/ / YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına rayon ağsaqqalları ilə görüşlə başladı
YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına rayon ağsaqqalları ilə görüşlə başladı
19.09.2013 [10:20]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı prezident seçkilərində təbliğat-təşviqat kampaniyasına rayon ağsaqqalları ilə görüşlə başlayıb. Görüşdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Hacı Madər Musayev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açıq elan edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov keçirilən görüşün çox əlamətdar olduğunu bildirib. O qeyd edib ki, YAP-ın V qurultayında partiya tarixi bir qərar qəbul etdi və seçkilərdə iştirak etmək üçün cənab Prezidentin namizədliyini irəli sürdü. Ramiz Göyüşov bildirib ki, bugünkü tədbir təsadüfi deyil: “Biz təbliğat-təşviqat kampaniyasına ağsaqqalların, ziyalıların iştirakı ilə başlayırıq. Biz təbliğata başlamaq haqda düşünən zaman qərara gəldik ki, bu kampaniyaya elə ilk xeyir-duanı ağsaqqallar versinlər. Bu məqsədlə tədbir təşkil olunub”.
O, son nailiyyətlər barədə məlumat verərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 10 ildə bəlkə də 100 ildə keçəcəyi bir yolu keçib.
Sonra tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Bir çox işlər tamamlanıb. Prezidentliyə namizədlər təbliğata başlayıblar: “Bu gün hamı bilir ki, İlham Əliyevin təbliğata ehtiyacı yoxdur, çünki son 10 il ərzində böyük işlər görülüb. Görülən işlər barədə çox danışılıb. İlham Əliyev Ulu öndər Heydər Əliyevin başladığı işi davam etdirir. Bu gün həyat inkişaf edir. Gənclik inkişaf edir. Gənclik bu gün bizim keçdiyimiz yolu, son 10 ili yaxşı bilir, amma Heydər Əliyevin keçdiyi yolun bir hisəsi onlara məlum deyil. Azərbaycanın başına gələn müsibətlərdən az xəbərdardırlar. Bu gün məqsəd də ondan ibarətdir ki, bu işlər, keçilən yol barəsində onlara daha çox məlumat verilsin, onlar proseslərdən agah olsun. Hazırda əvvəllər ittifaqda olan 15 dövlətin heç biri Azərbaycan qədər itirməyib, Azərbaycan qədər əzab-əziyyət görməyib. Azərbaycan minlərlə şəhid verib. O zaman müharibədə həlak olanların əksəriyyəti gənclər idi. Heç bir respublikada Azərbaycandakı qədər məcburi köçkün, öz yurd-yuvasından məhrum olan bir milyon insan yoxdur. Bütün baş verən prosesləri gənclərə çatdırmaq lazımdır. Biz bir daha tarixə nəzər salmalıyıq”.
Fəttah Heydərov qeyd edib ki, inkişaf, stabillik üçün hər bir kəs Prezident İlham Əliyevə səs verməlidir.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ağsaqqallarla görüşün vacib olduğunu qeyd edib. O, oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini bildirib. 90-cı illərin əvvəllərində ölkədə baş verən özbaşınalıq hallarından danışan Eldar İbrahimov Heydər Əliyevin müstəqilliyi möhkəmləndirməsindən danışıb. O qeyd edib ki, sonrakı dövrlərdə müstəqilliyi daha da inkişaf etdirən isə İlham Əliyev oldu: “Azərbaycan tarixində hələ elə bir hal olmayıb ki, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilsin. Bu İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Bu gün Azərbaycanın heç bir bölgəsi digərindən geri qalmır. Bütün sahələrdə sürətli inkişaf gedir. Aparılan uğurlu daxili siyasətin, quruculuq işlərinin nəticəsidir ki, bu gün Qəbələ rayonu müxtəlif ölkələrin prezidentlərinin bir araya gəldiyi məkana çevrilib. Tikilən binalar, çəkilən yollar görülən böyük işlərin nəticəsidir. 10 il ərzində əhəmiyyəti işlər görülüb. Bütün sahələrdə inkişaf qeydə alınıb”.
O, qeyd edib ki, bütün bunlardan sonra biz ağsaqqalların mənəvi haqqı yoxdur imkan verək ki, ölkədə stabillik pozulsun və hakimiyyət erməniyə qulluq edən şəxslərin əlinə keçsin. Eldar İbrahimov bildirib ki, bu gün Binəqədi ağsaqqalları gənc nəsillə işləməlidir: “Gənclər 90-cı illərin əvvəllərini görməyiblər. Müharibə dövrü, müxtəlif çətinliklər dövrünü yaşamış ağsaqqallar bu gün gənclərə düzgün istiqamət göstərməlidirlər. İlham Əliyev ölkə üçün, Azərbaycan xalqı üçün çalışır. Mən bilirəm ki, Binəqədi ağsaqqalları əl-ələ verib, güclü Azərbaycanın inkişafı üçün işləyəcək və “İlhamla İrəli” devizilə də irəliyə doğru addımlayacaq”.
Sonra tədbirdə çıxış edən millət vəkili Hacı Madər Musayev bildirib ki, bu gün hər bir kəs məsuliyyətlə hərəkət etməlidir: “Bütün dünya bilir ki, Azərbaycan hara gedir. Biz hamımız 90-cı illərin əvvəllərində nələrin olduğunu görmüşük. Ulu öndərin qurduğu dövlət günü-gündən çiçəklənir və bu siyasət öz bəhrəsini verir. Mən Binəqədi sakini kimi deməliyəm ki, ağsaqqallığın məsuliyyətini hər birimiz dərk etməliyik. Hesab edirəm ki, çoxlu ağsaqqalı olan rayonda prezident seçkiləri ilə bağlı heç bir problem olmayacaq. Bu gün ölkədəki ab-hava hamıya aydındır. Ölkədə güclü inkişaf prosesi baş verir”.
Sonra tədbirdə çıxış edən YAP Siyasi Şuranın üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov qeyd edib ki, tədbirdə iştirak edən ağsaqqallar Azərbaycanın inkişafı üçün çalışan şəxslərdir. O deyib ki, bugün ağsaqqalların təcrübəsi ölkəmiz və gənclik üçün çox vacibdir: “Azərbaycan dövləti həm gənc, həm də qocaman bir dövlətdir, çünki ilk günlərdən etibarən sosial-iqtisadi problemlərin həlli ilə bərabər, Azərbaycan gəncliyinin inkişafına kifayət qədər diqqət ayrılıb. Ümummilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan İlham Əliyevin apardığı siyasət nəticəsində bu gün Azərbaycan dövləti təkcə region çərçivəsində deyil, həm də beynəlxalq miqyasda tanınır. Bu gün xaricdə təhsil almaq imkanı demək olar ki, hər bir gəncə verilib. Bunun üçün sadəcə yetərincə çalışmaq və nəticə göstərmək lazımdır”.
Sonra o, ölkənin beynəlxalq nüfuzu və aparılan daxili və xarici siyasət haqda danışıb.
Sonda tədbirdə rayon ağsaqqalları seçkilər və ölkədə gedən inkişafla bağlı çıxışlar ediblər və öz fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

