Mingəçevir seçiciləri Prezident İlham Əliyevi dəstəkləyir
19.09.2013 [10:15]
Şəhərdə təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Mingəçevir şəhəri üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Növbəti görüş dünən Təbriz küç. ev 11-in qarşısında keçirilib. Həmin ərazidə yaşayan sakinlərlə keçirilən görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən, görülən işlərdən və ölkədə aparılan abadlıq quruculuq işlərindən ətraflı danışıb. O, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir: “Bu özlüyündə bir tutarlı arqumentdir. Yəni, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkədə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqətinin və qayğısının izləri görünməsin. Bu səbəbdən Prezident İlham Əliyev bütün azərbaycanlıların yeganə namizədi və seçimidir”.
Çıxış edən professor Rasim Nəbiyev müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Eyni zamanda, Ulu öndərin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin xidmətlərindən bəhs açan professor hamını seçkilərə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb. Azərbaycanda gedən sürətli inkişafdan da danışan R.Nəbiyev “Bu inkişafın əsas səbəbkarı Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev Azərbaycanı firavan gələcəyə doğru aparan namizəddir. Gəlin inkişafa, gələcəyimizə - İlham Əliyevə səs verək” deyib.
Çıxış edən təşviqat qrupunun üzvü Əyyub Əyyubov bildirib ki, haqq səsimizi beynəlxalq kürsülərdən səsləndirən, xalqın güzəranını yaxşılaşdıran, ölkəmizi abadlaşdıran, gözəlləşdirən məhz Heydər Əliyev siyasi kursunun və məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Natiq hər kəsi Azərbaycanı işıqlı sabaha, yeni uğurlara aparan namizədə - Prezident İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra çıxış edən seçicilər öz növbələrində dövlət başçısının daxili və xarici siyasətini dəstəklədiklərini bildirib, həmçinin, qeyd ediblər ki, bu seçkilərdə də, Ulu öndər Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla həyata keçirən cənab İlham Əliyevə səs verəcəklər.
Seçici Qasım Əsgərov deyib ki, Demokratiya iqtisadi sabitlik və insanların maddi rifah halının yüksək olduğu bir şəraitdə tam nəzərə çarpır: “Prezident İlham Əliyev bütün fəaliyyətini məhz bu istiqamətdə qurub. Bir sözlə, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirib”.
Digər çıxışçı Atəş Məmmədov deyib ki, son 10 ildə insanların maddi rifah halı sürətlə yüksəlib: “Hər il davamlı olaraq maaşlar, pensiyalar artırılır”.
Cəfər Cəfərov isə qeyd edib ki, mingəçevirlilər daima Ulu öndər Heydər Əliyev siyasətini bəyənib və Ona dəstək veriblər: “Bu gün də bizlər Azərbaycanın inkişafını Heydər Əliyev siyasətini həyata keçirən cənab İlham Əliyevdə görürük. Məhz buna görə də, 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəyik”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19

