Balakəndə Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilib
16.07.2013 [16:54]
İyulun 13-də Balakən şəhərində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq bu gün Azərbaycanın bütün bölgələri kimi, Balakən rayonunun da sürətlə inkişaf etdiyini, bu inkişafın bütün sahələri - mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələri əhatə etdiyini diqqətə çatdırıb.
Bildirilib ki, 70 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP rayon təşkilatının üzvlərinin sayı son illər daha da artaraq 4200 nəfərə çatıb. 2012-ci ildə 426, bu ilin ötən dövründə isə 132 nəfər partiya üzvlüyünə qəbul edilib. Sevindirici haldır ki, yeni üzvlüyə qəbul olunanların böyük əksəriyyəti gənclərdir. Bu, Azərbaycanın gələcəyinin təminatçısı olan gənclərin Prezident İlham Əliyevin siyasətini bəyəndiklərini və dəstəklədiklərini bir daha sübut edir. Təşkilat sədri bildirib ki, qarşıdan çox məsul siyasi kampaniya - prezident seçkiləri gəlir. YAP rayon təşkilatının üzvləri ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyaya çox ciddi hazırlaşırlar.
Görüşdə YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək Balakən rayonunda aparılan tikinti-quruculuq işlərinin onda olduqca xoş təəssürat yaratdığını bildirib. Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilmiş V qurultayında partiyanın Sədri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürüldüyünü məmnunluq hissi ilə qeyd edən YAP Sədrinin müavini, qurultayda qəbul edilən qərarın əslində Azərbaycan xalqının mütləq əksəriyyətinin ürəyindən keçən bir fikir olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin namizədliyinin Azərbaycan xalqının əksəriyyəti tərəfindən dəstəklənməsi çox ciddi əsaslara söykənir. Bu əsaslar hər şeydən əvvəl dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda 2003-cü ildən bu günədək - 10 il ərzində həyata keçirilən siyasət və bu xəttin böyük uğurları ilə bilavasitə əlaqədardır. Bu illər ərzində Azərbaycan bir dövlət olaraq daha da qüdrətlənib, gücü daha da artıb. Dövlətin gücünün, qüdrətinin artmasının iqtisadi əsası, zəmini yaranıb.
Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını nəzərə çarpdıran YAP Sədrinin müavini, dünya tarixində belə qısa müddət ərzində heç bir ölkənin iqtisadiyyatının üç dəfə artmasına dair məlumatın olmadığını bildirib. Qeyd edib ki, yalnız Azərbaycan ötən 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında bu dərəcədə möhtəşəm bir yüksəlişi təmin edə bilib.
YAP Sədrinin müavini-İcra katibi bildirib ki, bu iqtisadi yüksəliş Azərbaycanın həyatının bütün sahələrində dəyişikliklər üçün ciddi əsaslar yaradıb. Bu iqtisadi yüksəliş, eyni zamanda, insanların həyat səviyyəsinin dəyişməsinə gətirib çıxarıb. Bu illər ərzində Azərbaycanda həyat, sözün həqiqi mənasında, əhəmiyyətli dərəcədə dəyişib. Bunun əsas səbəblərindən biri də odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini, mənasını və məğzini insan amili təşkil edir. İqtisadi inkişaf insanların həyat səviyyəsini yüksəldib. Bu gün insanlar daha yaxşı yaşayır, ehtiyacları daha dolğun ödənilir. Artıq Azərbaycanın hər bir yerində böyük yeniləşmə ab-havası və reallıqları yaşanmaqdadır. Prezidentin rəhbərliyi altında həyata keçirilən yenidənqurma, müasirləşmə siyasəti insanların həyatının mənasını dəyişdirir, onun yeni çalarlarını formalaşdırır.
Bildirilib ki, Azərbaycanın bütövlükdə iqtisadiyyatında, dövlətimizin gücünün artmasında, fundamental yeniliklərin baş verməsində, həyatımızın yeni çalarlarının meydana gəlməsində bilavasitə əvəzsiz xidmətləri olduğuna görə Azərbaycan vətəndaşları İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyirlər.
Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və başqaları çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər. Xüsusi vurğulanıb ki, balakənlilər oktyabrda keçiriləcək prezident seçkilərində Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş milli inkişaf kursunu dəstəkləyəcək, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinin qalib gəlməsi üçün bütün qüvvələri səfərbər edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

