Düşmənlərin bütün planları iflasa uğradı
04.11.2024 [15:41]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Azərbaycan ərazilərinin 20 faizi 30 ilə yaxın erməni işğalı altında idi. Bütün bu illər ərzində beynəlxalq təşkilatların yürütdükləri ikili standartlar siyasəti nəticə etibarı ilə münaqişənin sülh yolu ilə həllini qeyri-mümkün etmişdi. Vasitəçi missiyası ilə səlahiyyətləndirilmiş beynəlxalq qurumların əsas məqsədləri isə münaqişəni dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq idi. Bu vəziyyətdən daha çox yararlanmağa çalışan Ermənistan isə, artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməkdə idi. Lakin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və Ordumuzun şücaəti ermənilərin və havadarlarının bölgədəki siyasətini tam iflasa uğratdı.
Möhtərəm dövlət başçımızın 2003-2020-ci illər ərzində atdığı hər bir addım, qəbul etdiyi hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Cənab Prezidentin gərgin əməyinin məntiqi nəticəsi kimi Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdıraraq ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Ötən illər ərzində bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Məhz bu hədəfə nail olmaq üçün 17 il ərzində Azərbaycan Prezidenti danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Azərbaycan sülhsevər ölkədir. Lakin tarix göstərir ki, sülh içərisində yaşaya bilmək üçün müharibəyə hər zaman hazır olmaq lazımdır.
Azərbaycan Ordusu 5 ilə işğal edilmiş və 30 il ərzində çoxsaylı istehkamlarla möhkəmləndirilmiş əraziləri cəmi 44 gün apardığı hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu, həqiqətən də qeyri-mümkün bir işin mümkün edilməsidir. İşğal dövründə ermənilər gec-tez hücuma keçəcəyinə əmin olduqları Azərbaycan Ordusunun qarşısını almaq üçün üç, dörd, hətta beş səviyyəli hərbi-mühəndis istehkamları qurmuşdular, uzunmüddətli avtonom atəş nöqtələri, mina sahələri yaratmışdılar. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Azərbaycan Ordusu artıq yeni taktikaya, yeni silahlara və ən müasir texnologiyalara sahib olan bir orduya çevrilmişdi. Qısa müddət ərzində erməni hərbi birləşmələri hətta silah-sursatlarını, hərbi texnikalarını belə qoyaraq qaçmağa başladılar. Ordumuzun gözlənilməz manevrləri, artilleriya və PUA-ların dəqiq zərbələri ilə düşmənin zirehli texnikası və ağır artilleriya qurğuları tez bir zamanda məhv edilir, döyüşlərin gedişinə təsir etmək imkanını itirirdi. Bir sözlə, Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı.
2020-ci il noyabr ayının 10-da Ermənistanın faktiki kapitulyasiya aktı olan Üçtərəfli bəyanatın imzalanmasının əsas səbəblərindən biri də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Müzəffər Ordumuz Şuşanı azad etdikdən sonra erməni tərəfi artıq bütün xülyalarının puç olduğunu daha aydın şəkildə dərk etdi. Bundan dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu.
Lakin Vətən müharibəsindən sonra keçən üç il göstərdi ki, ermənilər hələ də lazımi dərslərini yetərincə mənimsəməyiblər. Buna görə də Azərbaycan növbəti dəfə öz gücünü göstərməli oldu. 2023-cü ilin 19 sentyabr tarixində ölkəmiz cəmi 23 saat ərzində apardığı antiterror əməliyyatı nəticəsində düşməni yenidən ağ bayraq qaldırmağa məcbur etdi. Bir sutkadan da az bir müddətə Qarabağda qalan bütün qanunsuz silahlı dəstələr və separatçı rejim ləğv olundu. Azərbaycan bütün ərazisində tam suverenliyini bərpa etdi.
Xəbər lenti
Hamısına baxDiaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12

