Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları ilə görüş keçirilib
30.07.2013 [09:37]
Siyavuş Novruzov: Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 ildə iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, ölkəmizin regional və beynəlxalq nüfuzu artıb, əhalinin rifah halı yaxşılaşıb
İyulun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının fəalları ilə görüş keçirilib. Bakı şəhərində yerləşən Şuşa rayon İcra Hakimiyyətində keçirilən görüşün iştirakçıları öncə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələrə həsr olunmuş görüşü giriş sözü ilə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev açıb. Natiq təmsil etdiyi təşkilatın yarandığı gündən Yeni Azərbaycan Partiyasının tarixi missiyasını layiqincə yerinə yetirdiyini, sıralarının genişləndiyi kimi, mütəşəkkilliyinin də davamlı olaraq artdığını bildirib. Qeyd olunub ki, hazırda 36 ərazi ilk təşkilatını əhatə edən rayon təşkilatında birləşən YAP üzvlərinin sayı 1600 nəfərə çatıb: “Partiya üzvlərinin 934 nəfəri qadınlar, 564 nəfəri isə gənclərdir. Rayon təşkilatında 11 nəfərdən ibarət idarə heyəti və 19 nəfərdən ibarət şura fəaliyyət göstərir”.
YAP Şuşa rayon təşkilatının seçkilərə hazırlıqla bağlı gördüyü işlər barədə də ətraflı danışan Təvəkkül Əliyev “Bütün xalqımız, o cümlədən şuşalılar inanır ki, Ulu öndər Heydər Əliyev kursunu davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz növbəti beş ildə də böyük uğurlara imza atacaq” sözlərini də əlavə edib.
Görüşdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, daim dövlətçilik mövqeyində dayanan Yeni Azərbaycan Partiyası ictimai-siyasi hadisələrin ən mürəkkəb dövründə belə xalqa düzgün yol göstərib, partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyev milyonlara liderlik edərək müstəqilliyimizin əsl xilaskarı olduğunu tarixi xidmətləri ilə təsdiqləyib.
YAP İcra katibinin müavini qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 ildə iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, ölkəmizin regional və beynəlxalq nüfuzu artıb, əhalinin rifah halı yaxşılaşıb.
Millət vəkilinin sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin hər bir vətəndaşı Prezident İlham Əliyevin son 10 ildə gördüyü işləri bəyənir və dəstəkləyir. Seçicilərin əksəriyyəti Ulu öndər Heydər Əliyev siyasətinin davamlı olması üçün oktyabr ayında yenidən Prezident İlham Əliyevə səs verəcək: “Bu gün dünyada mövcud olan iki mindən çox xalqın iki yüzdən bir qədər çoxunun dövləti mövcuddur. Yəni hər bir xalqa müstəqil dövlət qurmaq nəsib olmur. Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqil dövləti olan xalqlar arasında yer alır. Bu gün fəxrlə deyirik ki, Azərbaycan Cənubi Qafqazın ən güclü və aparıcı dövlətidir. Ölkəmiz beynəlxalq aləmdə ayrı-ayrı dövlətləri geridə qoymaqla inkişaf etməkdədir. Azərbaycan 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu gün Azərbaycanın ilk müstəqil süni peyki var. Bu gün dünyanın ən nüfuzlu, aparıcı beynəlxalq tədbirləri-idman, dünya çempionatları, musiqi yarışmaları və s.-Azərbaycanda keçirilir. Bunların hər biri ona görə ölkəmizdə keçirilir ki, Azərbaycanda təşkilatçılıq yüksək səviyyədədir”.
Çıxışında ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən hadisələri də bir daha yada salan Yeni Azərbaycan Partiyası İcra katibinin müavini bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı: “1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldi və dövlətimizi bu bəladan qurtardı. Həmin çətin anlarda xalqın yanında olmayan insanlar bu gün prezidentlik arzusuna düşüblər. Balayanlar Azərbaycan əleyhinə kitablar yazanda, müxtəlif kinolar çəkəndə özünü məşhur kinorejissor hesab edən Rüstəm İbrahimbəyov nə bir kino çəkmədi, nə də bir məqalə belə yazmadı. 20 Yanvar faciəsi baş verəndə bu şəxs bir dəfə də olsun etiraz olaraq bəyanat vermədi. Rüstəm İbrahimbəyov hər zaman da deyir ki, rejissoram. Əgər xalqına bağlısansa heç olmasa millətimiz üçün çəkdiyin filmlərindən birini nümunə göstər. Bütün bunlardan sonra bu insanda millətə, xalqa qarşı hansı bağlılıqdan söhbət gedə bilər? Rüstəm İbrahimbəyov deyir ki, “ermənilərin Bakıdan çıxması azərbaycanlıların mədəni səviyyəsini aşağı saldı”. Nə zaman erməninin mədəni səviyyəsi yüksək olub? Şuşadan yüzlərlə xanəndə, bəstəkar, yazıçı çıxıb. Dağlıq Qarabağda yaşayan ermənilərdən bir nəfər də olsun belə istedada malik olan erməni çıxıb? Bundan böyük Azərbaycan xalqını təhqir etmək olardımı? Əlbəttə ki, yox, amma Rüstəm İbrahimbəyov bu addımı atdı. Bu gün belə düşüncə tərzinə malik olan insanlar Azərbaycanda hakimiyyətə gəlmək arzusuna düşüb”.
Çıxış edən millət vəkili Rövşən Rzayev isə vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan dövləti Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilir, inkişaf etdirilir: “Ölkə başçısının bizi gələcəkdə daha böyük uğurlara aparması üçün xalqımız oktyabr ayında keçiriləcək seçkilərdə Ona səs verəcəklər”.
Tədbirdə YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva və başqaları çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi ölkəmizin gələcəyi naminə müəyyənləşdirilən strategiyayanı, məqsədə uyğun siyasəti uğurla davam etdirir. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyev siyasətinin qarşıdakı 5 ildə də davam etməsi üçün rayon təşkilatında birləşən hər bir partiya üzvü bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində fəallıq göstərməli, dövlətimizin başçısı İlham Əliyevi dəstəkləməlidir.
Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə Azərbaycanın artan iqtisadi imkanlarından, aparılan infrastruktur layihələrinin coğrafiyasının daha da genişlənməsindən danışıb. O, həmçinin, Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən dəstəklənməsini diplomatiyamızın uğuru kimi dəyərləndirib: “Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyi tərəfindən artan maraq deməyə əsas verir ki, ölkəmizin haqq işi mütləq qalib gələcək, bütün qaçqın və köçkünlər doğma torpaqlarına qayıdacaqlar. Qaçqın və məcburi köçkünlərlə keçirilən görüşlərdə birmənalı olaraq bildirilir ki, doğma evlərindən didərgin düşən 1 milyondan artıq soydaşımız Prezident İlham Əliyevi dəstəkəyəcək”.
Tədbirin sonunda YAP-ın sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim olunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

