27 Aprel 1978-ci il: Ulu Öndər Azərbaycan dilini 60 il sonra yenidən dövlət dili elan etdi.
25.04.2025 [17:34]
Abbas Pənahov,
YAP Nəsimi rayon təşkilatının sədr müavini
Hər bir xalq üçün ana dili onun milli kimliyinin, mədəniyyətinin və tarixi keçmişinin əvəzsiz göstəricisidir. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərliyə başlaması ilə ana dilinə göstərilən diqqət və qayğı yeni bir mərhələyə qədəm qoydu. Onun apardığı məqsədyönlü dil siyasəti nəticəsində 70-ci illərdə Azərbaycan dilinin müxtəlif aspektləri üzrə dəyərli elmi araşdırmalar aparıldı və 1974-cü ildə ali məktəblər üçün nəşr olunan “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görüldü.
Heydər Əliyevin ana dilinə olan dərin sevgisi və qayğısı 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində öz əksini daha aydın şəkildə tapdı. O dövrün hakim ənənələrini pozaraq, Ümummilli Lider öz çıxışını məhz doğma Azərbaycan dilində etdi. Bu cəsarətli addım, onun ana dilinə olan hörmətini və milli dəyərlərə sadiqliyini nümayiş etdirdi. Heydər Əliyev bu addımı ilə Azərbaycanın milli-mənəvi sərvətlərinin qorunması və inkişafının yeni bir mərhələsinin başlanğıcını qoydu.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə müttəfiq respublikalar da öz konstitusiyalarını hazırlamağa başladılar. Lakin Azərbaycan SSR Konstitusiyasının ilkin layihəsində dövlət dili haqqında bir maddə nəzərdə tutulmamışdı. Mərkəzin “vahid dil” siyasəti milli dillərin rolunu məhdudlaşdırmağa yönəlmişdi. Belə bir çətin siyasi şəraitdə Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyev qətiyyətli bir mövqe sərgilədi. O, SSRİ Konstitusiyası haqqında çıxışında təhsil hüququnun ana dilində təmin olunmasının vacibliyini vurğulayaraq, əslində Azərbaycan dilinə konstitusiya səviyyəsində dövlət dili statusunun verilməsinin zəruriliyini ifadə etdi.
Ulu Öndərin təşəbbüsü ilə 1978-ci il aprelin 2-də keçirilən Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Azərbaycan SSR Konstitusiyasının layihəsinə dövlət dili haqqında maddənin daxil edilməsi təklif olundu. Heydər Əliyevin təklifi ilə Konstitusiyanın 73-cü maddəsi “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” şəklində redaktə olundu.
Nəhayət, 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu rəsmən təsbit olundu. Bu tarixi hadisə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri kimi qiymətləndirilir. Ulu Öndər bu uzaqgörən addımı ilə gələcək müstəqil Azərbaycan dövlətinin milli rəmzlərindən birini məharətlə qorumuş oldu.
Heydər Əliyevin o dövrdəki çətinliklərə baxmayaraq həyata keçirməyə çalışdığı dil siyasəti, xalqımızın milli kimliyinin qorunmasında və sonrakı azadlıq hərəkatının uğurunda mühüm rol oynadı. Bu mübarizənin məntiqi davamı olaraq, müstəqil Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının 21-ci maddəsində də Azərbaycan dili dövlət dili kimi öz yerini qorudu.
Bu gün Azərbaycan dilinin inkişafı, qorunması və beynəlxalq aləmdə səslənməsi kimi tarixi nailiyyətlər məhz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Onun ana dilinə olan sonsuz sevgisi və məqsədyönlü fəaliyyəti Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsinin və milli kimliyimizin qorunmasının əsas amillərindən biridir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19

