YAP Gənclər Birliyinin “Heydər Əliyev irsini öyrənirik” layihəsi başa çatıb
07.05.2013 [14:00]
YAP Gənclər Birliyinin Ofisində YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ilə görüş keçirilib
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə həyata keçirdiyi silsilə tədbirlərdən biri “Heydər Əliyev irsini öyrənirik” layihəsidir. Mayın 4-də bu layihənin sonuncu mərhələsi həyata keçirilib. Xatırladaq ki, YAP Gənclər Birliyinin bu layihəsinə əsasən Azərbaycanın müxtəlif bölgələrindən YAP üzvü olan gənclər Bakıya səfər edərək Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsinə dair müxtəlif mənbələrlə tanış olub, bu istiqamətdə bir sıra ziyarətlər həyata keçirilib və görüşlər təşkil edilib.
Ötən şənbə günü isə ölkənin şimal və Şirvan bölgələrini təmsil edən 40 nəfər YAP-çı gənc Bakıda səfərdə olublar. Gənclər ilk olaraq, Fəxri Xiyabana gələrək Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər Xiyabanına gələn gənclər Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Daha sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Fondunda olublar.
Gənclərə Fondun fəaliyyəti haqqında məlumat verilib, Fondun Ümummilli liderin zəngin irsini öyrəndiyi, təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə, Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərdiyi bildirilib. Gənclər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, “Bakı-Tbilisi-Ceyhan” əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.
Gənclərə Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasında, ölkəmizin dünya birliyinə qovuşmasında Heydər Əliyevin qurub yaratdığı, rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük rolunu, Onun qurultaylarında iştirakını əks etdirən fotosənədlər nümayiş olunub. Sonra gənclər Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.
Daha sonra gənclər YAP Gənclər Birliyinin Ofisində YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ilə görüşüblər.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın təməl prinsiplərinin formalaşdırdığını bildirib. O, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərindən ətraflı bəhs edib. M.Qurbanlı bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək: “Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni, Ümummilli liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir. Heydər Əliyevin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik”.
YAP İcra katibinin müavini deyib ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzun müddətli inkişafının əsasını qoyması kimi daxil olub. “Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək”, - deyə M.Qurbanlı vurğulayıb.
Millət vəkili qeyd edib ki, müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyev gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Onun sözlərinə görə, Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli liderimizdir. YAP İcra katibinin müavini Heydər Əliyev siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. M.Qurbanlı Azərbaycan gənclərinə müstəqil dövlətimizin inkişafı naminə Heydər Əliyev ideyalarının həyata keçirilməsində öz töhfələrini verməyi tövsiyə edib.
Sonra M.Qurbanlı gənclərin suallarını cavablandırıb.
Sonda YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu layihənin uğurla başa çatdığını deyərək layihənin Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26

