YAP Sabunçu Rayon Təşkilatı “Zəkanın qalası: Suverenlik” mövzusunda intellektual yarış keçirib
18.04.2025 [17:23]
YAP Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəkanın qalası: Suverenlik” mövzusunda intellektual yarış keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş nitqi ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu, təsadüfi bir qərar deyil. Müstəqil Azərbaycanın Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayıb. Konstitusiya hər bir dövlətin əsas qanunu, hüquqi sisteminin təməlidir. O, xalqın iradəsini, hüquq və azadlıqlarını təmin edən ən vacib sənəddir. Suverenlik isə bir dövlətin müstəqilliyini və öz taleyini sərbəst şəkildə müəyyən etmə haqqını ifadə edir. Araz Xudadanov həmçinin vurğulayıb ki, bu yarış gənclərə hüquqi biliklər qazandıracaq, eyni zamanda milli kimliyimiz və dövlətçilik dəyərlərimiz haqqında daha dərindən düşünməyə imkan verəcək.
Çıxış edən Millət vəkili, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan xalqı tarix boyu suverenliyini qorumaq uğrunda mübarizə aparıb və bu gün də onu gücləndirmək üçün birgə çalışır. Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsindəki qələbəmiz dövlət-xalq-ordu birliyinin, vəhdətinin təntənəsi və nəticəsi idi. Milli birlik Konstitusiyanın əsas dəyərlərindən biridir. Bu birlik sayəsində dövlətimizin müstəqilliyi möhkəmlənir, hüquqlarımız qorunur və gələcəyimiz təmin edilir.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva vurğulayıb ki, hər bir vətəndaş Konstitusiyaya hörmət etməli, onu yaşatmalı və suverenliyimizi daim uca tutmalıdır. Bu gün ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qloballaşan dünyada nüfuzlu ölkə olaraq söz sahibidir. Bütün bunlar da milli birlik və milli suverenliyimizin vasitəsi ilə möhkəm təməllər üzərində qorunur və inkişaf edir.
İntellektual oyun 4 turdan, hər bir komandada 5 iştirakçıdan ibarət olmaqla, ümumilikdə 8 komanda və 40 gənc iştirakçı arasında təşkil olunub.
Yarışın sonunda ilk üç yeri tutan komandalar münsiflər heyəti tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
I yer – “Hakimiyyətin səsi” komandası - 23 düzgün cavab
II yer – “Qanun ustaları” komandası - 21 düzgün cavab
III yer – “Əsas qanun zəkası” komandası - 18 düzgün cavab
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

