/ / Ağstafada 26 Fevral – Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib
Ağstafada 26 Fevral – Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib
26.02.2025 [16:19]
Ağstafa rayonunda 26 Fevral – Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ərazisində yerləşən hərbi hissələri təmsil edən əsgər, zabit heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhid” Memorial Abidə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb. “Şəhid” Memorial Abidə Kompleksinin məşəli önünə əklil qoyulub, aypara abidəsi üstünə gül dəstələri düzülüb.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərkəzin foyesində Xocalı faciəsindən bəhs edən sərgiyə baxılıb.
Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 33 il keçir. 26 fevral 1992-ci il Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi həkk olunub. Xocalı soyqırımı Ermənistanın işğalçı siyasətinin, mülki əhaliyə qarşı həyata keçirdiyi amansız cinayətlərin ən qanlı nümunəsidir. Bu faciə nəinki Azərbaycan xalqına, həm də bütün insanlığa qarşı törədilmiş bir soyqırımı aktıdır. Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Bu faciəni unutmaq, günahsız insanların xatirəsini unutmaq deməkdir. 26 fevral hər il sükut dəqiqəsi ilə qeyd edilir, dünyaya Xocalı həqiqətləri çatdırılır. Azərbaycan xalqı Xocalının qisasını aldı, lakin ədalət tam bərqərar olana qədər mübarizəsini davam etdirəcəkdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı qırğınla müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi cinayət kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. Hazırda Azərbaycan diplomatiyasının əsas hədəflərindən biri Xocalı soyqırımını dünyaya daha da geniş şəkildə tanıtmaqdır. Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin, ümumilikdə bütün şəhidlərimizin qanı yerdə qalmadı. 33 il bundan öncə bir gecədə məhv edilən Xocalı şəhəri bu gün həyatının quruculuq mərhələsini yaşayır.
Sonda məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

