Prezident seçkiləri YAP-ın namizədinin böyük qələbəsi ilə nəticələnəcək
19.03.2013 [10:16]
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov belə müşavirələrin ənənəvi olaraq keçirildiyini, bu müşavirələrdə bir sıra əhəmiyyətli məsələlərə dair müzakirələrin aparıldığını bildirib. 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov qeyd edib ki, YAP ənənəsinə uyğun olaraq prezident seçkiləri kampaniyasının yüksək fəallıq şəratində keçirilməsi və irəli sürdüyü namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verir.
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Azərbaycan cəmiyyətinin, bütün xalqın qarşıdakı seçkilərə yüksək əhval-ruhiyyə ilə getdiyini deyən Əli Əhmədov qeyd edib ki, ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb: “Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Bu reallıqlar insanların ölkəmizin indiki gerçəkliyini yüksək dəyərləndirməsi, gələcəyə böyük ümidlərlə baxması qarşıdan gələn seçkilərlə əlaqədar həm əhval-ruhiyyənin, həm də insanlarımızın mövqeyini və iradəsini formalaşdırıb. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan cəmiyyətinin formalaşmış mövqeyi YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsindən ibarətdir. Müşahidələrimiz, təhlillər və analizlər birmənalı şəkildə təsdiq edir ki, Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyinin irəli sürülməsini hər bir vətəndaş özünün istək və arzularının reallaşması üçün növbəti şans hesab edir. Həqiqətən də, bu, belədir”.
2003-cü ildən indiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyən YAP İcra katibi qeyd edib ki, istər iqtisadiyyatın inkişafı, istərsə də digər sahələrdə əldə olunan uğurlar insanlarımızın İlham Əliyevin rəhbərliyinə olan münasibətini formalaşdırıb. Beləliklə də, insanlarımızda qəti inam formalaşıb ki, İlham Əliyevin rəhbərliyi Azərbaycan üçün, hər bir vətəndaş üçün uğurludur. Əli Əhmədov bildirib ki, bunun əsas parametri iqtisadiyyatın inkişafı, əhalinin rifahının yüksəlməsi üçün etibarlı zəminin hazırlanmasından ibarətdir. Onun sözlərinə görə, digər mühüm məqam isə Azərbaycanın müasirləşməsi, yeniləşməsindən ibarətdir. Çünki insanlar həyatının yüksəlməsi ilə yanaşı, bütövlükdə Azərbaycanın yeni bir imicinin formalaşmasını da öz həyatlarının yeni məqamı kimi səciyyələndirirlər. “Hər bir vətəndaş Prezident İlham Əliyevə münasibətini formalaşdırarkən Azərbaycanda sabitlik, əmin-amanlıq kimi çox əhəmiyyətli amillər də göz önünə gəlir. Bu amillər də həlledici rol oynamaqdadır. Əgər bu amil olmasaydı, yəqin ki, iqtisadiyyatın inkişafının insanların rifahının yaxşılaşdırılması üçün təmin etdiyi məqamlar olmazdı. Bəzi ölkələrdə baş verənlər təsdiq edir ki, insan üçün həyatının yaxşılaşmasının o zaman əhəmiyyətli qiyməti olur ki, rifahının yaxşılaşması insanın təhlükəsizliyi ilə birlikdə olsun. Əks halda, rifah yaxşılaşması mənasını itirir. O yerdə ki, insanın həyatı təhlükə altındadır, rahatlıq və dinclik yoxdur, şəxsi həyatı heç bir dəyər kəsb etmir. Bu amillər cənab İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə əlaqədar ümumxalq rəyinin formalaşmasının kökündə dayanır. Bu, bizim həyatımızın reallığıdır. Eyni zamanda, bu məqamlar insanlarımızın gələcəyə ümidlə baxmasını da şərtləndirir. Bunun kökündə də Prezident İlham Əliyevin siyasəti, bu siyasətin etibarlı dayaqlar üzərində qərar tutması dayanır. Prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi bütün parametrlər üzrə yenə də Azərbaycanın davamlı inkişafının təmin edilməsi olacaq, yenə əmin-amanlıq, sabitlik