Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır
25.09.2013 [10:14]
Şəmkirlilər qarşıdan gələn prezident seçkilərində bir daha bu siyasi kursun davamına səs verəcəklər
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Şəmkir rayonunda da uğurla davam edir. Dünən rayonda növbəti görüşlər keçirilib.
Rayonun Muxtariyyə kəndində keçirilən ilk görüşü açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, bu günə qədər keçirilən görüşlər təsdiq edir ki, şəmkirlilər Prezident İlham Əliyevə böyük sevgi və etimad göstərirlər. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 10 illik fəaliyyəti ərzində həyata keçirdiyi böyükmiqyaslı işlərlə hər bir vətəndaşımızın rəğbətini qazanıb. O deyib ki, İlham Əliyev Prezident seçilməzdən öncə xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib: “Ötən 10 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə çox böyük sürətlə inkişaf edib. Bu gün Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı inkişaf qeydə alınıb. Biz bu inkişafı hər bir vətəndaşın, hər bir ailənin həyatında açıq şəkildə müşahidə edirik”.
Rayon təşkilatının sədri çıxışını “Mən inanıram ki, xalqımız oktyabrın 9-da müstəqilliyin əbədiliyinə, sarsılmazlığına, inkişafa, yüksəlişə - İlham Əliyevə səs verəcək. Məhz İlham Əliyev Azərbaycanı işıqlı, inamlı sabaha aparacaq!” sözləri ilə tamamlayıb.
Daha sonra çıxış edən Milli Məclisin üzvü, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova əvvəlcə ölkəmizin ötən 10 ildə əldə etdiyi nailiyyətlərdən danışıb. Sahibə Qafarova deyib ki, bugünkü Azərbaycanın nailiyyətlərinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu kimi, eyni dərəcədə də Ümummilli liderin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və ardıcıllıqla həyata keçirilməsi nəticəsində təmin olunmaqdadır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıb.
Azərbaycan dövlətinin xarici siyasət uğurlarından da bəhs edən millət vəkili vurğulayıb ki, Azərbaycan cəmi 22 il öncə öz müstəqilliyini əldə edib: “Mən uzun müddət həm elmi işlərimlə əlaqədar, həm müxtəlif konfranslarda iştirak etmək məqsədilə müxtəlif dövlətlərdə səfərlərdə olmuşam. Çox yox, cəmi 10 il, 15 il bundan əvvəl Azərbaycanın adı çəkiləndə bir çoxları bu ölkənin harada yerləşməsindən, yaxud ümumiyyətlə varlığından xəbərsiz idilər. Amma bu gün Azərbaycan bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. İki il əvvəl 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, cəmi 21-22 illik müstəqillik tarixi olan bir dövlət üçün nə qədər böyük əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, Azərbaycan artıq dünyada etibar görür, bizi tanıyırlar, bizi dəstəkləyirlər. Əgər belə olmasaydı, birinci Avropa Oyunlarına evsahibliyi etmək haqqı Azərbaycana verilməzdi. Eyni zamanda, ötən il “Eurovision” kimi möhtəşəm bir tədbir Bakıda keçirilib, paytaxtımız çox mühüm əhəmiyyətli beynəlxalq forumlara, tədbirlərə evsahibliyi edir. Ölkəmizə gələn bütün qonaqlar Azərbaycanın yüksək inkişafını, müasirləşməsini xüsusi olaraq vurğulayırlar. Bütün bunlar da təbii ki, İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olub”.
Millət vəkili sonda deyib ki, bütün bu nailiyyətlərin davamlı olması, gələcəkdə dövlətimizin daha böyük uğurlara nail olması üçün 9 oktyabrda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməliyik: “Sizi əmin edirəm ki, bu, hər birimiz üçün, hər birimizin ailəsi üçün, dövlətimiz, xalqımız üçün ən uğurlu, ən düzgün yoldur, ən düzgün seçimdir”.
Daha sonra çıxış edən şair - publisist Taleh Həmid isə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətləri yüksək qiymətləndirərək ölkəmizin gələcəyi naminə Ulu öndər Heydər Əliyev siyasi kursunun davam etməsinin vacibliyini vurğulayıb.
Çıxış edən seçicilər də qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Dəllər qəsəbəsində də seçicilərlə görüş keçirilib. Görüşdə qeyd olunub ki, Şəmkir sakinlərinin prezidentliyə namizəd İlham Əliyevin təbliğat və təşviqat kampaniyasına göstərdiyi maraq İlham Əliyev şəxsiyyətinə hörmətin, rəğbətin göstəricisidir. Azərbaycan Prezidentinin ölkənin bütün problemlərinin həlli ilə ciddi məşğul olduğunu və bu problemlərin böyük bir qisminin artıq tamamilə aradan qalxdığını vurğulayan natiqlər xüsusi olaraq qeyd ediblər ki, qarşıdakı növbəti 5 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

