ADA Forumu Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi mövqeyini gücləndirir
14.04.2025 [15:58]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum sürətlə dəyişən qlobal mənzərənin və regional çağırışların müzakirə olunduğu mühüm platformaya çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumda çıxışı beynəlxalq münasibətlər, regional əməkdaşlıq, enerji təhlükəsizliyi və post-münaqişə dövrünün çağırışlarına dair mühüm mesajlarla yadda qalıb.
Forumun başlıca mövzusu dövlət başçısının çıxışında dərin siyasi və strateji təhlillə diqqətə çatdırılıb. Azərbaycanın 2020-ci ildən sonra keçdiyi yol və 2023-cü ilin sentyabrında 24 saatdan az davam edən lokal antiterror tədbirləri nəticəsində suverenliyin tam bərpa olunması forumun mühüm məqamlarından biri kimi təqdim olunub. Bu nəticə yalnız hərbi-siyasi deyil, həm də strateji və diplomatik baxımdan yeni mərhələnin başlanğıcıdır. Azərbaycan Prezidenti bu mərhələdə xarici diplomatların və ekspertlərin işğaldan azad edilmiş rayonlara səfərlərini və reallığın yerində müşahidə olunmasını diqqətə çatdırıb.
Forumda Ermənistanın işğal siyasəti nəticəsində Cənubi Qafqazın regional inteqrasiyasında iştirak imkanlarından məhrum qalması faktı da xüsusi qeyd olunub. Gürcüstanla Azərbaycanın enerji, nəqliyyat və iqtisadi sahələrdə uğurlu əməkdaşlıq nümunəsi fonunda Ermənistanın özünü tranzit və tərəfdaşlıq imkanlarından təcrid etməsi tənqidi kontekstdə vurğulanıb. Prezident İlham Əliyev bu gedişatı gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmamasının nəticəsi kimi dəyərləndirib.
Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyi məsələsinə də geniş yer ayırıb. Hazırda Azərbaycanın qaz təchizatı 12 ölkəni, o cümlədən 10 Avropa dövlətini əhatə edir və bu prosesin daha da genişləndirilməsi üçün konkret layihələr həyata keçirilir. Albaniyanın Korça şəhərində Azərbaycan sərmayəsi ilə qazlaşdırma layihəsinin icrası, Bolqarıstan və Xorvatiya ilə əməkdaşlıq planları Azərbaycanın bu sahədə strateji rolunu bir daha göstərir.
Forumda Prezident İlham Əliyev Türk dövlətləri ilə əməkdaşlığın xarici siyasətdə əsas prioritetlərdən biri olduğunu bəyan edib. İkitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq mühitinin yüksək olması, Türk Dövlətləri Təşkilatının qlobal iştirakçılığa doğru yönəlməsi kimi mövzular çıxışın digər əsas xəttini təşkil edir. Azərbaycan bu inteqrasiyada tarix, dil, mədəniyyət və ortaq dəyərlərə əsaslanan birlik modelini təşviq edir.
ADA Universitetində keçirilən beynəlxalq forum sadəcə intellektual fikir mübadiləsi platforması deyil, eyni zamanda regional və qlobal proseslərə Azərbaycan tərəfindən təqdim olunan baxış bucağını nümayiş etdirir. Forumun yekunları sübut edir ki, formalaşmaqda olan yeni dünya düzənində Azərbaycanın mövqeyi strateji əhəmiyyət kəsb edir və bu mövqe gələcək əməkdaşlıq platformalarının qurulmasında əsas istinad nöqtələrindən biri olacaq.
Xəbər lenti
Hamısına baxHadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18

