Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağ sakinləri cənab İlham Əliyevə dəstək olmaqla ölkəmizin yüksək inkişafına səs verəcəklər

Qaradağ sakinləri cənab İlham Əliyevə dəstək olmaqla ölkəmizin yüksək inkişafına səs verəcəklər

19.09.2013 [10:18]

YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində seçicilərlə görüş keçirilib
Dünən Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının üzvləri seçicilərlə növbəti görüşlərini keçiriblər. Qaradağ rayonu Qızıldaş qəsəbəsində baş tutan görüşdə YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov giriş sözü ilə çıxış edərək görüşün məqsədləri barədə ətraflı məlumat verib.
O deyib ki, artıq 3 gündür ki, ölkəmizdə təbliğat-təşviqat kampaniyasına start verilib. Vətəndaşların cənab İlham Əliyevin təbliğat kampaniyasına böyük maraq göstərməsinin sevindirici hal olduğunu söyləyən Aydın Hüseynovun sözlərinə görə, bu, onunla əlaqədardır ki, Azərbaycan xalqı cənab Prezidentə böyük etimad, inam göstərir, Onun həyata keçirdiyi siyasi kursu ürəkdən bəyənir. Bu da səbəbsiz deyil: “Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında son 10 ildə böyük və müqayisəyə gəlməyəcək dərəcədə inkişaf yolu keçib. Bu gün Azərbaycan Cənubi Qafqazın ən aparıcı ölkəsidir. Eyni zamanda, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada dayanır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir təşəbbüs, ideya uğurla nəticələnə bilməz. Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu ildən-ilə artır. BMT kimi dünyanın nüfuzlu təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq iqtisadi-siyasi analitik mərkəzlərin hesabatlarında ən yüksək göstəricilərlə qiymətləndirilir. Təbii ki, bütün bunlar isə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yüksək siyasi bacarığının, praqmatik inkişaf xəttinin nəticəsində reallığa çevrilib”.
Daha sonra YAP Siyasi Şurasının üzvü A.Hüseynov deyib ki, Azərbaycanı yaxın gələcəkdə daha möhtəşəm uğurlar gözləyir. Onun sözlərinə görə, hər bir ölkə vətəndaşı kimi qaradağlılar da buna qətiyyətlə inanır. Vurğulayıb ki, qaradağlılar hər zaman dövlətə və dövlətçiliyə sadiq olub, Ulu öndər Heydər Əliyev siyasətinə, cənab İlham Əliyevə dəstək olub. Qarşıdan gələn prezident seçkilərində də ölkəmizin hər bir bölgəsində olduğu kimi, Qaradağ rayonunda da böyük seçici fəallığının nümayiş olunacağına əminliyini ifadə edən təşkilat sədri Qızıldaş qəsəbə sakinlərinin də həmişə ictimai proseslərə xüsusi həssaslıqla yanaşdığını söyləyib. A.Hüseynov 9 oktyabrda Qızıldaş qəsəbə sakinlərinin seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə dəstək olmaqla ölkəmizin yüksək inkişafına səs verəcəklərinə zərrə qədər şübhə etmədiklərini söyləyib.
Milli Məclisin üzvü Ağalar Vəliyev də Qızıldaş qəsəbə sakinlərini salamlayaraq onların hər bir prosesdə, xüsusilə də, seçki prosesində fəal olduqlarını qeyd edib. Onun sözlərinə görə, ölkəmizin həyatında baş verən bütün müsbət dəyişikliklər Qaradağ rayonunda da özünü göstərməkdədir. “Rayonda son illər aparılan quruculuq abadlıq işləri sözsüz ki, qaradağlıların daha yaxşı şəraitdə yaşamasına, onların heç bir sosial problemlə üzləşməməsinə xidmət edir. Bütün bunlar ölkəmizin ümumi inkişaf göstəriciləri ilə eynilik təşkil edir. Bu rayondan millət vəkili seçilmiş bir şəxs kimi əminliklə deyə bilərəm ki, qaradağlılar onlara yaradılan şəraitdən razıdırlar. Prezident İlham Əliyev həmişə bu rayona böyük diqqət və qayğı ilə yanaşıb. Bunu hər bir qaradağlı öz həyatında açıq şəkildə müşahidə edib. Sözsüz ki, xalq dövlət - birliyi ölkədə ümumi inkişafa, daha yüksək göstəricilər üçün zəmin yaradır. Bilirsiniz ki, gələn ay ölkəmizin həyatında olduqca mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri keçiriləcək. Qaradağlıların bu seçkidə də Ulu öndər Heydər Əliyevin siyasi kursuna, cənab İlham Əliyevin praqmatik siyasi strategiyasına dəstək olacaqları birmənalıdır” deyən Milli Məclisin üzvü A.Vəliyev 9 oktyabrda xalqımızın böyük dəstəyi ilə cənab İlham Əliyevin parlaq qələbəsinin təmin ediləcəyinə ümumilikdə cəmiyyətimizin əmin olduğunu ifadə edib.
Qaradağ rayon ictimaiyyətinin nümayəndəsi Bəhruz Qəndilov da çıxışında ölkəmizdə aparılan siyasi kursun insanların həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etməsindən, həyata keçirilən quruculuq-abadlıq işlərindən bəhs edib. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək formada uğurla və əzmlə davam etdirilir.
Daha sonra Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakinləri adından çıxış edən hacı Telman Hümbətov, qəsəbə sakinləri Malik Qasımov, Təhməz Hüseynəli və digərləri də Azərbaycanın son illərdə böyük inkişaf yolu keçdiyini vurğulayaraq ölkəmizin qazandığı bütün nailiyyətlərin İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun nəticəsində reallığa çevrildiyini bildiriblər. Seçicilər bir daha əmin ediblər ki, Azərbaycan siyasi palitrasında Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevlə rəqabət aparmaq gücündə olan hər hansı siyasətçi yoxdur. Qəsəbə sakinləri 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini bir daha bəyan ediblər.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1211 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30