Azərbaycanın uğurlu enerji siyasəti
05.06.2025 [12:28]
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür.1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən etibarən Azərbaycanın neft və qaz strategiyası ölkənin geosiyasi çəkisini artırmaqla yanaşı, iqtisadi müstəqilliyinin də təməlini qoydu. Məhz bu sərginin ardınca imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan saziş, Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi.
Həmin dövrdə iqtisadi və sosial sabitliyin dərin şəkildə pozulduğu, xarici sərmayənin risk kimi dəyərləndirildiyi bir zamanda atılan bu addımlar Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etdi. Bu gün isə Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də onun nəqli, təhlükəsizliyi və paylanmasında fəal iştirak edən, regional sabitliyin təminatçısı olan ölkəyə çevrilmişdir.Ölkə iqtisadiyyatının dayanıqlı və müstəqil şəkildə inkişafı, yoxsulluq səviyyəsinin 5 faizə qədər endirilməsi, xarici borcun minimal səviyyədə saxlanılması və təhsil göstəricilərindəki uğurlar insan kapitalına qoyulan diqqətin real nəticələridir. Neft və qaz gəlirlərinin düzgün idarə olunması, həmçinin bu resurslardan əldə edilən gəlirlərin infrastruktur və sosial sahələrə yönəldilməsi Azərbaycanın inkişaf modelini regional nümunəyə çevirmişdir.
Bu gün Azərbaycan dünya enerji xəritəsində strateji rolunu möhkəmləndirməkdə davam edir. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 30-cu dəfə fəaliyyətə başlayır. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib.
"Bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.” Bunu iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power” və 30-cu Yubiley "Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil and Gas” sərgi və konfransı öz 30 illik yubileyini qeyd edərək Bakı Ekspo Mərkəzində keçirildi. Hər il keçirilən "Caspian Oil and Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir.
Bu gün Azərbaycan artıq sabit siyasi sistemə və müstəqil iqtisadiyyata malik bir dövlətdir. Neft və qazın ÜDM-dakı payı 30 faizdən artıqdır. Xarici borcun aşağı səviyyədə olması və maliyyə ehtiyatlarının çoxluğu ölkənin dayanıqlığını təmin edir. Enerji siyasətində yalnız hasilat deyil, həm də bərpaolunan enerji mənbələrinə keçid əsas prioritetlər sırasındadır. 2030-cu ilə qədər 6,5 giqavat gücündə yaşıl enerji istehsalı nəzərdə tutulur.Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılışı Azərbaycanın enerji sektoruna böyük maraq olduğunu təsdiqləyən tədbir kimi tarixləşdi.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

