Ağstafa seçiciləri inkişafa səs verəcəklər
25.09.2013 [10:16]
Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonda seçicilərlə növbəti görüş keçirilib
9 oktyabr 2013-cü il prezident seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən kütləvi tədbirlər davam edir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin təbliğatına həsr olunmuş növbəti tədbirlər Ağstafa rayonunun Həsənsu kəndində və Vurğun qəsəbəsində keçirilib.
İlk olaraq qarşıdan gələn prezident seçkilərinin əlamətdar bir hadisə olduğunu qeyd edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov Prezident İlham Əliyevin bu seçkilərdə alternativsiz lider olduğunu dilə gətirib. Son illər Ağstafa rayonunda aparılan yenidənqurma işlərindən bəhs edən təşkilat sədri cənab İlham Əliyevin prezidentliyi dövründə rayonda bir sıra sənaye müəssisələrinin, o cümlədən, məktəblərin istifadəyə verildiyini xatırladıb. Prezidentimizin uğurlu və davamlı daxili siyasətindən danışan R.Tatarov Ağstafa rayonu sakinlərinin daima dövlətçiliyə və millətə sədaqətli olduğunu önə çəkib. O, məhz bu sədaqətdən çıxış edərək Ağstafa seçicilərinin Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevə səs verəcəklərinə inandığını deyib.
Daha sonra çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, rayon Ağsaqallar Şurasının sədri Firdovsi Heydərli bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs Azərbaycanın inkişafının yeni mərhələsidir: “İlham Əliyevin prezident olduğu ötən 10 ildə gördüyü işlər bunu deməyə əsas verir. Yeni iş yerlərinin açılması, ölkənin valyuta ehtiyatlarının artırılması, səhiyyəyə, təhsilə, mədəniyyətə və digər sahələrə paralel qayğının göstərilməsi və diqqətin artırılması hamının gözünün önündə baş verib. Fəaliyyətinin hər anında milli mənafenin qorunması uğrunda mübarizə aparan cənab İlham Əliyev yalnız millətinin və dövlətinin rifahı uğrunda iş görür”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Feruz Həsənov vətəndaşların seçkidə fəal iştirakının ölkəmizin sabahı naminə vacib bir şərt olduğunu önə çəkib: “Mən inanıram ki, xalqımız 2003-cü və 2008-ci illərdə olduğu kimi müstəqilliyin əbədiliyinə, sarsılmazlığına, inkişafa, yüksəlişə - İlham Əliyevə səs verəcək. Məhz İlham Əliyev Azərbaycanı işıqlı, inamlı sabaha aparacaq!”
Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Saqif Ələkbərov ölkə Prezidentinin regionların inkişafına xüsusi diqqət göstərdiyini önə çəkib. Bildirib ki, regionların sosial-iqtisadi inkişafına həsr edilən Dövlət proqramları Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirib: “Bu gün ölkəmizdə bütün sahələr paralel şəkildə inkişaf edir. Bu yolu davamlı etmək Azərbaycan xalqı olaraq bizim borcumuzdur və bu şərəfli borcu 9 oktyabrda seçki məntəqələrində Prezident İlham Əliyevə səs verməklə ödəmiş olacağıq”.
Çıxış edən kənd sakinləri bildiriblər ki, hər bir Ağstafa seçicisi bu gün ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyir. Onlar əminlik ifadə ediblər ki, hər bir rayon sakini ölkəmizdəki siyasi-iqtisadi sabitliyi dəstəkləyir və bu dəstəyi oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə növbəti dəfə nümayiş etdirəcəklər.
Tədbirdə rayonun musiqi məktəbinin kollektivi konsert proqramı ilə çıxış ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

