Yeni Azərbaycan Partiyası prezident seçkilərinə ciddi şəkildə hazırlaşır
02.05.2013 [11:31]
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın Suraxanı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirib
Dünən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Suraxanı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirib. Bu ilin oktyabr ayında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə ciddi şəkildə hazırlaşmaqdadır. Onun sözlərinə görə, belə görüşlərin keçirilməsi də seçki kampaniyasının yüksək səviyyədə təşkil olunması ilə əlaqədardır. YAP Sədrinin müavini qeyd edib ki, partiya bu seçkilərdə Prezident İlham Əliyevin namizədliyinin irəli sürüləcəyini bəyan edib və hazırda cəmiyyətdə də Yeni Azərbaycan Partiyasının Sədrinin namizədliyi məsələsi geniş müzakirə olunur. İctimai rəydə cənab İlham Əliyevin namizədliyinin dəstəkləndiyini deyən Əli Əhmədovun fikrincə, bu dəstək ciddi əsaslara söykənir.
YAP Sədrinin müavini bildirib ki, son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əhəmiyyətli dəyişikliklər baş verib, ölkəmiz böyük inkişaf yolu keçib: “Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Məhz bu siyasətin nəticəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində böyük inkişaf mərhələsi keçib. Əlbəttə ki, bu inkişafın kökündə dayanan həqiqət Heydər Əliyev ideyaları ilə əlaqədardır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır və bu ideyalar əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. Eyni zamanda, 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib”.
Əli Əhmədov deyib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Azərbaycan cəmiyyətinin, bütün xalqın qarşıdakı seçkilərə yüksək əhval-ruhiyyə ilə getdiyini deyən Əli Əhmədov qeyd edib ki, ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda ölkəmizin yeni imicini formalaşdırıb: “Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni, müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Bu reallıqlar, insanların ölkəmizin indiki gerçəkliyini yüksək dəyərləndirməsi, gələcəyə böyük ümidlərlə baxması qarşıdan gələn seçkilərlə əlaqədar həm əhval-ruhiyyənin, həm də insanlarımızın mövqeyini və iradəsini formalaşdırıb. Qarşıdan gələn prezident seçkilərində Azərbaycan cəmiyyətinin formalaşmış mövqeyi YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsindən ibarətdir. Müşahidələrimiz, təhlillər və analizlər birmənalı şəkildə təsdiq edir ki, Prezident İlham Əliyevin qarşıdan gələn seçkilərdə namizədliyinin irəli sürülməsini hər bir vətəndaş özünün istək və arzularının reallaşması üçün növbəti şans hesab edir”.
YAP İcra katibi qeyd edib ki, istər iqtisadiyyatın inkişafı, istərsə də digər sahələrdə əldə olunan uğurlar insanlarımızın Prezident İlham Əliyevin rəhbərliyinə olan münasibətini formalaşdırıb. Beləliklə də, insanlarımızda qəti inam formalaşıb ki, cənab İlham Əliyevin rəhbərliyi Azərbaycan üçün, hər bir vətəndaş üçün uğurludur. Əli Əhmədov bildirib ki, bunun əsas parametri iqtisadiyyatın inkişafı, əhalinin rifahının yüksəlməsi üçün etibarlı zəminin hazırlanmasından ibarətdir. Onun sözlərinə görə, digər mühüm məqam isə Azərbaycanın müasirləşməsi, yeniləşməsindən ibarətdir. Çünki insanlar həyatlarının yüksəlməsi ilə yanaşı, bütövlükdə Azərbaycanın yeni bir imicinin formalaşmasını da öz həyatlarının yeni məqamı kimi səciyyələndirirlər. “Hər bir vətəndaş Prezident İlham Əliyevə münasibətini formalaşdırarkən Azərbaycanda sabitlik, əmin-amanlıq kimi çox əhəmiyyətli amilləri də göz önünə gəlir. Bu amillər də həlledici rol oynamaqdadır. Əgər bu amil olmasaydı, yəqin ki, iqtisadiyyatın inkişafının insanların rifahının yaxşılaşdırılması üçün təmin etdiyi məqamlar olmazdı. Bəzi ölkələrdə baş verənlər təsdiq edir ki, insan üçün həyatının yaxşılaşmasının o zaman əhəmiyyətli qiyməti olur ki, rifahının yaxşılaşması insanın təhlükəsizliyi ilə birlikdə olsun. Əks halda rifah yaxşılaşması, mənasını itirir. O yerdə ki, insanın həyatı təhlükə altındadır, rahatlıq və dinclik yoxdur, şəxsi həyatı heç bir dəyər kəsb etmir. Bu amillər cənab İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə əlaqədar ümumxalq rəyinin formalaşmasının kökündə dayanır. Bu, bizim həyatımızın reallığıdır. Eyni zamanda, bu məqamlar insanlarımızın gələcəyə ümidlə baxmasını da şərtləndirir. Bunun kökündə də Prezident İlham Əliyevin siyasəti, bu siyasətin etibarlı dayaqlar üzərində qərar tutması dayanır. Prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi bütün parametrlər üzrə yenə də Azərbaycanın davamlı inkişafının təmin edilməsi olacaq, yenə əmin-amanlıq, sabitlik olacaq və daha da güclənəcək. İqtisadi inkişaf nəticəsində insanların rifahı daha da yaxşılaşacaq. Yenə də, Azərbaycanın modernləşməsi xətti uğurla həyata keçiriləcək, ölkəmiz daha da gözəlləşəcək, simasını dəyişəcək və hər bir insan üçün yaşamaq daha rahat olacaq. İnsanlar dərk edir və inanır ki, bütün bu dəyərlər Prezident İlham Əliyevin siyasəti ilə əlaqədardır. Bütün bunlardan çıxış edərək YAP olaraq biz də hesab edirik ki, Azərbaycan vətəndaşları prezident seçkilərində cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcəklər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Bütün vətəndaşların ölkəmizin inkişafının canlı şahidləri olduğunu deyən YAP İcra katibi qeyd edib ki, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın modernləşmə xəttinin uğurla həyata keçirilməsi, ölkəmizin simasının dəyişməsi, mənəvi sahədə olan yüksəlişlər, dövlətimizin dünya birliyində mövqeyinin möhkəmlənməsi, regionda lider dövlətə çevrilməsi və digər amillərin hamısı kompleks şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləridir. “Beləliklə də, əzəmətli və möhtəşəm inkişaf mənzərəsi gözümüzün qarşısında canlanır. 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının başlıca mənzərəsi bu göstəricilərdən ibarətdir. Təbii ki, bu, Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir. Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarını əhval-ruhiyyəsini müəyyənləşdirib. Bu mənada növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. İnsanlar indiyədək qazanılan uğurlarla yanaşı, qarşıdakı illərdə də nailiyyətlərin davam etməsini arzulayır və bunu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə görürlər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarının rəhbərlərinə müvafiq tövsiyələr verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

