Laçın şəhərinin azad olunması Zəfər tariximizin parlaq səhifəsidir
20.08.2025 [15:25]
Azərbaycanın müasir tarixində şanlı səhifələrdən biri də Laçın şəhərinin və rayonunun işğaldan azad olunması ilə yazıldı. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın, Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən strateji coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyırdı. Məhz bu səbəbdən Laçın işğal olunduqdan sonra Ermənistan Azərbaycan əraziləri üzərində nəzarətini genişləndirmək üçün əsas körpünü əldə etmişdi. Üç onillik ərzində Laçın faciəsi xalqımızın qəlbində ağır bir yara kimi yaşayırdı. 2020-ci ildə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi qələbə nəticəsində Laçın rayonunun böyük hissəsi işğaldan azad edildi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Laçın şəhəri və Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətinə verilmişdi. Lakin dövlət başçımız dəfələrlə bəyan edirdi ki, Laçın da öz doğma sahiblərinə qaytarılacaq. 2022-ci ilin avqustunda isə tarixi ədalət tam bərpa olundu: Azərbaycan ordusu Laçın şəhərinə daxil oldu, yeni alternativ yol istifadəyə verildi və beləliklə, şəhərimiz tam suverenliyimiz altına keçdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan öz suverenliyini bərpa edərək, Laçın şəhərinə və kəndlərinə böyük həyat gətirmişdir. Bu, təkcə hərbi və siyasi qələbə deyil, həm də mənəvi zəfərdir.”
Doğrudan da, bu gün Laçında yeni həyat başlayıb. Şəhər tamamilə bərpa edilir, yollar, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir. 2023-cü ildə artıq ilk köç karvanı Laçına qayıtdı və yüzlərlə ailə öz doğma yurduna qovuşdu. Laçın şəhərinin azad olunması Azərbaycanın dövlətçilik tarixində strateji, siyasi və mənəvi baxımdan dönüş nöqtəsi oldu. Əvvəla, bu, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasının əsas mərhələlərindən biri idi. İkincisi, bu zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirdi. Çünki Azərbaycan sübut etdi ki, öz torpaqlarını işğaldan azad etmək üçün həm siyasi iradəyə, həm güclü ordusuna, həm də xalqın dəmir iradəsinə arxalanır. Laçının bərpası isə müasir Azərbaycanın gücünün, inkişafının, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı “Böyük Qayıdış” proqramının təcəssümüdür. Dövlətin əsas prioritetlərindən biri məhz işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasıdır. Bu çərçivədə Laçında yeni yaşayış kompleksləri salınır, elektrik, su və kommunikasiya infrastruktur şəbəkələri yaradılır. Bütün bunlar qısa müddətdə görülən işlərin miqyasını göstərir. Eyni zamanda Laçının azad olunması Türk dünyası, eləcə də region ölkələri üçün mühüm geosiyasi hadisə oldu. Çünki bu, Azərbaycanın regiondakı rolunu artırdı, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına təkan verdi. Laçın üzərindən keçən yeni nəqliyyat xətləri təkcə ölkəmiz üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıyır. Laçın zəfəri həm də milli birlik, dövlət-xalq həmrəyliyinin bariz nümunəsidir. Azərbaycan xalqı bu yolda Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Tarixi təcrübə göstərdi ki, xalq və dövlət bir amal uğrunda birləşəndə heç bir güc qarşısında dayana bilməz.
Bu gün Laçın yenidən qurulur, tarix yenidən yazılır. Bu zəfər bizim gələcək nəsillərimizə əmanət edilən ən böyük qürur və iftixar mənbəyidir. Laçın şəhərinin azad olunması ilə Azərbaycan xalqı həm öz milli qürurunu, həm də dövlət suverenliyini tam şəkildə bərpa etmiş oldu. Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, Laçın Azərbaycandır!
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

