Azərbaycan Xankəndindən dünyaya mesaj verir
08.07.2025 [22:21]
İyulun 3-4-də Xankəndi şəhəri tarixinin yeni səhifəsini yazdı. Bu qədim Azərbaycan torpağının ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü qlobal siyasi gündəmdə təkcə mühüm beynəlxalq hadisə deyil, eyni zamanda, Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan bir şəhərin dirçəlişinin rəmzi kimi dəyərləndirildi.
Zirvə görüşünün Qarabağın azad edilməsindən sonra ilk dəfə bu qədər diqqətəlayiq şəkildə keçirilməsi sadəcə siyasi yox, həm də mənəvi mesaj idi: Qarabağ yenidən doğulur. Əsrlərin ağrısını, otuz ilin işğal acısını sinəsinə çəkmiş bu torpaqlar bu gün artıq inkişafın, sabitliyin və qürurun rəmzidir.
ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilib. Qürurverici haldır ki,hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.Ermənistanın təxribatı nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizi 30 ilə yaxın işğal altında saxlanılmış, etnik təmizləmə həyata keçirilmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salınmışdır.Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi.
Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
Bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır.
Ölkə başçısı İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib ki, “Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təminolunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.
Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.”
3-4 iyul tarixlərində Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti mesajları ünvanlandı. Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından oldu. Bir sözlə, azad Qarabağımız bu günlərdə daha möhtəşəm, qürurlu anlarını yaşadı. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı olunması da böyük əhəmiyyət kəsb edir.
Zirvə görüşündə ECO-ya üzv ölkələrin dövlət başçılarının çıxışlarında da günümüzün əsas çağırışları öz əksini tapdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı, həmçinin Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevin şəxsində bütün Azərbaycan xalqını təbrik etdi. Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala sahib olan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün iqlim dəyişikliyinə həsr edilməsinin son dərəcə doğru qərar olduğunu bildirdi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hər hansı sülh və inkişafın bünövrəsinin öncə iqtisadi əməkdaşlığa söykəndiyini önə çəkərək vurğuladı ki, təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Təşkilatın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etmək üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanın qəbulunun zəruriliyi bildirildi. Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 iqlim konfransında qəbul edilən qərarların uğurlu icrası təqdir olundu. Çıxışların hər birində belə bir əminlik ifadə edildi ki, Zirvə görüşü qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə stimul olacaq, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.
Səltənət Möhsünlü,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

