/ / Ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələri hər bir vətəndaşın, o cümlədən, ağcabədililərin həyatında da hiss edilir
Ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələri hər bir vətəndaşın, o cümlədən, ağcabədililərin həyatında da hiss edilir
25.09.2013 [10:15]
Ağcabədi rayonunun Muğanlı, Köyük, Təzəkənd və Şahsevən kəndlərinin seçiciləri 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər
9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağcabədi rayonu üzrə seçki qərargahının üzvləri sentyabrın 24-də təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini keçiriblər.
Rayonun Muğanlı, Köyük, Təzəkənd və Şahsevən kəndlərinin seçiciləri ilə keçirilən görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib: “Haqq səsimizi beynəlxalq kürsülərdən səsləndirən, xalqın güzəranını yaxşılaşdıran, dövlətimizi abadlaşdıran, gözəlləşdirən məhz Heydər Əliyev siyasi kursunun və məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələri hər bir vətəndaşın, o cümlədən, ağcabədililərin həyatında hiss edilir. Məhz buna görə də, xalqımız oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcək”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev Azərbaycanda gedən sürətli inkişafdan danışıb. Millət vəkili bildirib ki, ümumiyyətlə, 2003-cü ildən etibarən, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə və digər tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib.
Seçicilər qarşısında çıxış edən millət vəkili Aqil Abbas da öncə ölkəmizin əldə etdiyi iqtisadi inkişaf və bunun müsbət nəticələrinin bütün sahələrdə öz əksini tapmasından danışıb. Daha sonra Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində ardıcıl və qətiyyətli fəaliyyətdən bəhs edən millət vəkili “Prezident İlham Əliyevin həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Artıq münaqişənin həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir” - deyib.
Görüşlərdə çıxış edən kənd sakinləri isə deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Qeyd olunub ki, ağcabədililər daima Ulu öndər Heydər Əliyev siyasətini bəyənib və Ona dəstək veriblər. 9 oktyabrda isə rayon sakinləri növbəti dəfə bu siyasətin davamçısı cənab İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

