/ / Zəngəzur dəhliziniz açılması Azərbaycan və onun tərəfdaşlarının imkanlarını xeyli genişləndirəcək
Zəngəzur dəhliziniz açılması Azərbaycan və onun tərəfdaşlarının imkanlarını xeyli genişləndirəcək
03.02.2025 [17:21]
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə dair müşavirədə çıxışı zamanı, ölkənin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı mühüm məsələləri gündəmə gətirdi. Prezidentin çıxışı, həmçinin, Azərbaycanın nəqliyyat sahəsindəki mövcud inkişafları, qarşıdakı perspektivləri və qarşıya qoyulan hədəfləri diqqətə çatdırdı.
Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun inkişafı, Prezident İlham Əliyevin vurğuladığı əsas məsələlərdən biri oldu. O, qeyd etdi ki, bu sahə daim diqqət mərkəzində saxlanılır və son illər ərzində ölkə üzrə bir çox nəqliyyat layihələri icra edilmişdir. Azərbaycan, coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi əraziyə çevrilmişdir. Hətta bu gün Avrasiyanın nəqliyyat xəritəsi Azərbaycanın infrastrukturundan kənarda təsəvvür edilə bilməz. Bu, Azərbaycanın dünya miqyasında mühüm nəqliyyat mərkəzinə çevrilməsinin bariz nümunəsidir.
Zəngəzur dəhlizinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılacağını və bu layihənin mütləq şəkildə həyata keçiriləcəyini bildirən Prezident, həmçinin, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğuladı. O, Ermənistanın bu məsələdə tranzit ölkəyə çevrilmə arzularının heç bir zaman reallaşmayacağını bildirdi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında müasir nəqliyyat əlaqələrinin təmin olunacağını qeyd etdi.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir.
Zəngəzur dəhlizi Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Zəngəzur dəhlizi yalnız Şərqi Zəngəzur və Qafqaz üçün deyil, daha geniş mənada region üçün strateji əhəmiyyətə malikdir.
44 günlük müqəddəs savaşda Azərbaycanın möhtəşəm qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını ortaya qoymuşdur. Artıq bir çox Asiya ölkəsi bu yeni imkanların fərqindədir. Xüsusilə bu zaman Mərkəzi Asiya ölkələri yeni bazarlara çıxmaq üçün Zəngəzur dəhlizinin iqtisadi səmərəsini önə çəkirlər.
Dünya iqtisadiyyatının əsas lokomotivlərindən sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı, eləcə də Süveyş kanalından keçən dəniz yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, həmçinin
Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır.Zəngəzur dəhlizi Azərbaycan Respublikasının regional və beynəlxalq hüquqi əlaqələrində mühüm rol oynayır. Zəngəzur dəhlizinin eyni zamanda iqtisadi və siyasi əhəmiyyəti də aktual bir amildir. Dəhliz, İkinci Qarabağ müharibəsindən sonra hüquqi əhəmiyyətini daha da artırmışdır. Hazırda Azərbaycan və Ermənistan arasında bu dəhliz ilə bağlı razılıq tam şəkildə icra edilməyib. Buna səbəb olaraq Ermənistanın hüquqi və siyasi münasibətlərinin icrasında öz öhdəlikləri olan məsələləri yerinə yetirməməsidir. Günümüzdə Zəngəzur dəhlizi ilə bağlı hüquqi və siyasi müzakirələr getdikcə aktiv hal almağa başlamışdır. Buna əsas səbəb olaraq İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan reallıqlar fondunda şanlı ordumuz, xalqımızın milli iradəsi və cənab Ali Baş Komandamız İlham Əliyevin siyasi görüşü ilə qazandığımız zəfərin təşəbbüsü nəticəsində hazırda Ermənistanın nəzarətində olan Qərbi Zəngəzur bölgəsindən Zəngəzur dəhlizinin çəkilməsi perspektivləridir. Zəngəzur dəhliziniz açılması Azərbaycan və onun tərəfdaşlarının imkanlarını xeyli genişləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 21:30
Dünya
11 Avqust 20:57
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30

