Birlik və həmrəyliyin yeni mərhələsi
12.06.2025 [20:40]
15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə münasibətlərində yeni bir səhifə açıldı. Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki dövlətin qardaşlıq münasibətlərini hüquqi çərçivəyə salaraq, tarix boyu mövcud olan birlik və həmrəyliyi yeni mərhələyə daşıdı. Cənab Prezident İlham Əliyev həmin tarixi gündə bildirmişdi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Bu bəyannamə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün sabitlik, əməkdaşlıq və yeni geosiyasi reallıq demək idi. Azərbaycan-Türkiyə münasibətlərinin əsas fəlsəfəsini Ulu Öndər Heydər Əliyevin bu fikirləri aydın şəkildə izah edir: “Biz bir millət iki dövlətik.” Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" fikri isə bu birliyin əbədi mahiyyətini formalaşdırır. Şuşa Bəyannaməsi bu ideyaları rəsmi və beynəlxalq-hüquqi müstəviyə çıxardı. Artıq bu qardaşlıq yazılı sənəd və beynəlxalq öhdəlik səviyyəsində təsbit olundu. Bəyannamənin əsas üstünlüklərindən biri təhlükəsizlik məsələlərində qarşılıqlı yardım prinsipini əhatə etməsidir. Sənəddə açıq şəkildə qeyd olunur ki, tərəflərdən birinə qarşı təhlükə yaranarsa, digər tərəf ona bütün imkanları ilə dəstək verəcək. Bu, faktiki olaraq Azərbaycan və Türkiyənin hərbi-siyasi müttəfiq olduğunu rəsmiləşdirir. Prezident Rəcəb Tayyib Ərdoğanın fikirləri bu birliyin mahiyyətini daha da gücləndirir: “Azərbaycan bizim üçün sadəcə dost deyil, bizim öz vətənimizdir.”
Bu açıqlama regional və qlobal güclərə mühüm mesaj idi: Azərbaycan və Türkiyə arasında artıq qopmayan bir bağ var. Şuşa Bəyannaməsi regionun nəqliyyat xəritəsini də dəyişir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması xüsusi qeyd edilir. Bu dəhliz Türkiyəni birbaşa Azərbaycanla, oradan isə Mərkəzi Asiya və Çin bazarları ilə birləşdirir. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsi formalaşır. Cənab Prezident İlham Əliyevin bu barədə söylədiyi fikirlər olduqca əlamətdardır: “Zəngəzur dəhlizi Türk dünyasını birləşdirən strateji arteriyadır.” Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir. Bu strateji baxış bəyannamənin təkcə siyasi deyil, iqtisadi və logistik dəyərini də ön plana çıxarır. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə diaspor təşkilatları, media əlaqələri və xarici siyasətdə koordinasiya məsələlərində də əməkdaşlıq etməyi öhdələrinə götürüblər. Xüsusilə informasiya təhlükəsizliyi və ortaq maraqların müdafiəsi sahəsində birgə fəaliyyət prioritet istiqamətə çevrilib. Cənab Prezident İlham Əliyev bəyannamənin beynəlxalq hüquqa əsaslanan dəyərini belə qiymətləndirmişdi: “Şuşa Bəyannaməsi XX əsrin əvvəllərində imzalanmış Qars müqaviləsinə söykənir. Biz bu müqəddəs tarixə yeni səhifə əlavə edirik.” Şuşa Bəyannaməsi tarixə təkcə müttəfiqlik sənədi kimi deyil, eyni zamanda Azərbaycan və Türkiyənin sarsılmaz birliyinin əbədi simvolu kimi düşdü. Bu sənəd sübut etdi ki, regionda heç bir güc bu birliyi poza bilməz. Bu birlik həm qələbənin, həm də sabitliyin təminatçısıdır. Şuşa Bəyannaməsi ortaq tariximizin, ortaq mədəniyyətimizin və ortaq gələcəyimizin möhürüdür.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