olacaq və daha da güclənəcək. İqtisadi inkişaf nəticəsində insanların rifahı daha da yaxşılaşacaq. Yenə də, Azərbaycanın modernləşməsi xətti uğurla həyata keçiriləcək, ölkəmiz daha da gözəlləşəcək, simasını dəyişəcək və hər bir insan üçün yaşamaq daha rahat olacaq. İnsanlar dərk edir və inanır ki, bütün bu dəyərlər Prezident İlham Əliyevin siyasəti ilə əlaqədardır. Bütün bunlardan çıxış edərək YAP olaraq biz də hesab edirik ki, Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcəklər. Bu, hər bir vətəndaşın, hər bir ailənin maraqlarına uyğundur”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, bütün uğurlarla yanaşı, YAP olaraq üzərimizə çox məsuliyyətli və şərəfli vəzifələr düşür. Onun sözlərinə görə, bu vəzifənin başlıca mahiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətinə böyük inamına uyğun gələn seçki kampaniyasını təşkil edib keçirək. YAP İcra katibi deyib ki, yüksək siyasi fəallıq, demokratik dəyərlərə uyğun, Seçki Məcəlləsinin bütün tələblərini özündə ehtiva edən seçki kampaniyasının keçirilməsi, YAP-ın üzvü olaraq, hər birimizin üzərinə düşən şərəfli partiya vəzifəsidir: “Bu, partiyanın Sədri qarşısında borcumuzu yerinə yetirmək üçün bizə verilən bir şansdır. Güman edirəm ki, YAP bundan əvvəlki seçki kampaniyalarında olduğu kimi növbəti seçkilərin də yüksək fəallıq şəraitində və xalqımızın iradəsini dəqiqliklə əks etməyə imkan verən formada keçirilməsi üçün lazımi fədakarlığını göstərə biləcək. Qazandığımız təcrübə, həmçinin, Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətimiz və dərin inamımız bu fədakarlığı bir daha nümayiş etdirmək üçün əsaslar yaradır. Hər bir rayon təşkilatının ötən dövrlər ərzində keçirilən seçkilərdə topladığı təcrübə çox əhəmiyyətlidir”.
Əli Əhmədov qeyd edib ki, YAP artıq partiya daxilində, yerli strukturlarda qarşıdan gələn seçki kampaniyasına hazırlıqla əlaqədar işlərə başlayıb. Onun sözlərinə görə, bu müşavirə yerli strukturlarımızın seçki kampaniyasının yüksək şəraitdə keçirilməsini təmin etməklə əlaqədar qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və yerinə yetirilməsi baxımından əhəmiyyətli olacaq. Partiyamızın bu ənənəsinin özünü doğrultduğunu deyən İcra katibi bildirib ki, biz əvvəlcədən və böyük zəhmət çəkərək seçki kampaniyasına hazırlaşmaqla irəliyə sürdüyümüz namizədin yüksək qələbəsinin təmin edilməsinə nail oluruq. “İnanıram ki, YAP-ın Sədri, qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin böyük nüfuzu, dövlət başçısı kimi həyata keçirdiyi siyasətin insanlarımız tərəfindən birmənalı və qətiyyətlə dəstəklənməsi seçkilərin nəticələri haqqında indidən hansı rəyin formalaşmasına imkan yaradır. Eyni zamanda, Prezident İlham Əliyevin növbəti beş ildə prezidentliyinin Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin öz istək və arzularına uyğun gəlməsini nəzərə alaraq, eləcə də, YAP-ın böyük seçki təcrübəsinə istinad edərək qətiyyətlə deyə bilərəm ki, 2013-cü ilin prezident seçkiləri kampaniyası partiyamızın namizədinin əhəmiyyətli və böyük qələbəsi ilə nəticələnəcək. Bu, bizim qəti inamımızdır və bu inamın reallığa çevrilməsi üçün YAP yüksək seçki kampaniyası keçirmək iddiasındadır. Güman edirəm ki, partiya üzvlərinin böyük fədakarlığı bu istəyin həyata keçirilməsinə imkan yaradacaq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Müşavirədə, həmçinin, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələri partiyanın rayon və şəhər təşkilatları sədrlərinin diqqətinə çatdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

