/ / Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı keçirilib
Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı keçirilib
22.07.2025 [16:57]
Nəsimi Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov, Milli Məclisin deputatı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Hüquq elmləri doktoru, professor Əmir Əliyev, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə rəsmilər inzibati binanın foyesində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasına həsr olunmuş sənədli video-çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması barədə geniş məlumat verərək, mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığını, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəninin dağıdılıb viran edildiyini vurğuladı. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biri olduğunu qeyd edərək, azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına hüquqi-siyasi qiymətin ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli, “Azərbaycanlıların Soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanların böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənədlər olduğunu bildirdi. Natiq, çıxışına davam edərək Ulu öndərin söylədiyi “Siz gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata - babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm” fikirlərinin tarixi ədalətin bərpası istiqamətində bu gün Azərbaycan üçün daha aktual olduğunu vurğuladı. Qərbi Azərbaycanla bağlı həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğu, araşdırmaların elmi istiqamətdə aparılmasının Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasındakı ziyalılarla görüşündə etdiyi proqram xarakterli çıxışından sonra daha sistemli xarakter aldığı, “Qərbi Azərbaycan irsi” kitabının tarixi yaddaşın qorunmasında mühüm rol oynadığı qeyd olundu.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycan irsi” kitabında həm etnoqrafik, həm toponimik, həm də demoqrafik məlumatlar dəqiq və faktlara əsaslanaraq təqdim olunduğundan onun elmi əsaslarla öyrənilməsini zəruri edir. Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrimizin ermənilər tərəfindən dağıdılmasının bir xalqın tarixdən silinməsi məqsədini güdən vandalizmin bariz nümunəsi olduğu, “Qərbi Azərbaycan irsi” kitabı vasitəsilə həmin abidələrin sənədləşdirilməsinin, coğrafi və tarixi xüsusiyyətlərinin göstərilməsinin onların yaddaşımızda yaşadılması və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasının formalaşdırılması üçün əsas olduğu vurğulandı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, azərbaycan xalqına qarşı cinayət aktlarının həyata keçirilməsi nəticəsində yüz minlərlə azərbaycanlının kütləvi şəkildə zorakılıqla sürgünə məruz qaldığını, məhz Müstəqil azərbaycanımızın qurucusu Ulu öndərimiz Heydər Əliyev tərəfindən Qərbi Azərbaycan həqiqətlərinin ilk dəfə gündəmə gətirildiyini, məsələyə hüquqi-siyasi qiymətin verildiyini qeyd etdi.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi səfərbərlik bacarığı, o cümlədən ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı sayəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra əbədi torpaqlarımız olan Qərbi Azərbaycana, ata-baba yurdlarımıza qayıtmaqla əzəli hüquqlarımızın bərpasına nail olmağın xalqımızın üçün tarixi məqsəd daşıdığını vurğuladı. “Qərbi Azərbaycan irsi” kitabının zəngin tədqiqat mənbəyi olduğu, Bakı Slavyan Universitetində bu irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün görülən işlər qeyd olundu.
Hüquq elmləri doktoru, professor Əmir Əliyev çıxış edərək qeyd etdi ki, Ermənistan tərəfindən Azərbaycan Mədəni irsinin məhv edilməsi və saxtalaşdırılması hüquqazidd hərəkətlər olmaqla yanaşı, həm də beynəlxalq cinayətdir. Mədəni irsimizə qarşı törədilən və Qərbi Azərbaycan ərazisində kifayət qədər aşkar edilən belə insan hüquqlarının pozulması faktlarına görə Ermənistan dövlətinin, bu cinayətləri törədənlərin məsuliyyət daşıdığı bildirildi.
Tədbirin sonunda “Zəfərlərin mübarək, Ali Baş Komandanım!” adlı videoçarx nümayiş edildi və Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.
Xəbər lenti
Hamısına baxSosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56

