YAP Səbail rayon təşkilatı Milli Mətbuat Gününü qeyd edib
18.07.2025 [12:58]
İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirin əhəmiyyətindən bəhs edərək, medianın milli maraqlara xidmət etməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, mətbuat cəmiyyətin güzgüsüdür: “Azərbaycan mətbuatı müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin təbliğində daim ön sırada dayanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və medianın inkişafı bu siyasətin mühüm hissəsidir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsi həm də milli-mənəvi dəyərlərimizin təbliği baxımından vacibdir”.
“İki sahil” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Vüqar Rəhimzadə Azərbaycan mətbuatının keçdiyi tarixi yoldan və Prezident İlham Əliyevin media siyasətindən danışıb. Qeyd edib ki, mətbuat həm maarifləndirici, həm də milli təhlükəsizlik baxımından strateji bir gücdür. Azərbaycan mətbuatının inkişaf mərhələləri göstərir ki, sözün gücü ilə də tarix yazmaq mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar informasiya cəmiyyətinə keçidin əsasını qoyur.
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli isə çıxışında Azərbaycan mətbuatının zəngin və şərəfli inkişaf yoluna malik olduğunu söyləyib. Onun sözlərinə görə, müstəqillik dövründə Azərbaycan mətbuatının tarixində yeni bir dönəm – davamlı inkişaf mərhələsi başlayıb: “Ulu öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün istiqamətlərində olduğu kimi, media sahəsində də müasir çağırışlara uyğun islahatlar reallaşdırılıb və təqdirəlayiq uğurlar qazanılıb. Demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda söz azadlığı tam təmin edilib, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, rifahının yaxşılaşdırılması, mediaya dövlət dəstəyinin artırılması daim diqqət mərkəzində olub. Həyata keçirilən tədbirlər media institutunun inkişafına təkan verib, milli maraqların qorunması, siyasi-ideoloji sahədə cəmiyyətin maarifləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin peşəkar təhlili və sağlam ictimai rəyin formalaşdırılması istiqamətlərində səmərəli fəaliyyət göstərməsi üçün etibarlı zəmin və geniş imkanlar yaradıb”.
Nurlan Qələndərli vurğulayıb ki, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı, media nümayəndələri öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər: “Xüsusilə də, 44 günlük Vətən müharibəsi milli mətbuatımızın vətənpərvərliyini, fədakarlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan mediası postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir və fəaliyyətini yeni çağırışlara uyğun qurur”.
YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov milli mətbuatımızın keçdiyi inkişaf yolundan ətraflı bəhs edib. O, medianın bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov media nümayəndələrini təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb. O, milli mətbuatın 150 illiyinin ölkə səviyyəsində geniş qeyd olunmasını bu peşənin sahiblərinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Tədbirdə, həmçinin “Zəfərinfo.az” saytının baş redaktoru, Vətən müharibəsi iştirakçısı Bəhruz Məmmədzadə və digərləri çıxış edərək mətbuatın cəmiyyətimizin inkişafında, informasiya təhlükəsizliyində və vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rolunu vurğulayıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

