Azərbaycanın yeni tarixi missiyası: şanlı Zəfərdən sülhə gedən yol
03.09.2025 [15:25]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə beynəlxalq ictimaiyyətin diqqətini çəkən və regional siyasətdə mühüm əhəmiyyət kəsb edən siyasi hadisə kimi dəyərləndirilir. Müsahibədə dövlət başçısının regional və qlobal məsələlərlə bağlı ifadə etdiyi fikirlər ölkəmizin xarici siyasət kursunun strateji prioritetlərini və sülh gündəliyini bir daha nümayiş etdirib.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan beynəlxalq hüququ, tarixi ədaləti və milli ləyaqətini bərpa edib. Bu qələbə həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, müstəqil dövlət kimi gücünün nümayiş etdirilməsinə töhfə verib. Bu proses hərbi-siyasi və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Postmüharibə dövründə vasitəçilərin fəaliyyətində yaranmış boşluq isə regionda yeni diplomatik təşəbbüslərə yol açıb. Azərbaycan tərəfi bu şəraitdə sülh təşəbbüskarı kimi çıxış edərək Ermənistanla danışıqların başlanmasını təklif edib. Bu fakt göstərir ki, rəsmi Bakı müharibəni bitirməklə davamlı sülhün qurulması üçün məsuliyyətli mövqe nümayiş etdirib.
Müsahibədə diqqətəlayiq məqamlardan biri də Vaşinqtonda paraflanmış sənədin xüsusi vurğulanması olub. ABŞ Prezidenti Donald Trampın və onun komandasının dəstəyi ilə əldə edilən razılaşma uzun illər davam etmiş münaqişəyə son qoyub. Bu sənəd Azərbaycan-Ermənistan münasibətlərini dövlətlərarası hüquqi əsasda tənzimləyən mühüm addım kimi qiymətləndirilir.
Dövlət başçısı, eyni zamanda qeyd edib ki, Ermənistan konstitusiyasında hələ də ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşan müddəa mövcuddur. Həmin müddəanın aradan qaldırılması sülh müqaviləsinin imzalanmasının əsas şərtidir. Əgər Ermənistan bu istiqamətdə geriyə addım atarsa, ilk növbədə öz beynəlxalq mövqelərinə, xüsusilə ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə zərbə vurmuş olacaq. Bu amillər regionun gələcək sabitliyini sual altına qoya bilər.
Vaşinqton razılaşmasının əsasında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması dayanır. Azərbaycanın mövqeyi obyektivdir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, rəsmi Bakı da oxşar addım atacaq. Bu faktor isə təkcə ikitərəfli münasibətlərdə deyil, bütün regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər. Sözügedən məqam beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır: Azərbaycan sülhün təmin olunmasında etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyev müsahibədə Qarabağ məsələsinin Onun siyasi fəaliyyətində prioritet olduğunu vurğuladı. Azərbaycan həm müharibə, həm işğal, həm də sülh quruculuğu təcrübəsinə malikdir. Bu çoxşaxəli təcrübə indi regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verir. Ölkənin şaxələndirilmiş xarici siyasət kursu isə ona beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş mövqeyi qazandırıb. Azərbaycan bu gün Qərb və Şərqlə bərabərhüquqlu münasibətlər qura bilən, çətin vəziyyətlərdə vasitəçilik təşəbbüsləri ilə çıxış edən dövlət kimi qəbul olunur. Bütün bunlar ölkəmizi beynəlxalq sistemin mühüm aktorlarından birinə çevirir.
Müsahibədə diqqət çəkən başqa bir mühüm mövzu Türk Dövlətləri Təşkilatının (TDT) gələcək perspektivləri ilə bağlı idi. Təşkilat hazırda artıq strateji əməkdaşlıq platforması səviyyəsinə yüksəlib. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” və digər türk dövlətləri ilə mövcud strateji tərəfdaşlıq sənədləri bu qurumun regional və qlobal güc mərkəzinə çevrilməsinin əsaslarını formalaşdırır. Türk dövlətlərini ortaq etnik və tarixi köklər birləşdirir, bu təşkilatın unikal üstünlüyüdür və gələcəkdə daha güclü əməkdaşlığa zəmin yaradır.
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi bir daha nümayiş etdirib ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşəbbüskarıdır. Qarabağ məsələsinin həlli ilə Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. Bu reallıq yalnız qonşu ölkələrlə münasibətləri deyil, həm də Mərkəzi Asiya və Yaxın Şərq üçün əməkdaşlıq perspektivlərini əhatə edir. Vaşinqton razılaşması həmin reallığın hüquqi zəmanəti olmaqla yanaşı, Azərbaycanın təşəbbüskar diplomatiyasının və strateji baxışının uğurlu nəticəsidir. Çoxşaxəli xarici siyasət kursu, Türk dünyası ilə güclü strateji əlaqələr və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq imici ölkəmizi qlobal siyasi gündəmdə mühüm oyunçuya çevirir. Bu müsahibə region xalqlarına, beynəlxalq ictimaiyyətə aydın mesajdır. Ədalətə söykənən sülh mümkündür və Azərbaycan bu yolun ən parlaq nümunəsini göstərir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29

