Bu Qələbə bizimlə əbədi olacaq
19.11.2024 [15:45]
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Zəfər parkının açılışında iştirak edən və orada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldan Prezident cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmağımızdan ötən 4 il ərzində keçdiyimiz yola və qalib ölkə statusunun bizə gətirdiyi siyasi, mənəvi-psixoloji üstünlüklərə nəzər salmaq, ümumiləşdirmələr aparmaq baxımından olduqca əhəmiyyətlidir. Prezidentin xalqa müraciəti Qələbə ovqatımızı əks etdirən müraciətdir. Bəli, qalib Liderin çıxışı elə bu cür mübariz, inamlı və əzmkar ruhda olmalıydı.
Bu möhtəşəm kompleks eyni zamanda xalqımızın həmrəylik, bütövlük, güc və qələbə ideallarını təcəssüm etdirir. Bu cür yüksək ideallara, dəyərlərə söykənən xalqın və onun liderinin yolu bir gün məhz Zəfər Tağından keçməliydi. Ucalığı, əzəməti, daşıdığı anlamı ilə seçilən Zəfər tağı həqiqətən də əsl Zəfər simvoludur.
Zəfər parkının və onun giriş qapısının – Zəfər tağının görünüşü, ümumi ab-havası Vətən müharibəsindəki tarixi Qələbəmizin ruhunu, mahiyyətini çox gözəl əks etdirir. Bu möhtəşəm kompleks dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının rəmzi kimi bura ziyarətə gələn hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.
Azərbaycan Prezidentinin Zəfər parkı, Zəfər tağı ilə bağlı sözləri qürurvericidir. Prezident bildirdiyi kimi şəhərimizin ən gözəl yerlərindən birində açılan Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Hündürlüyü 44 metr, sütunlarının sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq.
Prezident cənab İlham Əliyevin Zəfər parkının açılışı zamanı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistana havadarlıq edən güclər bizi işğal taleyi ilə barışdırmaq istəyirdilər. Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Həmsədrlər bununla onu demək istəyirdilər ki, biz bu işğalla barışaq: “Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Və barışmadıq da".
2019-cu ildə öz havadarlarına güvənərək böyük bir lovğalıqla “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın avantürist baş naziri Nikol Paşinyanı 44 günlük müharibədən sonra “Qarabağ Azərbaycandır” deməyə məcbur etmək heç də asan deyildi. Lakin biz bunu da bacardıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən hələ 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.
Dövlətimizin başçısı Zəfər parkındakı çıxışında onu da bəyan etdi ki, hazırda bəzi Qərb ölkələri Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Bu da məqsədli, planlı bir siyasətdir. Məqsəd Ermənistanın işğalçı ölkə obrazını unutdurmaqdır.
Cənab İlham Əliyevin Zəfər parkındakı çıxışı Ermənistana və onun Qərbdəki havadarlarına növbəti xəbərdarlıqdır. İndi Qarabağ torpağında separatçıların izi-tozunun da qalmadığını nəzərə çatdıran dövlətimizin başçısı İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrinin artıq Ermənistan rəhbərliyinin düzgün addımlar atması üçün kifayət etdiyini bildirdi. Lakin bununla yanaşı, dövlət başçısı onu da vurğuladı ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bunun Ermənistan dövləti üçün tam faciə ola biləcəyini söyləyən Azərbaycan Prezidenti növbəti dəfə Ermənistanı silahlanma siyasətindən əl çəkməyə, buna son qoymağa çağırdı.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

