“Milli Qurtuluşdan Müstəqil Azərbaycana” mövzusunda konfrans keçirilib
14.06.2025 [11:23]
13 iyun 2025 –ci il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Müstəqil Azərbaycana” mövzusunda konfrans keçirilib.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, tarixdə elə taleyüklü məqamlar olur ki, xalqın və dövlətin gələcəyini müəyyən edir, sabitlik və tərəqqi yolunda əsaslı dönüş yaradır. Azərbaycan üçün belə mühüm mərhələlərdən biri 1993-cü ilin iyun ayında baş verdi. O illərdə ölkə ağır siyasi böhranla üz-üzə qalmış, vətəndaş qarşıdurmaları, separatçılıq meyilləri, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü cəmiyyətdə dərin təşviş və ümidsizlik yaratmışdı. Dövlət institutları zəifləmiş, idarəetmədə xaos və özbaşınalıq hökm sürürdü. Belə bir həssas və təhlükəli şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin xilasına yönəlmiş qətiyyətli addım idi. 1993-cü il iyunun 15-də Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkədə yeni dövr başlandı. 15 İyun – Milli Qurtuluş Günü məhz bu xilaskarlıq missiyasının, milli həmrəylik və güclü iradənin rəmzinə çevrildi. Həmin gün müasir, hüquqi və dayanıqlı dövlətçilik ənənələrinin bərqərar edildiyi, sabitlik və inkişaf yoluna qədəm qoyulduğu bir tarix kimi yaddaşlara həkk olundu.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Ümummilli Lider Heydər Əliyevin Qarabağ münaqişəsində atəşkəsin əldə olunmasını həm ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də regionda sülh və sabitliyin bərqərar olması baxımından mühüm strateji addım kimi dəyərləndirmişdi. 1994-cü il mayın 12-də Ermənistanla imzalanan atəşkəs sazişi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu sənəd təkcə döyüşlərin dayandırılmasına deyil, həm də ordu quruculuğuna və iqtisadi sabitliyin bərpasına şərait yaratdı. Yaranan sabitlik mühiti isə sosial islahatların həyata keçirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə əlverişli imkanlar formalaşdırdığını qeyd etmişdir.
Daha sonra çıxış edən “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsinin sədr müavini Samirə Bağırova, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov vurğulamışlar ki, müstəqilliyin ilk illərində Azərbaycan Ordusunun döyüş hazırlığı zəif, təşkilati strukturu isə pərakəndə vəziyyətdə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müasir tələblərə cavab verən, nizami və çevik silahlı qüvvələrin formalaşdırılmasına sistemli şəkildə başlanıldı. Ordunun strukturlaşdırılması, vahid komandanlıq sisteminin yaradılması və kadrların peşə hazırlığının artırılması ilə silahlı qüvvələrin döyüş qabiliyyəti əsaslı şəkildə gücləndirildi. Xaricdə təhsil alan zabitlərin sayının artırılması və hərbi texnika ilə təminatın yaxşılaşdırılması bu prosesi sürətləndirdi. Ordu artıq yalnız müdafiə funksiyasını deyil, eyni zamanda dövlətçiliyin əsas dayaqlarından birini təşkil edirdi. Bu təməllər sonradan tarixi Zəfərlə başa çatan Vətən müharibəsində həlledici rol oynadı.
Tədbir zamanı Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə sona çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30

