Qarabağ, Şərqi Zəngəzur dirçələcək
24.07.2025 [20:51]
İyulun 19-da Xankəndidə 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrinin iştirakı ilə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu əhatə etdiyi mövzulara görə əhəmiyyətli məqamlarla yadda qaldı. Forumun məhz işğaldan azad edilmiş Xankəndi şəhərində keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Mövcud reallıqları, Azərbaycan həqiqətlərini beynəlxalq aləmin diqqətinə çatdırılması, təbliği baxımından III Şuşa Qlobal Media Forumu mühüm platformadır. Forumun işğalan azad edilmiş ərazilərdə keçirilməsi ilə ölkəmiz postmünaqişə dövründə tarixi reallıqların düzgün təqdimatına nail olur.
Forum iştirakçılarının suallarını cavablandıran Prezident İlham Əliyev mühüm məqamlara toxunub, gündəmi maraqlandıran məsələlərə münasibət bildirib, Azərbaycan reallıqlarını diqqətə çatdırıb, ciddi mesajlar verib.
Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP 29 -la bağlı sualı cavablandırarkən bu tədbirin ölkədə ilin tədbiri olduğunu bildirib. Təxminən 200 ölkədən nümayəndənin gəldiyini, onların sırasında 70 dövlət və hökumət başçısı olduğunu və bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdiyini söyləyib. Prezident İlham Əliyev son 10 il ərzində müzakirədə qalmış, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olunmasının, iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılmasının mühüm nəticələr olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair sualları cavablandırıb. Dövlət başçısı bildirdi ki, yekun sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-nın MinskQrupunun ləğvi vacibdir. Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiyini xatırladan dövlət başçımız qeyd etdi ki, bizə sabitlik, təhlükəsizlik lazımdır. “Ona görə də kifayətdir. Biz artıq sülhşəraitində yaşamalıyıq. Cənubi Qafqaz sabit məkan olacaqdır”.
Ötən ilin sonunda AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulmasından 7 ay keçməsinə baxmayaraq qarşı tərəfin hələ də heç bir
məntiqli açıqlama verməməsini təəssüflə xatırladan Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyindən geri dönməyəcəyini də qeyd edib: “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik.
Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik”.
Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın və Ermənistanın sülhə doğru atdığı addımların təşviqində göstərdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa təşəkkürünü bildirib. Ölkə başçısı İlham Əliyev ABŞ prezidentinin Cənubi Qafqazdaki prosesləri diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirib: “Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ABŞ prezidenti Donald Trampa çox minnətdarıq. O, beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də özünün diqqət mərkəzində saxlayır. Əlbəttə onun qələbəsi bir çox səbəbdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton batağlığı”na gəldikdə, onu dibinə qədər qurutsun”.
Prezident İlham Əliyev forumda dünya siyasi liderləri üçün də maraq doğuran dəyərli fikirlər də səsləndirib, yürütdüyü siyasətin təməl prinsiplərinin xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquqa əməl etmək kimi prinsiplərini bəyan edib.
Prezident İlham Əliyev Azərbaycan mətbuatının gələcəyi ilə bağlı suala da münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan mediasının inkişafı onu çox sevindirir. Bu gün Azərbaycan mediasının nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazandığını bildirib. Ölkə başçısı qeyd edib ki, Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. “Bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib”- deyə ölkə başçısı əlavə edib.
Prezident İlham Əliyev çıxışında işgaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib, Qarabağa “Böyük Qayıdış”la bağlı suala münasibət bildirib. “Böyük Qayıdış” Proqramının artıq reallaşdığını diqqətə çatdırıb. Dövlət başçısı əlavə edib ki, Qarabağ, Şərqi Zəngəzur dirçələcək.
Çingiz İbrahimov,
YAP Göyçay rayon təşkilarının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

