Kəlbəcərdən yüksələn qürur səsi, Azərbaycanın Zəfər həqiqətləri və dünya birliyinə mesajı
27.08.2025 [16:54]
Tarix xalqın yaddaşına yalnız savaşlarla, faciələrlə deyil, həm də zəfərlərlə yazılır. Azərbaycan xalqının müasir tarixi 2020-ci ilin Qarabağ Qələbəsi ilə yeni mərhələyə qədəm qoydu. Bu qələbə təkcə torpaqlarımızın azad edilməsi deyil, həm də milli iradənin, dövlətin qüdrətinin və xalqın birliyinin təntənəsi oldu. Cənab Prezident İlham Əliyevin Kəlbəcərə son səfəri isə bu tarixi həqiqətin yenidən bütün dünyaya nümayişi Zəfərdən doğan reallıqlar idi.
Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad etməklə regionda yeni siyasi reallıq yaratdı. Bu reallıq təkcə sərhədlərin bərpası deyil, həm də ədalətin təntənəsi, haqqın qalibiyyətidir. Cənab Prezident İlham Əliyev Kəlbəcərdəki çıxışında bu tarixi məqamı xüsusi vurğuladı: “Biz öz torpaqlarımızı öz gücümüzlə azad etdik. Heç kim bizə kömək etmədi. Azərbaycan xalqı və Azərbaycan Ordusu bu Qələbəni təmin etdi.” Bu sözlər yalnız bir dövlət başçısının mövqeyi deyil, həm də xalqın qürurunun ifadəsidir. Azərbaycanın bu zəfəri beynəlxalq aləmdə qəbul edilmiş yeni reallıqların əsasını qoydu. İllərlə danışıqlar prosesini uzadan, işğalı möhkəmləndirməyə çalışan qüvvələrin planı darmadağın edildi. ATƏT-in Minsk Qrupu faktiki olaraq iflasa uğradı. Azərbaycanın hərbi-siyasi gücü beynəlxalq münasibətlərdə nüfuzunu artırdı. Cənab Prezidentin Kəlbəcərdəki çıxışından bir sitat bu həqiqəti əyani şəkildə göstərir: “Onların məqsədi işğalı əbədi etmək idi. Ancaq biz buna imkan vermədik. Güclü dövlət və güclü ordu qurduq, torpaqlarımızı azad etdik və öz taleyimizi özümüz həll etdik.” Bu mesaj həm də dünya birliyinə ünvanlanan çağırışdır: beynəlxalq hüququn bərpasını Azərbaycan özü təmin etdi və indi regionda əsas söz sahibi məhz Bakıdır.
Cənab Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və sakinlərə yeni mənzillərin təqdim olunması xalqımızın uzun illər həsrətində olduğu anların gerçəkləşməsidir. Qürurun və sevincin xalqın yaddaşındakı izidir. Doğma torpağına dönən insanların gözlərində sevinc yaşları, dövlət başçısının nitqində qürur və əminlik vardı. “Bizim əsas amalımız budur ki, hər bir azərbaycanlı öz doğma torpağında xoşbəxt yaşasın.” – bu ifadə yalnız bir dövlət proqramı deyil, həm də milli idealın bəyanıdır. Kəlbəcərdən bütün Azərbaycan boyu yayılan bu sevinc səsi xalqın qürurunun pafoslu ifadəsinə çevrildi. Çünki bu torpaqlar artıq viranəlik yox, həyat və rifah məkanıdır. Bu gün Kəlbəcərdə infrastruktur yenidən qurulur, kəndlər və şəhərlər dirçəldilir, iqtisadi layihələr həyata keçirilir. Yeni dövrün təntənəsi açıq-aydın görünür. Dövlətimizin başçısının dediyi kimi: “Kəlbəcər rayonunun təbii imkanları Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Bu torpaqlar yenidən çiçəklənəcək.” Bu sözlər bir tərəfdən regionun gələcəyini, digər tərəfdən Azərbaycanın ümumi inkişaf strategiyasını ortaya qoyur. Qələbədən sonra ölkə qarşısında yeni missiya – quruculuq, yenidənqurma və Böyük Qayıdış dayanır.
Kəlbəcərdən yüksələn səs həm də dünya birliyinə ünvanlanan mesajdır: Azərbaycan artıq öz sözünü deyən, qərarlarını özü verən və regional təhlükəsizliyin təminatçısı olan dövlətdir. Bu mövqe beynəlxalq münasibətlərdə ölkəmizin çəkisini artırır, xalqımızın səsini daha gur və qətiyyətli edir. Cənab Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı yalnız bir səfərin xronikası deyil, həm də böyük bir tarixi həqiqətin ifadəsidir. Bu çıxışda həm qələbənin təntənəsi, həm işğalın izlərinin ifşası, həm də gələcəyə inam var. Azərbaycanın yeni reallıqları artıq bütün dünya tərəfindən qəbul olunur. Bu gün Kəlbəcərdən yüksələn qürur səsi Azərbaycan xalqının iradəsinin, dövlətimizin qüdrətinin və əbədi müstəqilliyimizin səsidir. Bu səs tarixə həkk olundu və bundan sonra nəsillər boyu xalqımızın yaddaşında yaşayacaq.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər. Sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər. Qürurverici haldır ki, bu il avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb. Avqust ayının sonunadək isə daha 38 ailə (143 nəfər) bu kəndə köçürüləcək. Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Mövcud qaz xətti bərpa olunub, 3 min 500 poqonometr xəttin isə bərpası nəzərdə tutulub. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılır. Həmçinin kənddə istirahət parkı salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16

