Prezident İlham Əliyevin bu müsahibəsi dünyaya bir mesaj idi
25.12.2024 [17:28]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici mediya jurnalistlərinə verdiyi müsahibələr artıq bir ənənəyə çevrilib. 17 dekabr 2024-cü il tarixdə ölkə başçısı növbəti müsahibəni Rusiyanın “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdi. Müsahibə bir sıra vacib geosiyasi məsələlərin müzakirəsi və ölkənin regional siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiq hadisə oldu. Müsahibə zamanı Prezident Əliyev regional sabitlik, enerji təhlükəsizliyi, Ermənistanla münasibətlər, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın beynəlxalq platformalardakı mövqeləri ilə bağlı əhəmiyyətli mesajlar verdi.
Dövlət başçısı müsahibədə xüsusilə Qərbi Azərbaycan və soydaşlarımızın taleyi haqqında mövqeyini bildirdi. Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran cənab Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki: “Qərbi Azərbaycan İcması qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir.” Bu fikirlər bir daha sübut edir ki, Cənab İlham Əliyevin hücum xarakterli diplomatiyasında Qərbi Azərbaycan faktoru prioritet təşkil edir. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb.
Dövlət başçımız müsahibəsində Azərbaycanın regional sülhün təminatına yönəlmiş siyasətini bir daha vurğuladı. O, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara diqqət çəkərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha təsdiqlədi. Prezident, sülh müqaviləsinin bağlanmasının vacibliyini qeyd edərək, bunun bütün Cənubi Qafqaz üçün sabitliyin təmin olunmasında əsas faktor olduğunu bildirdi.
Verdiyi müsahibədə dünya enerji bazarında Azərbaycanın strateji roluna toxunan Prezident İlham Əliyev, ölkənin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması ilə bağlı təşəbbüsləri haqqında məlumat verdi. Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası və Avropanın enerji təhlükəsizliyinə töhfələr Azərbaycanın qlobal enerji siyasətindəki əhəmiyyətini bir daha nümayiş etdirir. Prezident qeyd etdi ki, Azərbaycan enerji ixracını şaxələndirmək və tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqda maraqlıdır. Prezident Cənab İlham Əliyev Zəngəzur dəhlizinin reallaşdırılmasının təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, bu dəhlizin açılması bölgədə iqtisadi əməkdaşlığın genişlənməsi və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı baxımından strateji önəm kəsb edir.
Müsahibə zamanı Prezident Əliyev regional sabitlik, Ermənistanla münasibətlər, Azərbaycanın beynəlxalq platformalardakı mövqeləri ilə bağlı əhəmiyyətli mesajlar verdi. Ermənistanla münasibətlərə, ölkəmizin məruz qaldığı ikili standartlara xüsusilə diqqət çəkərək bir çox mühüm məsələlərə aydınlıq gətirdi. Prezidentin bu müsahibəsi həm də dünyaya bir mesaj idi. Bu müsahibə, Azərbaycanın sülhsevər və konstruktiv siyasətini, eyni zamanda, milli maraqlarını qorumaq istiqamətində qətiyyətli addımlar atmaq əzmində olduğunu bir daha təsdiq edir. Azərbaycanın gələcək hədəfləri, regional əməkdaşlıq və qlobal enerji təhlükəsizliyi sahəsində aparıcı rolu bu müsahibədə geniş şəkildə əksini tapdı.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

