəri isə böyük tarixi əhəmiyyət kəsb edir. Qubadlının işğaldan azad edilməsi ilə möhtəşəm Zəfərə bir addım daha yaxınlaşdıq.
Qubadlı rayonu 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlı olan rayonun İnzibati mərkəzi Qubadlı şəhəridir.
31 avqust 1993-cü il tarixində Ermənistan Silahlı Qüvvəlləri tərəfindən işğal edilmiş Qubadlı rayonu, 27 il sonra Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində oktyabrın 25-də işğaldan azad edilmişdir. Bu tarixi xəbəri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 25-də özünün tvitter hesabından elan etmişdir. Ölkə başçısı oktyabrın 26-da xalqa müraciətində Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bildirmişdir. Müzəffər Ali Baş Komandan eyni zamanda Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlamışdır.
Qubadlının azad edilməsi tarixi hadisə olmaqla yanaşı böyük Qələbənin müjdələrindən idi. Qubadlı əməliyyatı İkinci Qarabağ döyüşlərinin ən gərgin döyüşlərindən olmuşdur.
Prezident İlham Əliyev Qubadlının azad olunmasının önəmindən danışanrkən qeyd edib ki, “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.
2020-ci il noyabrn 26-da Qubadlının azad olunmasına görə medal təsis edilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15212 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Bu gün işğaldan azad olunmuş ərazilərin, o cümlədən Qubadlının da bərpası istiqamətində mühüm işlər görülür. Qubadlı yeni inkişaf dövrünü yaşayır. Şəhər və işğaldan azad edilən 41 kənd yenidən qurulur. Prezident İlham Əliyevin regionda görülən bərpa və yenidənqurma işlərinə birbaşa nəzarət etdir. İşğaldan azd edildikdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda bir neçə dəfə səfərdə olublar. Səfərlər zamanı rayonda aparılan bərpa quruculuq işləri ilə yerində tanış olub, bir sıra mühüm təməlqoyma və açılış mərasimlərində iştirak ediblər.
2020-ci il 23 dekabr tarixində Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını qaldırması isə tarixi hadisə olmaqla yanaşı, qubadlılılarla yanaşı, bütün Azərbaycan xalqının ümumi sevincinə səbəb oldu. Bundan sonra 25 oktyabr tarixi Azərbaycan dövlətinin tarixində şanlı səhifə olaraq qalacaqdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33

