Nəsimi rayonunda Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının 32-ci ildönümü qeyd olundu
03.07.2025 [16:32]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatı özünün 32-ci ildönümünü təntənəli şəkildə qeyd etdi. Tədbir, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin açılışında videoçarx təqdim olundu. Çıxışlar hissəsində YAP Nəsimi Rayon Təşkilatının sədri cənab Azər Süleymanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı cənab Mübariz Qurbanlı , Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri cənab Vaqif Şadlinski və Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini cənab Zahid Xəlilov çıxış etdilər.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Bu illərdə onlarla partiya yaradılmış, lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə respublikadakı ümumi vəziyyəti daha da ağırlaşdıraraq iqtisadi və siyasi böhran yaratdı. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd əslində bütöv xalqın arzu və istəyinin ifadəsi idi”.
Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı cənab Mübariz Qurbanlı xalqımızın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə vətənpərvər insanların, ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə xalq partiyasına çevrildiyini vurğulayıb.
Daha sonra çıxış edən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri cənab Vaqif Şadlinski Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə sabitliyi bərpa etdiyini, separatçı qüvvələri zərərsizləşdirdiyini söyləyib. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi sayəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, müasirləşən bir dövlətinə çevrildiyi vurğulanıb.
Sonda çıxan edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini cənab Zahid Xəlilov Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə artdığını bildirib. O, partiyanın Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini söyləyib.
Tədbirdə bir sıra şəxslərə Fəxri Fərmanlar təqdim edildi. Fəxri Fərman alanlar arasında Qurbanlı Fərman Vahid oğlu , Əliyeva Gülbəniz Baba qızı , Bədəlov Fuad Qağakişi oğlu , Nağıyev Elxan Cavanşir oğlu , Seydiov Şirzad Abbasəli oğlu , Eyvazov Vüqar Eldar oğlu , Məhərrəmli Vasif Məhəmmədəli oğlu , Məmmədova Ayşə Zaurovna , Əfəndizadə Zöhrə Araz qızı , İsmayıl Firuzə Bəhman qızı , Quliyev Azər Kamal oğlu , Hüseynli Allahverdi Valeh oğlu və Rəhimli Əşrəf Sabir oğlu yer aldılar. Fəxri Fərmanları YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı cənab Mübariz Qurbanlı və yerli təşkilatın sədri Azər Süleymanov təqdim etdi.
Həmçinin, bir sıra təşkilat və müəssisələr üzrə Ərazi Partiya Təşkilatları ( bundan sonra ƏPT) Təşəkkürnamələr təqdim edildi. Təşəkkürnamə alanlar arasında Azərbaycan Dəmir Yolları QSC üzrə ƏPT , Nəsimi rayon İcra Hakimiyyəti üzrə ƏPT, AZSTANDART üzrə ƏPT , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə ƏPT , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə ƏPT , Kliniki Tibbi Mərkəz PHŞ üzrə ƏPT , Respublika Pediatriya Mərkəzi PHŞ üzrə ƏPT , Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi PHŞ üzrə ƏPT , Azərbaycan Tibb Universiteti üzrə ƏPT , Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üzrə ƏPT, Bakı Slavyan Universiteti üzrə ƏPT, Azərbaycan Dillər Universiteti üzrə ƏPT, Bakı Musiqi Akademiyası üzrə ƏPT, Musiqi Kolleci üzrə ƏPT və Nəsimi rayonundakı bir sıra tam orta məktəblər (9, 35, 44, 46, 111, 159, 164, 247 nömrəli) üzrə ƏPT-lər vardı. Təşəkkürnamələri YAP Nəsimi Rayon Təşkilatının sədri cənab Azər Süleymanov və Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini cənab Zahid Xəlilov təqdim etdilər.
Tədbirdə bir qrup gəncə Partiya biletləri təqdim olundu. Partiya biletlərini Nəsimi rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə xanım Verdiyeva və Ərazi Partiya Təşkilatının sədri Sabir Əliyev təqdim etdilər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissəyə keçid alındı. Bədii hissədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Gənclik mahnı və rəqs ansamblının ifasında “Sarı Gəlin” və “Yallı rəqsi” rəqsləri, Bakı Musiqi Akademiyasının tələbələri Ayşə Məmmədovanın ifasında “Ana” və “Leyla” mahnıları, Rauf Məmmədzadənin ifasında “Ay Laçın” və “Alagöz” mahnıları, Bakı Musiqi Akademiyasının Simli Kvartetinin ifasında “Xəyyam Mirzəzadənin miniatürləri” əsəri , Sunay Hacıyevanın ifasında “Yaşa Mənim Xalqım” və Azərbaycan Respublikasının əməkdar artisti Vasif Məhərrəmlinin ifasında “Heydər Xalqım deyəcək” mahnısı səsləndirildi. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndi və tədbir qapalı elan edildi.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

