“Qardaşlığımız əbəbdidir” mövzusunda dəyirmi masa keçirilib
16.09.2025 [13:45]
2025-ci ilin sentyabrın 15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında XI Qafqaz İslam Ordusunun Bakını Stepan Şamuyanın rəhbərlik etdiyi Bolşevik və Daşnak birləşmələrinin və ingilislərin nəzarətində olan Sentrokaspi Diktaturasının işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə “Qardaşlığımız əbəbdidir” mövzusunda dəyirmi masa keçirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyevin və Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramovun qatıldığı tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin, Bakının azad edilməsi zamanı şəhid olan türk əsgər və zabitlərinin, həmçinin də torpaqlarımızın azad olunması, süverenlik və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbir iştirakçılarını salamladı, 1918-ci ildə baş vermis qanlı hadisələri xatırladaraq Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etmək üçün göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixində mühüm rol oynadığını bildirdi.
1918-ci ildə regionda və Azərbaycanda vəziyyət barədə ətraflı danışan YAP rayon təşkilatının sədri tədbir iştirakçılarına 15 sentyabr 1918-ci il tarixinin əhəmiyyəti barədə geniş məlumat verdi. O, həmin tarixi günün əhəmiyyətini 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü, 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyinin Bərpası Günü, 2020-ci il 8 Noyabr - Zəfər Günü, 2023-cü il sentyabrın 20-də Dövlət Suverenliyi Günü kimi ölkə tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğuladı. Qafar Əliyev xüsusi qeyd etdi ki, Bakı şəhərinin milli paytaxtımıza çevrilməsində 3 hadisə: 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən Bakının tutulması, 1918 ci ildə Nuru Paşa tərəfindən azad edilməsi və 1969-cu ilin iyunun 14-də birinci dəfə, 1993-cü ilin iyununda isə ikinci dəfə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Gününün vəzərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 Günlük İkinci Qarabağ Vətən Müharibəsinin əsas rol oynamışdır. Həmin tarixi əhəmiyyətli hadisələrin içərisində qarşıdan xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatının ildönümünün gəldiyini xatırladan Qafar Əliyev, bu əməliyyat nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, ölkəmizdə separatizmə son qoyulduğunu, həmin günün Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Suverenliyi Günü kimi ilk dəfə qeyd olunacağını da bildirdi.
Sonra 1918-ci il sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunmuş “Qardaşlığımız əbədidir” adlı videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov 1918-ci il sentyabrın 15-də baş vermiş tarixi hadisənin öyrənilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı. O bildirdi ki, əsrlər boyu davam edən Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı tarixin müxtəlif mərhələlərində, o cümlədən 2020-ci ildə baş vermiş Vətən müharibəsində özünü bariz şəkildə göstərdi. Bu tarixi hadisələr gənclərimiz tərəfindən həmişə öyrənilməli və xalqlarımız arasında qardaşlıq münasibətləri daim davam etdirilməlidir.
Tədbirdə digər çıxış edənlər: “Qarabağ Qaziləri” İctimai Birliyinini sədri Əvəz İsmayılov, 180 nömrəli tam orta məktəbin tarix müəllimi Əhəd Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyinini sədrinin müavini Qafqaz Əhmədov, YAP fəalları Türkanə Əliyeva, Amin Şamilzadə və başqaları Türkiyə-Azərbaycan qardaşlığının Tarixin sınaqlarından daim şərəflə çıxdığını, xalqlarımızın qardaşlığının əbədi olduğunu vurğuladılar.
Sonda Ümummilli lider Heydər əliyevin büstü önünüdə xatirə fotosu çəkdirildi.
Xəbər lenti
Hamısına baxSosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18

