Təbliğat-təşviqat kampaniyası Qazax rayonunda uğurla davam etdirilir
18.09.2013 [10:52]
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Fərəhli kəndində keçirilib. Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov bildirib ki, oktyabrın 9-da ölkəmizdə mühüm bir siyasi hadisə-prezident seçkiləri günüdür. H.Pənahov cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, görülən işlərdən, ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən danışıb. Bildirib ki, yaşadığı ərazinin kənd və ya şəhər olmasından asılı olmayaraq, hər bir vətəndaşımız cənab İlham Əliyevin fəaliyyətinin bəhrəsini öz yaşamında, həyatında hiss edir: “Sosial, siyasət, iqtisadiyyat, o cümlədən, başqa istiqamətlərdə atılan addımlar xalqın rifahının yüksəlməsinə yönəldilib. Abadlıq-quruculuq işləri xalqın xoş, rahat yaşayışına şərait yaradır. Biz əminik ki, xalqımız aparılan siyasəti qiymətləndirir. İnsanlarımız son 10 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını yüksək qiymətləndirir. Başa düşürlər ki, bu gün Azərbaycan iqtisadi, sosial cəhətdən bir sıra ölkələrdən irəlidədir və yalnız cənab İlham Əliyevin müdrikliyi sayəsində vətəndaşlarımızın rahatlığı, təhlükəsizliyi təmin edilir, ölkəmiz inkişaf tempini günü-gündən artırır”.
Çıxış edən YAP Qazax rayon təşkilatının Qadınlar Şurasının sədri Nəsibə Tağıyeva bildirib ki, cənab İlham Əliyevin Prezident olduğu son 10 ildə apardığı fəaliyyət dövlətin və vətəndaşların rifahına, maraqlarının qorunmasına xidmət göstərib. 9 oktyabrda məhz bu amil xalq tərəfindən qiymətləndiriləcək: “Sevindirici haldır ki, məhz Ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi bir ölkədə yaşayııq. Cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib. Azərbaycan xalqı bir zamanların təlatümlü dövrünü başa vurub və sabitliyə qədəm qoyub. Artıq insanlar mədəni, mütəşəkkil şəkildə heç bir təzyiqə məruz qalmadan, azad, şəffaf və demokratik şəkildə seçki məntəqələrinə gedərək öz seçimlərini edirlər. Seçicilərimiz öz səslərini cənab İlham Əliyevlə yanaşı öz gələcəklərinə, sabitliyə, inkişafa, övladlarının xoşbəxt yaşamına verəcəklər”.
Daha sonra təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Dəmirçilər-Ürkməzli kəndində seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP rayon təşkilatının təşviqat qrupunun üzvü Abbas Göyüşov ölkəmizdə aparılan sosial islahatlardan bəhs açıb. Bildirilib ki, bu gün Azərbaycan dövləti yerləşdiyi regionun ən aparıcı dövlətinə çevrilib. Bu uğurlu nəticəyə isə cənab İlham Əliyevin 10 ildə apardığı düzgün siyasi kurs nəticəsində nail olunub. Qeyd edilib ki, Qazax rayonunda da ilbəil yeni iş yerlərinin sayı artmaqdadır. Rayonda aparılan abadlıq-quruculuq işləri rayon əhalisi tərəfindən qiymətləndirilir.
Çıxış edən Nizaməddin Məmmədov deyib ki, cənab İlham Əliyevin yürütdüyü daxili siyasət birliyə, vətəndaşların vahid ideya ətrafında birləşməsinə xidmət edir. N.Məmmədov bildirib ki, bu gün Azərbaycan dövləti öz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirir. Artıq ölkəmizin adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilir. Buna isə məhz əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən yeni, müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən siyasət nəticəsində nail olunub.
Təbilğat-təşviqat kampaniyası Qazax rayonunun Cəfərli kəndində davam etdirilib. Tədbirdə çıxış edən Fərhad Qasımov bildirib ki, hər bir seçici ölkəmizdə nail olunan uğurların gələcək illərdə də davam etdirilməsini istəyirsə, mütləq seçki günü seçkilərə gəlməli və Prezident İlham Əliyevə növbəti 5 ildə Azərbaycan dövlətinə daha yüksək uğurlar qazandırması üçün səs verməlidir. Onun sözlərinə görə, aparılan düzgün siyasət əhalinin sosial rifahını yüksəlməsinə, gəlirlərinin artmasına səbəb olub. Azərbaycan xalqı qətiyyətlə bu siyasətin davamını istəyir.
Çıxış edən Rövşən Qayayev deyib ki, ölkəmizdə gedən ümumi inkişafdan Qazax rayonuna da böyük pay düşür. O bildirib ki, sərhədyanı rayon olan Qazaxın problemləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqətindədir.
Daha sonra çıxış edən kənd ağsaqqalı Sabir Vəliyev son illərdə maaşların, təqaüdlərin davamlı şəkildə artımından danışıb. Kənd ağsaqqalı deyib ki, cənab İlham Əliyev Azərbaycan xalqının sevgisini, inamını qazanıb və oktyabrın 9-da keçiriləcək seçkilərdə xalqımızın seçimi cənab İlham Əliyev olacaq.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

