Nərimanov rayonunun ağsaqqallarının seçimi cənab İlham Əliyevdir
26.09.2013 [11:00]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini uğurla davam etdirir
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini uğurla davam etdirir. Dünən Nərimanov rayon ağsaqqalları ilə görüş keçirilib. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev rayon ağsaqqallarını seçkilərdə fəal iştirak etməyə çağırıb. T.Tağıyev bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurlu inkişaf siyasəti həyata keçirilir. Onun sözlərinə görə, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir.
Görüşdə çıxış edən akademik Vasim Məmmədəliyev Ulu öndər Heydər Əliyev tərəfindən müasir Azərbaycanın güclü təməlinin qoyulduğunu bildirib. O qeyd edib ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz uğurla inkişaf edir. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin uğurlarının daha da artdığını deyən akademikin fikrincə, bu gün iqtidarla xalq arasında güclü birlik var: “Bu da Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev deyirdi ki, İlham Əliyevə Özüm qədər inanıram. Onun bu fikri özünü doğrultdu. Cənab İlham Əliyev Azərbaycana uğurla rəhbərlik edir. Bu gün Prezidentimizə xalqımızın böyük rəğbəti, inamı var. Xalqımız bu seçkilərdə də cənab İlham Əliyevə səs verməyə hazırdır. Mən həmişə insanların arasında oluram və onların fikirlərini bilirəm. Seçkilərdə Prezidentimizin növbəti dəfə qələbə qazanacağı şübhəsizdir. Sadəcə, ağsaqqallar insanları fəal olmağa çağırmalı, insanları seçkilərdə iştiraka dəvət etməlidir”.
Çıxışında akademik Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın qazandığı uğurlar haqqında da fikirlərini bildirib.
Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov çıxışında bildirib ki, seçkilərdə cənab İlham Əliyevə səs vermək vətəndaşlıq borcumuzdur. Ağsaqqal sözünün vacib olduğunu deyən M.Həsənovun sözlərinə görə, ağsaqqallar rayon sakinləri, xüsusilə gənclər arasında təbliğat işləri aparırlar: “Çünki bildiyimiz kimi, sapı özümüzdən olan baltalar var ki, gəncləri yoldan çıxarmağa çalışırlar. Biz ağsaqqallar belə halların qarşısını almalıyıq”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs edib. E.İbrahimov bildirib ki, bu illər ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib. Prezident İlham Əliyevin təbliğata ehtiyacı olmadığını deyən millət vəkilinin fikrincə, dövlət başçısının gördüyü işlər Ona xalqın inamını daha da gücləndirir. “Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin siyasətinin nəticəsidir. Ölkəmiz nəinki regionda, bütün dünyada sürətlə inkişaf etməkdədir. Azərbaycan, həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. İnkişaf o yerdə baş verir ki, orada sabitlik olsun. Sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün “İlhamla irəli” şüarı ilə seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik” - deyə, E.İbrahimov vurğulayıb.
Tədbirdə Milli Qəhrəman Arif Vəliyevin anası Sona Vəliyeva çıxış edərək bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb. S.Vəliyeva bildirib ki, Azərbaycanın xoşbəxt gələcəyi naminə cənab İlham Əliyevə səs verməliyik.
YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev çıxışında Azərbaycanın uğurlarının əsasında Heydər Əliyev siyasi kursunun dayandığını vurğulayıb. V.Əliyev bildirib ki, Prezident İlham Əliyevin son 10 il ərzində ölkənin uğurlu inkişafına yönəlmiş fəaliyyəti növbəti 5 il ərzində də Onun dövlət başçısı olmasına ciddi əsaslar yaradır: “Geridə qoyduğumuz 10 ili ötəri nəzərdən keçirmək belə, kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini önümüzdəki 5 il ərzində də partiyamızın Sədri İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək”.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev müasir Azərbaycanın Ümummilli lider Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin beynəlxalq arenada da mövqeyinin gücləndiyini deyən A.Əliyevin sözlərinə görə, Azərbaycanın inkişafını istəməyən qüvvələr olsa da, dövlət başçımızın qətiyyətli mövqeyi, siyasi iradəsi sayəsində belə qüvvələrin məqsədləri zərərsizləşdirilir. “Prezident İlham Əliyevin fəalliyyətində milli maraqlar ən başlıca yer tutur. Bu gün dövlət başçısının siyasəti nəticəsində Azərbaycanda bütün sahələr, iqtisadiyyat, mədəniyyət, elm, idman sahəsi yüksəlişdədir. Bu siyasətin davamlı olması üçün biz növbəti seçkilərdə də cənab İlham Əliyevə səs verməliyik. İnanırıq ki, belə də olacaq, xalqımız bir daha dövlətimizin başçısına etimad göstərəcək” - deyə, millət vəkili qeyd edib. A.Əliyev ölkəmizin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını, müdafiə sənayesinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, həmçinin, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsinə çevrildiyini də qeyd edib.
Tədbir iştirakçıları da 9 oktyabr seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

